Lalə Mehralı
Vaxtilə Kleopatra eşşək südü vannasını qəbul edəndə və hər gün onu içəndə hələ xərçəng xəstəliyi yox idi, o, sadəcə, gözəlliyinin qayğısına qalırdı.
Ta qədimdən bu yana onlarla xəstəlikdə türkəçarə kimi istifadə edilən eşşək südünün sarımsaqla qarışığından hazırlanan məlhəm isə can dərmanı hesab edilirdi. Yadınızdadırsa “Ögey ana” filmində Fatmanisə qarının kənd əhlinə məsləhət gördüyü məlhəmlərin arasında eşşək südü vardı.
Bu günlərdə isə eşşək südünün yeni bir faydası aşkar edilib. Sən demə, bu süd yoğun bağırsaq xərçənginin müalicəsində əhəmiyyətli rola malikmiş.
Daha dəqiq desək, bundan sonra eşşək südü həm yoğun bağırsağın, həm də bir çox növdə xərçəng xəstəliyinin tamamilə müalicə olunmasında istifadə ediləcək.
Türkiyə alimlərinin tətbiqini məsləhət gördüyü bu vasitə ölkədə maraqla qarşılanıb.
Məlumat üçün deyək ki, eşşək südünün miqdarı çox az olur. Ən məhsuldar inək sutkada 15-20 litr süd verirsə, eşşəkdən sadəcə, 2 litr almaq mümkündür. Eşşəkdən gündə 4 dəfə, aralarında 2 saatdan az müddət olmamaqla süd sağıla bilər. Artıq Türkiyədə eşşək ferması da qurulub. Eşşəklərin baxımı və qidalanması olduqca rahatdır, saxlanması ucuz başa gəlir.
O da məlum olub ki, eşşək südü öz tərkibi ilə ana südünə də çox yaxınmış. Eşşək südü allergik, həzm, ürək və damar sistemi xəstəliklərində olduqca faydalıdır. Bundan əlavə, astma və bronxit xəstəliyinin müalicəsinə kömək elədiyi, üstəlik, yoğun bağırsaq xərçənginin müalicəsini sürətləndirdiyi məlum olub. Bu südün sədəf və serroz kimi xəstəliklərin müalicə müddətində də müsbət təsirə malik olduğu bildirilir.
Əslində Türkiyə eşşək südünün faydalarının fərqinə çox gec varıb. Çünki indi dünyada eşşək südünün faydalarından yararlanan ölkələr var. Onların arasında ABŞ, Braziliya, Fransa, İtaliya, İngiltərə, İspaniya, Çin və daha neçə ölkənin adını çəkmək olar. Ümumiyyətlə, eşşək südü ilə bağlı ən çox araşdırmalar aparan, onun faydalarını öyrənməyə çalışan ölkə İngiltərədir. Onun tərkibindəki minerallar bədənin müqavimətini artırır, immunitet sistemini gücləndirir. Bu müqavimət xərçəng xəstəliyi ilə mübarizədə ən vacib silahdır.
Azərbaycanlı təbib Rafiq Cərullayev deyir ki, dəri xəstəliklərindən əziyyət çəkən inanslar eşşək südü ilə dərilərini sildikdə problemlərinə çarə tapa bilərlər: “Qaraciyər serrozuna dərman olan eşşək südü ən yaxşı bəlğəmsökücü kimi də tanınıb. Qızdırmanı aşağı salır, tərkibində olan yüksək keyfiyyətli “Omeqa 3” sayəsində ürəyi qoruyur. Onda olan yüksək miqdarda kalsium sayəsində sümük inkişafı artır və sümük əriməsi aradan qalxır. Artıq çəkidən şikayətlənən insanlara da bu südün faydası var. O, yağ əriməsini sürətləndirir, bədəni formada saxlayır. Həmçinin keçmişdə qızılca çıxaran uşağa da eşşək südü içirilirdi. Həm antibakterial tərkibinə, həm də qızdırma salma özəlliyinə görə yaxşı dərman hesab edilirdi”.
Ana südündən məhrum olan uşaqların qidalandırılmasında əhəmiyyətli rola malik olan eşşək südü istənilən yaşda uşağa içirilə bilər. İnək südü 6 aylıq körpədə allergik problemlər yaratdığı halda eşşək südü yeni doğulmuşlara belə içirilə bilər. Son araşdırmalar bu südün daha çox zülal və daha az yağ ehtiva etdiyini göstərir. Dadı digər heyvanların südü kimi deyil, nisbətən şirin tamı var.
Südün 72 saat keçməmiş istehlak edilməsi vacibdir. Eşşək südünün bir litri Avropada 60 avro, Türkiyədə 100 türk lirəsidir. Stəkanla almaq da mümkündür, bir stəkan eşşək südünə 20 türk lirəsi qiymət qoyulub.
Antibakterial tərkibi və immunitet sistemini gücləndirməsi səbəbi ilə eşşək südü İtaliyada da tibbi məqsədlər üçün istifadə edilir. İtaliyanın Sağlamlıq və Səhiyyə Nazirliyi böyüməkdə olan uşaqlara və yaşlılara eşşək südünü təkidlə məsləhət görən bir kampaniyaya start verib. Onun faydalarından tam yararlanmaq üçün həkimlər südü qaynatmadan içməyi lazım bilir.
teleqraf.com

Комментариев нет:
Отправить комментарий