Страницы

06.04.2013

Mənsur Həqiqətpurdan ŞOK açıqlamalar. ŞOK! ŞOK!! ŞOK!!!

Mənsur Əzizpur: Qarabağı satanlar bu günə qədər cəzalanmayıb, çünki bu gün onlar hakimiyyətdə təmsil olunurlar

Aran Xəbər Agentliyinin məlumatına əsasən, Doktor Mənsur Həqiqətpurun Azərbaycan xalqına təbrik məktubunun Arannews-da və Azərbaycan saytlarında işıqlandırılmasından sonra Azərbaycanın hakim partiyasının bu ölkə parlamentindəki deputatı və Yeni Azərbaycan Partiyasının İcraçı katibinin müavini Siyavuş Novruzov qərbyönümlü Yeni Müsavat qəzetinə müsahibəsində Doktor Həqiqətpurun ünvanına bəzi ittihamlar səsləndirmişdir. Arannews özünün media vəzifəsinə uyğun olaraq, İran İslam Şurası Məclisinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədr müavini və Ərdəbil vilayətinin keçmiş valisi olmuş Doktor Mənsur Həqiqətpurdan cənab Novruzovun ittihamaları haqda münasibət öyrənmişdir.


-Cənab Doktor Həqiqətpur, Siyavuş Novruzovla yazışmalarınızın ardınca Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik müraciətinizdən sonra o, müsahibə verərək sizin ünvanınıza bəzi ittihamlar irəli sürmüşdür. Sizin buna münasibətinizi bilmək istərdik.
-Bəli, mənim Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik müraciətim Azərbaycanın hakim partiyasının ölkə parlamentindəki deputatı Siyavuş Novruzovu çox narahat etmiş, o da belə paradoksal və yalan müsahibə verməyə məcbur olmuşdur. Məncə indiki durumda Azərbaycanın bəzi məmurları, o cümlədən bu deputat dost və düşmənini seçməkdə böyük çaşqınlığa düçar olmuşlar. Bəlli deyil ki, hansı dəlil və məntiqə əsasən Ermənistana və qondarma Dağlıq Qarabağ respublikasına həmişə yardımlar edən, hətta BMT-nin səsvermələrində də adətən Azərbaycanın ərazi bütövlüyünə səs verməyən Amerikanı və İsraili Azərbaycanın dostu, Azərbaycanın müstəqilliyindən bu yana ona heç bir köməyini əsirgəməyən İranı isə düşmən sayırlar. Əlbəttə, Azərbaycanın yüksək rütbəli məmurları bunu dərk etmişlər. Məsələn Bakıda Azərbaycanın möhtərəm prezidenti ilə görüşümüz zamanı dedi: "Amerikalılar bizi saymır və həmişə Ermənistanı dəstəkləyirlər". Lakin əməli olaraq bu ölkədə antiiran hərəkətlərin günbəgün artdığını görürük. Siyavuş Novruzovun əsassız fikir və ittihamları da bu qəbildəndir.

-Siyavuş Novruzov iddia edir ki, siz 1996-cı ildən Azərbaycan Respublikasında cinayət axtarışındasınız və barənizdə 200 səhifəlik cinayət işi açılmışdır. Bu barədə nə deyə bilərsiniz?
-Bəli, Siyavuş Novruzovun müsahibəsində deyilir ki, mən 1996-cı ildən Azərbaycan Respublikasında cinayət axtarışındayam və barəmdə cinayət işi açılmışdır. Çox təəccüblüdür, mən son bir neçə ildə, xüsusən də Ərdəbildə vali olarkən bir neçə dəfə Azərbaycana səfər etmiş, prezidentlə və digər rəsmi şəxslərlə görüşlər keçirmişəm. Bundan əlavə, Azərbaycanın İrandakı səfiri qabaqcadan vaxt alaraq bir neçə dəfə mənimlə görüşmüşdür. Cənab Novruzov həm də iddia edir ki, onda məni ifşa edəcək 200 səhifəlik material var. Mənsə uzun müddətdir deyirəm ki, Qarabağ müharibəsindəki xidmətlərimizi təsdiqləyən bir neçə min səhifədən ibarət yazılı məruzə, şəkillər və 100 saatdan artıq videomaterial var. Mən hazıram kütləvi informasiya vasitələrində hər iki tərəf öz sənəd-sübutlarını təqdim etsin.

-Cənab Həqiqətpur, Siyavuş Novruzov iddia edir ki, siz səksəninci illərin axırlarında və doxsanıncı illərin əvvəllərində, hələ Sovet İttifaqı dağılmazdan öncə sırf Azərbaycanla məşğul olmuş, burda təxribatçı qüvvələrin fəaliyyətinə başçılıq etmisiniz. Bu haqda nə deyə bilərsiniz?
-Hamımız bilirik ki, sərhədlər 90-cı ildə açılıb, xüsusi get-gəllər və xalqlarımız arasında hər hansı bir rabitə də bundan sonrakı illərə aid ola bilər. Amma mənim azəri qardaşlarla ilk görüşüm 91-ci ilə təsadüf edir. Qanlı-qadalı günlərdə (hələ müstəqillikdən öncə) xalq təmsilçiləri olan mübariz vətənpərvər insanlar İrana tez-tez səfərlər edir, onlara qarşı başlanan ədalətsiz müharibədə bizdən yardımlar istəyirdilər. Onlar deyirdilər ki, ermənilər təpədən-dırnağadək silahlıdırlar, bizdə isə dinc əhalini qorumaq üçün ibtidai silahlar da yoxdur. Qeyd edirdilər ki, hətta münaqişə başlamazdan öncə planlı şəkildə bəzi adamların əlində olan ov silahları da yığışdırılıb. Bax beləcə münaqişə zonalarında müdafiə və müqavimət dəstələri yaratmaq məqsədi ilə ilkin əlaqələr yarandı. Bu işlər regional və qlobal dəyişiklərlə birgə müsəlman Azərbaycan xalqının kommunistlərin əsarətindən çıxmasına səbəb oldu. Maraqlıdır ki, cənab Novruzxan Azərbaycan xalqının kommunistlərdən qurtulmaq üçün göstərdiyi səyi təxribatçı fəaliyyət adlandırır. Yəqin onlar hələ də kommunistlərin hakimiyyəti altında qalmaq istəyirlərmiş.

-Cənab Novruzov SSRİ-nin dağılmasından sonra sizin Azərbaycandakı əsas fəaliyyətinizin dövlət çevrilişi istiqamətində olduğunu bildirib. Bu barədə Azərbaycan xalqına nə deyə bilərsiniz?
-Dövlət çevrilişi məsələsi çox mühüm və maraqlı bir mövzudur. Əlimizdə çox tutarlı sənəd-sübutlar var. Xatırladığım budur ki, Bakıda 3 dəfə dövlət çevrilişinə cəhd olub, ikisində Rusiyanın, birində Qərb ölkələri və Türkiyənin mənafeyinə uyğun qüvvələr iş başına gəlib. Hər dəfə Qarabağda bir neçə rayonu qurban verib Bakıda hakimiyyəti devirmək üçün zəmin hazırlayıblar. Bu barədə Allah yanında və müsəlman Azərbaycan xalqı qarşısında üzümüz ağ, alnımız açıqdır.
-Cənab Doktor Həqiqətpur, hakim partiyanın Azərbaycan parlamentindəki deputatı sizi erməni işğalçılarına kömək və hərbi təlimdə, Azərbaycanın hərbi mövqeləri haqda ermənilərə xəbər ötürmək üçün “Xüsusi rabitə sistemi” qurmaqda, hətta Daşaltı, Xocalı və digər əməliyyatlarda ermənilərin xeyrinə iştirak etməkdə günahlandırır. Yəqin ki, Azərbaycan xalqı bu haqda sizdən açıqlama gözləyir.
-Bu ittihamlar göstərir ki, bu adamın Qarabağ haqda heç bir məlumatı yoxdur. Mən mərhum Heydər Əliyevin Qarabağ üzrə xüsusi müşaviri olmuşam. Məni ittiham etmək əslində bu ölkənin mərhum prezidentini ittiham etməkdir. Yadımdadır, bir gün Azərbaycanın təlim keçmiş qüvvələri Heydər Əliyevin önündə paraddan keçərkən mənə dedi ki, səni Azərbaycanın Şöhrət ordeni ilə təltif etmək istəyirəm. Mən isə siyasi səbəblərdən qəbul etmədim. İndi isə bu cənabın mənə xəyanət ittihamı irəli sürməsi gülünc görünür.
Məncə “Xüsusi rabitə sistemi” dedikdə, atəşkəs dövründə Bakı-İrəvan-Xankəndində yerləşib atəşkəsə nəzarət edən nümayəndəliklərin arasındakı əlaqənləndiricidən söhbət gedir. Qəfil hücumlara, öncədən planlaşdırılmış ərazi iddiası və təcavüzə məruz qalmış Azərbaycan tərəfinə özünü toparlamaq, ordu yaratmaq, səfərbərlik və döyüş hazırlığı üçün atəşkəs hava-su kimi lazım idi. İranın vasitəçilik səyləri nəticəsində bu məqsədə çatmaq mümkün oldu. Amma təəssüflər olsun ki, onlar bu fürsətdən istifadə etmək əvəzinə hakimiyyət daxili çəkişmələrə, vəzifə bölgüsü, qohumbazlıq, regionçuluq və bir-birinə badalaq gəlmək kimi mənasız işlərə üstünlük verdilər. Çətin məqamda qızıl kimi fürsətlərin qədrini bilməyənlərin bu gün o xidmətləri xəyanət hesab etməsi təəccüblü deyil. Çünki, məsələlərə ümumxalq mənafeyi nöqteyi-nəzərindən deyil, ayrı-ayrı şəxslərin hakimiyyət maraqları çərçivəsindən yanaşırlar.
Novruzxan ermənilərə Ərdəbildə hərbi təlim keçirilməsinə dair əsassız ittiham irəli sürür. Qeyd etdim ki, minlərlə azəri balasına hərbi təlim keçmişəm. Məndə onların hamısının fotosu, adı və soyadı var. Canlı yayımda bütün dediklərimi sübut etməyə hazıram. Amma kimsə bircə erməniyə təlim keçdiyimi sübut etsə, onun bütün iddialarını qəbul etməyə hazıram.
İran İslam Respublikası beynəlxalq təşkilatlar səviyyəsində Azərbaycan Respulikasının müstəqilliyini tanıyıb, hazırda da onun ərazi bütövlüyünə, suverenliyinə və sərhədlərinin toxunulmazlığı məsələsinə çox ciddi yanaşır. Bundan əlavə, Qarabağı müsəlman torpağı hesab edərək onu qorumağı İslam nöqteyi-nəzərindən də vacib sayır. Üstəgəl məzlum xalqlar, xüsusilə təcavüzə məruz qalan müsəlmanlar haqda öz üzərinə ağır məsuliyyət götürən İran xalqına təcavüzkarlara və işğalçılara yardım ittihamı qəbuledilməz bir haldır.
Böyük Rəhbər Qarabağı İslam torpağı elan etmiş, müsəlman torpaqlarını işğal edənlərə hər növ yardımı haram saymış və yasaqlamışdır. Belə olan halda biz ermənilərə necə təlim keçə bilərdik?!
Cənab Novruzxan bilməlidir ki, mənim hamısı ərdəbilli olan ata-babalarım haqda kifayət qədər məlumatım var. Mən bir türkdilli iranlı və azərbaycanlıyam, ermənilərlə heç bir qohumluğum yoxdur. Mən heç zaman işğalçı ermənilərə kömək, dini, məzhəbi, dili və soykökü mənimlə eyni olan azərilərə xəyanət edə bilmərəm. Siz xainləri dayıları erməni olan və bu gün hakimiyyətin yuxarı eşalonunda təmsil olunanlar arasında axtarsanız, çox maraqlı ünsürlər taparsınız.

-Cənab Siyavuş Novruzov Azərbaycan İslam Partiyasının yaradılmasında sizin rolunuzu vurğulamış və İranda həmin partiyanın nümayəndələri ilə görüşdüyünüzü iddia etmişdir. Bu barədə nə deyə bilərsiniz?
-Bəli, bizi İslam partiyası yaratmaqda ittiham edilər. Lakin bu ittiham Novruzxanın beyninin məhsulu olmaqdan əlavə, həm də Azərbaycanın dindar xalqına qarşı təhqirdir. Məgər əhalisinin 95 faizi müsəlmanlardan ibarət olan bir ölkənin dindarları bir İslam partiyası yaratmağın zərurətini anlamırdılarmı? Bizi hətta qapalı kommunist dövründə də öz dininin təəssübkeşliyini və qeyrətini çəkən dindar insanları himayə etməkdə ittiham edirlər. Ancaq onlar Novruzxan kimi deyildilər ki, dövrün şəraitinə uyğunlaşmaqdan ötrü din və mədəniyyətləri ilə bazarlıq və öz tarixlərini təhrif etsinlər. Əlbəttə, Azərbaycan müsəlmanları və o cümlədən İslam partiyasının nümayəndələri həmişə şiə mərkəzləri ilə, dini alim və müctəhidlərlə əlaqələrini qorumuş, hər bir dönəmdə özlərinin din və şəriətdən irəli gələn vəzifələrinə düzgün əməl etməyə çalışmışlar.
Novruzxanın və onun Azərbaycandakı həmfikirlərinin bilməsi yaxşıdır ki, əvvəla dünyada İslamın və müsəlman cəmiyyətlərin inkişafı bizim öz üzərimizə götürdüyümüz qlobal missiya və müqəddəs arzudur. Kommunist əsarətindən çıxmış və bütün dini ənənələri məhv edilmiş bir məzlum xalqa İslamı dirçəltmək yolunda yardımçı olmuşuqsa, bununla fəxr edirik. Amma əsaslı bir iş görəndə onu açıq şəkildə elan etməyə də cürətimiz çatır. Livan şiələri “Hizbullah” təşkilatını yaratdılar, öz dinlərini inkişaf etdirməkdə, işğal olunmuş torpaqlarını azad etməkdə bizdən yardım istədilər. Biz də heç bir hegemon dövlətdən çəkinmədən onlara yardımçı olduq, onlar İsrail ordusu əfsanəsini puç edib, öz torpaqlarını qəsbkarların caynağından qopardılar. Fələstin mücahidləri bizdən yardım istədikdə onlara qucaq açdıq, təlimatlandırdıq, silahlandırdıq. 22 günlük və 8 günlük Fələstin-İsrail müharibələrində qəsbkarların başına yağdırılan raketləri onlara biz bağışladıq və bu həqiqəti fəxrlə bütün dünyaya elan etdik. Amma bu vaxta qədər Qarabağın işğalda qalması bizim ürəyimizi ağrıdır. Səbəbi də Livan və Fələstin təcrübəsindən qorxub Azərbaycanda da belə bir hadisənin təkrarlanmasına imkan verməyən qüvvələrin qabaqlayıcı tədbirlər görməsidir. Qarabağın azadlığı üçün ayağa qalxan, bizim təcrübəmizdən yararlanmaq istəyənlər şərlənərək həbsxanalara salınır. Artıq bu barədə konkret iş görənlər yox, düşünənlər də terrorçu kimi damğalanır. Halbuki hər bir ölkənin, xüsusən də Azərbaycan Respublikasının öz dini inanclarına əsasən, vətəni sevməyi imandan sayan dindarları ölkələrinin müstəqilliyinə və ərazi bütövlüyünə ən sadiq insanlardır.

-Siyavuş Novruzov sizin Azərbaycanda əməkdaşlıq etdiyiniz adamların adlarını açıqlayacağını söyləyib. Bu barədə fikrinizi bilmək istəyirik.
-Əvvəla yaxşı olar ki, cənab Novruzxan əvvəlcə mənim adlarını çəkdiyim şəxsləri tapıb özünün Qarabağ haqdakı məlumatlarını düzəltsin. İkincisi isə deməliyəm ki, Qarabağ məsələsində Heydər Əliyevdən başlayaraq çoxlu adamlarla söhbətlər etmişəm. Azərbaycanda və İranda birbaşa mənim nəzarətim altında fəaliyyət göstərən hərbi təlim mərkəzlərində minlərlə əsgər və döyüşçüyə hərbi təlimlər keçilib. Hal-hazırda mənim arxivimdə o şəxslərin hamısının qovluğu var. Güc nazirliklərində həmin şəxslərdən bəziləri yüksək vəzifə sahibləridir. Mənim mərkəzimdə bir neçə ay hərbi təlim keçmiş orqan işçisinin guya hotellərin birində mənimlə görüşmüş sadə bir dindarı həmin ittihamla həbs etdiyini eşidəndə təəccübləndim. Qısa şəkildə qeyd edim ki, Azərbaycanda ən mühüm və sirli işlər həyata keçirdiyim şəxs mərhum prezident Heydər Əliyev olub. Əgər bir zamanlar mənimlə rabitə saxlayanlar bu gün mühakimə olunmalıdırsa, onda yuxarıdan başlamaq lazımdır.

-Siyavuş Novruzov müsahibəsində “Mənsur müəllimin tövsiyələri” adlı kitabdan da söz açıb. Bu hansı kitabdır?
-Mənim belə bir kitab haqda məlumatım yoxdur. Təbii ki, prezidentin hərbi müşaviri olmuş bir şəxsin dövlət rəsmilərinə tövsiyələri olmuşdur. Mənim mərhum Heydər Əliyevə və ozamankı Müdafiə nazirinə tövsiyələrim Azərbaycanın dövlət arxivlərində mövcuddur. Əgər Novruzxanın dediyi bundan başqa bir kitabdırsa, xüsusən də dindarların evlərində axtarış zamanı aşkara çıxmışsa, deməliyəm ki, indi Azərbaycanın təhlükəsizlik orqanlarının şərləmə üsulu hamıya tanışdır. İnsanların evlərinə silah, yaxud narkotik maddələr yerləşdirən və sonra onları "tapan" rejim istədiyi hər bir kitabı, yaxud kitabları hazırladıb istədiyi şəxsin evində yerləşdirə və sonra sənəd kimi ondan istifadə edə bilər. Allahdan qorxmayan adam, yaxud rejim istədiyi hər bir işi görə, hər bir şəri yaxa bilər.

-Siyavuş Novruzov müsahibəsində OMON adlı bir qrupdan və sizin onunla əlaqənizdən də danışmışdır. Bu barədə nə deyə bilərsiniz?
-Bəli, cənab Novruzxan Azərbaycanda olan OMON qrupundan, onun şəhid və qəhrəman komandiri Rövşən Cavadovdan danışmış və mənim onlarla rabitəmi ifşa etdiyini güman etmişdir. Kaş OMON-çularda və onların şəhid komandirində olan qeyrətdən bir qədər də Novruzxanda və digərlərində olaydı. Əgər tarixə erməni təcavüzkarlarına qarşı mərdliklə mübarizə aparan bir azəri qrupu göstərməli olsaq, bu qrupu göstərməliyik. Lakin onların komandiri Qarabağın azadlığını öz şəxsi maraqlarına mane bilənlər tərəfindən şəhid edildi. Əgər lazım olsa, mən sonra bu haqda daha ətraflı danışaram. İndi bu qədər deyim ki, hətta bu şəhidin oğlu Laçına da rəhm etməyib qəribə tərzdə öldürdülər. Şəhid Rövşən Cavadovun öz oğluna Azərbaycanın bir şəhərinin adını qoyması onun vətəninə güclü sevgisini göstərir. Yaxşı olar ki, Novruzxan cənab Dayıdan Şəhid Rövşən Cavadovun fikirləri haqda öyrənsin. Şəhid Rövşən Cavadov dəfələrlə mənə deyirdi ki, Qarabağ məsələsində müxtəlif səviyyəli məmurlar aşkar xəyanətlər edirlər. O sonra mücahid əfqan qüvvələrini Cənubi Qarabağda yerləşdirdi ki, ermənilərin digər bölgələri zəbt etməsinin qarşısını alsınlar.
Şəhid Rövşən Cavadov Əfqanıstan mücahidləri ilə danışıqlara başladı, onun səylərindən və cənab Dayının səmərəli fəaliyyətindən sonra iki mindən artıq əfqan döyüşçü Azərbaycan xalqı və məmurları tərəfindən Qarabağı müdafiə etmək üçün həmin bölgəyə aparıldı. Novruzxan cavab verməlidir ki, əfqanlar onun yerinə Qarabağı müdafiə edəndə haradaydı. Qeyrətli Rövşən Cavadov xəyanətkarların qarşısında möhkəm dayanıb digər yerlərin işğalına mane olurdu. Lakin bu dəyəri xidmətləri qarşısında o öldürüldü. İndi təsadüfən hakimiyyətdə olanlar öz varlığının təsbiti, xəyanətlərini ört-basdır etmək üçün 650-dən artıq irili-xırdalı komandirləri kütləvi şəkildə vətənə xəyanətdə ittiham edərək həbsxanalara doldurdu. Əslində onlar əli silah tutan, düşmənə qarşı rəşadətlə vuruşan mübarizlər olduğu üçün və bəzi adamların xəyanətlərini ifşa etməməyə dair iltizam almaqdan ötrü həbs olundular. Millətin və Qarabağın ümidi olan bu vətənpərvər insanların bir hissəsi dözülməz işgəncələr altında əfv müraciəti yazaraq bir neçə aydan sonra azad olundular. Bir hissəsi bir neçə il müqavimət göstərib nəhayət məcburi əvf ərizəsinə imza atdılar. Bir hissəsi isə on ildən artıq həbs cəzası çəksə də sınmadılar və hər dəfə qarşılarına qoyulan ağ kağıza “Qarabağda vuruşduğum və erməniyə güllə atdığım üçün cənab prezidentdən üzr istəyirəm” sözlərini yazıb başlarını dik tutdular.

-Cənab Doktor Həqiqətpur, sizin sözlərinizi işıqlandıran çoxsaylı Azırbaycan mediasına sözünüz varmı?
-Yaxşı bilirsiniz ki, media xalqının gözü və qulağı olmalıdır. Mən buna əməl edən bütün media orqanlarına təşəkkür edir və Qarabağ həqiqətlərini açmaq üçün bir daha Azərbaycan Respublikasının dövlət televiziyasından vaxt istəyirəm. Azəri dilli saytlardan və informasiya agentliklərindən də xahiş edirəm ki, dost və düşmən seçimində ağıllı davransınlar, mənim sözlərimi verərkən ədalətə və peşə prinsiplərinə riayət edib bütün sözlərimi dərc etsinlər.

-Son sözünüz.
-Sonda demək istədiyim budur ki, Novruzxan və onun həmfikirləri cinayətkarın gec, ya tez cəzalanacağını bilsinlər. Çünki bu, Allahın vədidir. Qarabağı satanlar bu günə qədər cəzalanmayıb, çünki bu gün onlar hakimiyyətdə təmsil olunurlar.
Deyirlər ki, mənim Rəhim Qazıyevlə, Rövşən Cavadovla, Heydər Əliyevlə və digərləri ilə rabitələrimi ifşa edəcəklər. Mən həmin dövrdə ordu quruculuğuna, Qarabağın azadlığına yardımçı olmaq istəyirdimsə kimlərlə rabitə saxlamalı idim? Qeyd olunan şəxslərdən biri müdafiə naziri, digəri milli müqavimət hərəkatının rəhbəri, üçüncüsü də prezident idi. Öz müşahidəmdi, Rövşən Cavadov OMON-çularla bir mövqedən ermənilərin üzərinə hücuma hazırlaşırdı. Cavadovun bu əməliyyatda iştirakından xəbər tutan ermənilər həmin mövqeni qoyub qaçdılar. Bir zamanlar belə şəxslərlə rabitədə olduğuma görə indi də məmnunam. Onlar sizin üçün düşmən, Azərbaycan xalqının isə milli qəhrəmanlarıdır.
Azərbaycan xalqına da demək istəyirəm ki, mənim cənab Siyavuş Novruzovla yazılı diskussiyalarımın tam mətnini diqqətlə oxuyub özləri həqiqətləri görsünlər.
Sizə də təşəkkür edirəm.

Комментариев нет:

Отправить комментарий