Akif Abbasov
(“Acı xatirələr” romanından bir parça)
Sima da razı qalmışdı. Amma “Cücələrim” Rasimə baha başa gəldi. Hər dəfə bu mahnını səsləndirmək üçün 10 manat verirdi. Üst-üstə 230 manat pul xərcləmişdi. Sağlıqlar bir-birini əvəz etdikcə araq və konyak dolu qədəhlər qalxır, toqquşdurularaq içilirdi. Arada Müjkanla Sima əl çantalarını da götürüb ayaqyoluna dəyir, üz-gözlərinə su vurub geri qayıdırdılar.
Hərəyə bir şüşə spirtli içki boşaltmışdılar. İkinci şüşələr stolun üstündə idi. “Cücələrim” çalınırdı. Arada durub oynayırdılar. Qulaqlarına narazılıq ifadə edən səslər də dəyirdi: “Nə qədər olar: cip-cip, cücələrim?..”
Müjkan bu dəfə foyeyə tək çıxmışdı. Rasim dərhal onun ardınca yollandı. Müjkan sütuna söykənib Moskva gecələrini seyr edirdi. Rasim yaxınlaşıb arxadan onu qucaqladı.
Müjkan çırpınıb onun qolları arasından çıxdı. Müjkan ağlayırdı. Rasimin hərəkətlərindən sonra hönkürtüsü daha da artdı. Rasim üzr istəyib ağlamağının səbəbini soruşdu:
-Müjkan, əzizim, niyə ağlayırsan? Yoxsa xətrinə dəyən oldu? Yoxsa ürəyincə olmayan bir hərəkətə yol verdik?
Müjkan cavab vermir, ağlamaqda davam edirdi. Az sonra Sima da gəldi. Onu sakitləşdirib içəri apardı.
Araq və konyak dolu badələr onları gözləyirdi. Rasim sağlıq dedi. Müjkanla Sima badələri qaldırıb bir-birinə vursalar da, içmədilər. Emil də onlar kimi. Bir oturuma nə qədər içmək olardı?
Rasim Simaya müraciətlə soruşdu:
-Xanım qız, dəyanətimi yoxladın? Arada havanızı dəyişmək bəhanəsi ilə çölə çıxırdınız. Elə bilirsən səbəbini bilmirəm?! Keflənməmək və mərci uduzmamaq, bizimlə ayaqlaşmaq üçün içdiklərinizi qaytarıb, yenidən süfrə başında otururdunuz. Olan şeydir, lakin adam yalandan sinəsinə döyməz, başqasının ləyaqətinə toxunmaz.
Simada kişilərə qarşı alergiya vardı. Bu da, görünür, səbəbsiz deyildi. Hansısa kişi, yaxud kişilər öz hərəkətləri, davranış və rəftarı ilə Simada özlərinə qarşı nifrət oyatmışdılar. Bunun müəyyən tarixi vardı. O, idmançı idi. Azərbaycan yığma komandasının üzvüydü. Yaxşı idman formasında idi, göstəriciləri də yüksək idi. Olimpiya oyunlarına hazırlaşırdı. Bir gün idman komandasının direktoru və baş məşqçi onu yanına çağırıb dedilər:
-Olimpiya çempionu olmaq istəyirsən?
Sima:
-Əlbəttə, istəyirəm. Kim olimpiya çempionu olmaq istəməz?!
Komandanın direktoru söhbətinə başladı: dünya şöhrətli gimnast var–Olqa Kovalenko. Yaxşı tanıyırsan. Altmışıncı illərdə, olmpiya oyunlarında Sovet İttifaqına qızıl medal gətirmişdi. Bilirsən nəyin hesabına?
Sima dayanıb baxır, səsini çıxarmır, fikirləşirdi: “Bunlar ona nə təklif edəcəklər? Bəlkə istəyirlər qazanacağım pulları sonradan onlarla bölüm? Əlbəttə, çempion olsam. Ay siz öləsiniz!”
Direktor danışırdı:
-Sözümün canı var. Olqa Kovalenko yaxşı idmançı olsa da, o, qızıl medalı qazanmaya və çempion olmaya bilərdi. Lakin elə etdilər ki, o, komandasını şərəfləndirdi. Komanda qızıl medala sahibləndi. O zamanlar biz də SSRİ-nin tərkibində idik. Onun qələbəsi ölkənin zəfəri idi.
Olqanın 18 yaşı vardı. Bir oğlanla görüşürdü. Əlqərəz, qızım, Olqa bilirsən nə üçün qələbə qazandı? Dövlət İdman Komitəsinin məmurları onu məcbur etdilər ki, o, sevdiyi oğlandan uşağa qalsın. Olqa Kovalenko indi, nikaha girməmiş, ailə qurmamış uşaq istəməsə də, onların azusunu, daha doğrusu, tələbini yerinə yetirməli oldu. Hamiləliyinin 9-10 həftəsində tapşırıq belə oldu ki, o, abort etdirməlidir. Olqa uşağa qaldığını görüşdüyü oğlana bildirməmişdi. Yığma komandanın həkimləri Olqanı başa saldılar ki, hamiləlik dövründə orqanizm daha çox kişi hormonları istehsal edir ki, bu, qadının fiziki gücünü və dözümlülüyünü ikiqat artırır. Hamiləlik zamanı oğlan uşağına qaldıqda daha uğurlu nəticələr alınır.
Sima qaşlarını çatdı. “Deməli, o zamanlar hamiləlikdən dopinq kimi istifadə olunurmuş. Seksdən ən yaxşı dopinq kimi faydalanırdılar”.
Sima dayanıb komanda rəhbərinin və baş məşqçinin ona nə təklif edəcəyini səbirsizliklə gözləyirdi. İndi baş məşqçi danışırdı:
-Sima, biləsən, cinsi həyat hipofizin işini stimullaşdırır, qadın emosionallığına yaxşı təsir göstərir. Kişi sperması qadın idmançılar üçün əlavə enerji deməkdir. Odur ki, əsasən, gənc gimnastlar, üzgüçülər, fiqurçular yüksək nəticələrə nail olmaq istəyirlərsə, qızlıqlarına əlvida deməlidirlər.
Sima qulaqlarına inanmırdı. O, tərbiyəli qız idi. Ev uşağı idi. Evdə onun yanında heç zaman söyüş söyməmişdilər. Ata və anası mübahisə edəndə, onların sözləri çəp gələndə heç zaman artıq-əskik danışmaz, hədlərini aşmazdılar. Baş məşqçi də, komanda rəhbəri də qızların yanında özlərini ədəbli aparırdılar. İndi bunlara nə olub? Kişi hormonlarından, spermadan, cinsi həyatdan, qızlıq pərdəsindən, hamiləlikdən danışırdılar. Özü də qız uşağının yanında, Simanın yanında. Qız utanıb başını aşağı salmışdı.
Baş məşqçi danışır, komanda direktoru başını tərpədərək onun dediklərini təsdiq edirdi. Sima hiss etdi ki, başı gicəllənir. “Bunlar nə danışırlar? Yoxsa, Olqa Kovalenkodan danışaraq, başımı piyləyib, mənimlə cinsi əlaqəyə girmək istəyirlər? Ətrafda heç kim yoxdur. Danışıq üçün, özləru üçün mütənasib vaxt seçiblər. Hamı – idmançılar da, məşqçilər də çoxdan gediblər. İdman zalında heç kim yoxdur. Mənim vur-tut 19 yaşım var. Qız uşağıyam. Hələ oğlanla öpüşün nə olduğunu da bilmirəm. Nə atam, nə də anam idmana gəlməyimə razı deyidi. Bir müddət gizli gəlib-getdim. Sonra gördülər ki, idmandan əl götürə bilmirəm, bənd olmadılar. Bir də idmanla məşğul olmağın nəyi qəbahətdir? Həm sağlamlıqdır, orqanizmi möhkəmlədir, ömrü uzadır, həm də insana şan-şöhrət gətirir”.
İndi bu iri cüssəli, dədəsi yaşda olan kişilər Olqa Kovalenkonu və onun qələbəsini bəhanə gətirib onun qızlığını almaq istəyirdilər. Sonra ata-anası onu qınayacaq, saçlayacaq, döyüb-öldürəcəkdilər ki, “Buna görə idmandan ötrü ürəyin gedirdi? İsmətini, bizim şərəf və ləyaqətimizi ayaqlar altına atmaq üçün?!”
Sima özünü elə göstərdi ki, guya ürəyi getdi və tir-tap yerə sərildi. Kişilər tez sıçradılar. Komandanın direktoru su və həkim dalınca getdi. Baş məşqçi aşağı əyilib əli ilə onun sifətini döyəclədi:
-Sima, Sima!
...Həmin hadisədən bir həftə keçmişdi. Baş məşqçı yenə Simanı yanına çağırdı:
-Ay qız, bizi yaman qorxutdun. Amma həkimlər dedilər ki, heç bir qorxulu hadisə yoxdur. Yəqin həyəcanlanıb. Söylədiklərimiz barədə fikirləşsən, pis olmaz. Olimpiya oyunlarına namizədsən. Olimpiya çempionu olmaq bilirsən nə deməkdir? Gözqamaşdırıcı şöhrət, qızıl medal, mükafatlar, üç otaqlı təmirli mənzil, bir ətək pul, ali təhsil! Heç bunları fikirləşirsən? Bəzi qızlar axmağın birinə ərə gedir iki-üç ay qonaq qalandan, cavan ər ehtirasdan doyandan sonra onu qoyub qaçır. Görüşdüyün oğlan varmı?
Bu zaman komandanın direktoru içəri girdi. O, sualı eşitmişdi. Simanın nə cavab verəcəyini gözləyirdi.
-Yoxdur.
-Bəlkə istəyənin var?
Bunu baş məşqçi dedi.
-Bilmirəm.
Direktor:
-Qızım, olimpiya çempionu olsan, bütün problemlərin həll olacaq. Ölkəmizin bayrağını göylərə qaldıracaqsan. Başına and içəcəklər. Bizi də bir günə çıxaracaqsan. Oğlanlar dəstə ilə dalınca düşəcəklər, maddi təminatın və işin olacaq. Oğlanın yoxdursa, qayda belədir: baş məşqçinlə görüşə bilərsən.
Sima qeyri-ixtiyari dönüb baş məşqçiyə baxdı. Elə bil onu birinci dəfə görürdü. Kor-kobud idi, qarnı da irəli çıxmışdı. Həmişə boyun-boğazı tər içərisində olurdu. Cib dəsmalını çıxarıb üz-gözünü, boyun-boğazını silirdi.
Direktor çərənləməkdə idi:
-Baş məşqçidən uşağa qalarsan. Bu, sənin gələcəyin, taleyin, uğurun olacaq. Bütün bunlardan bizdən başqa heç kimin xəbəri olmayacaq. Kişi kimi söz veririk. Doqquz-on ayında burada–idman klubunun həkimləri səni abort edəcəklər. Onlardan da narahatçılığın olmasın. Dillərini kəsərəm. Kimdən hamilə qaldığını da üçümüzdən qeyri kimsə bilməyəcək. Abort etdirib baş məşqçiyə aid olanı da rədd edəcəksən. Ondan sonra onunla sənin heç bir əlaqən olmayacaq.
Sima ağlayırdı.
-Ağlama, qızım, bir Allah şahiddir ki, sənin xoşbəxtliyin üçün əlləşirik. Gələcəkdə ərə getməyinin də problemi olmayacaq. Yaxşı cərrahlarımız var. Toy qabağı tədbir görülər, sən qız uşağı kimi ərə gedərsən.
Olimpiya çempionu olmaq arzusu Simaya hər şeyi unutdurdu. Öz-özünə fikirləşdi: “Cinsi həyat sürməyimdən heç kimin xəbəri olmayacaq. Bu əclaflar söz verirlər...”
Baş məşqçi ilə onun otağında görüşdülər. O öz qıllı bədəni ilə Simanın üzərinə yıxılanda qızın az qala nəfəsi kəsiləcəkdi. Qızın özünə də, ona da acıgı tutdu. Bu əclafa bir ata kimi, bir ustad, müəllim, bir şəxsiyyət kimi yanaşardı. Cinsi həyat məsələsi ortaya çıxandan baş məşqçi onun gözündən düşmüşdü. Ona nifrət edirdi.
Hələ gec deyildi. Durub qaçmaq istədi. Məşqçı imkan vermədi. Sima onun altında çox çabaladı. Üz-gözünü yumruqladı. Amma bu pəzəvəngə güc gəlmək iqtidarında deyildi. Sadəcə gücü çatmırdı. Baş məşqçı istəyinə çatdı. Sima ağrıdan qışqırdı. İş işdən keçmiş, o, qadın olmuşdu. Subay qızlar toydan sonra rəfiqələrinin yanını kəsdirər, zifah gecəsinin sirrli aləminə dair onların söhbətlərinə maraqla və həsrətlə qulaq asardılar. İndi Sima həmin anı yaşamışdı. Fəqət özü istəmədən, əzizlərinin xeyir-duası olmadan. Rəfiqələri ondan nəsə soruşmayacaqdılar, o da qızlara olub-keçənlər barədə danışmayacaqdı. Olmazdı danışmaq.
Sima Yasəfi itələyib ayağa qalxdı. Bütün bədəni ağrayırdı. O, balaca barmaqları ilə Yasəfi döyəcləyə-döyəcləyə:
-Əclaf, yaramaz, bir gör nə etdin?
-Yasəf onu sakitləşdirməyə çalışdı:
-Özünə gəl, hər şey yaxşı olacaq. Sən hamının fəxri olacaqsan. Səni görəndə hamı ayağa qalxacaq, alqışlayacaq. Nazir ayağına gələcək. Ağlama, heç kimə heç nə demə. Bizi də, özünü də zibilə salarsan. Üst-başını qaydaya sal.
Sima geyindi. Yasəf cib dəsmalı ilə onun göz yaşlarını sildi. Sonra Simanı qarşı stulda oturdub, ehmalca qapını qıfıldan azad etdi. Tez yerinə keçdi ki, gələn olsa, başqa bir şey barədə fikirləşməsin. Onu Sima ilə söhbət edən görsün.
Dünya Simanın başına firlanırdı. O özünə heç cür yer tapmırdı: “Atamın, qardaşımın papağını yerə soxdum”.
Bu düşüncələr içərisində yenə onu ağlamaq tutdu. Yasəf narahat oldu:
-Belə getsə, aramızda nə baş verdiyini bütün aləmə bildirəcəksən. Onda təqsiri bizdə görmə. Mən ailəli adamam. Respublikada, xaricdə az-çox tanınıram. Rüsvay olarıq, dilə-dişə düşərik. Ay qız, olan oldu, bundan sonra heç nəyi geri qaytarmaq olmaz. Ağllı ol.
Sima dəli kimi qışqırdi:
-Məni ismətsiz etdin. Təcrübəsizliyimdən istifadə edib aldatdın.
Yasəf onu sakitləşdirməyə çalışdı:
-Bu addımı sənin xatirinə, gələcəyinin xatirinə atdım. Yenə başladın? Axı səni başa saldıq.
-Birdən olimpiya çempionu olmadım.
-Şübhə etmə. Təcrübədən keçib, hökmən olacaqsan.
-Yox, birdən uduzsam? Onda necə olacaq? Fahişə olacağam? Daha kimlərə məni satacaqsınız?
-Ay qız, sən xeyirini bilmirsən. Xəbərin var nə qədər qız, gəlin bu iş üçün, çempionata düşmək üçün ağız açır, zəng etdirir, təzyiq göstərir? Onlara razılıq versək, özləri ilə yanaşı lap ana-bacılarını, başqa əzizlərini də yatağımıza çəkərlər.
Simanın gimnastikaya marağı son dərəcə güclü idi və yaxşı idmançı idi. Bilirdi ki, direktorun və baş məşqçinin təklifini qəbul etməsəydi, idmandan getməli idi. Bu isə, onunçun ölüm demək idi.
Sima qətiyyətlə hökmünü verdi:
-İstəyinə çatdın?! Daha görüşməyəcəyik!
Yasəfi gülmək tutdu:
-Buna sənin ixtiyarın yoxdur.
-Necə yəni yoxdur?! Dediyinizi yerinə yetirdim, indi əl çəkin məndən.
-Biz sənin uşağa qaldığına əmin olmayınca, bunu deyə bilməzsən!
-Başa düşmədim.
-Ona görə ki, uşaqsan. Elə bilirsən bir dəfə yatmaqla qadın hamilə olur? O, birinci intim əlaqədən də uşağa qala bilər, neçə dəfə kişi ilə görüşlərin birində də. Bunu təxminən bir ay sonra bilmək olar.
Sima dəhşətə gəldi:
-Necə? Sən hələ bundan belə bir ay da mənimlə yatmaq istəyirsən? Əsla.
-Yaxşı, tutaq ki, 20-25 gün keçdi və məlum oldu ki, sən uşağa qalmamısan. Deməli, biz onsuz da yenidən görüşməliyik. Görüşüb yenə bir ay gözləyək? Çempionata az qalır. Odur ki, istəsən də, istəməsən də həftədə ən azi 2-3 dəfə burada, yaxud da başqa bir yerdə görüşməyimiz vacibdir.
Qız yenidən göz yaşlarını axıtdı.
-Sima, sənə söz verirəm, həkim yoxlayıb desə ki, sən uşağa qalmısan, onda daha səni narahat etməyəcəyəm.
-Bu olimpiya oyunları da lənətə gəlsin, sən də! Həyatımı puç elədin.
-İndi belə deyir, qarğış edirsən. Amma vaxt gələr, əllərimi öpər, mənə duaçı olarsan.
Simanın hamiləliyinin doqquz-on həftəsi idi. Abort uğurla həyata keçdi, amma ona bildirdilər ki, bundan belə o, ana ola bilməyəcək.
Sima dəhşətə gəldi. Bu, böyük bədbəxtlik, ailə səadətindən məhrum olmaq demək idi. Analıq qadının ən böyük xoşbəxtliyidir. Sabah birisinə ərə gedəcək. O kişini övladsız necə özünə bağlaya, bəxtiyar edə bilərdi?
Sima özünə qapıldı. Yasəflə, komandanın direktoru ilə soyuq, “bəli” və “xeyr”lə danışır, məşqlərdə az fəallıq göstərirdi. Onun solğun bənizinə baxan anası Səkinə:
-Qızım, nə olub sənə, yeməyindən qalmısan, gözümə birtəhər dəyirsən. Xəstə deyilsən ki?–deyə xəbər aldı.
Sima anasının narahatçılığını sovuşdurmaq üçün sifətinə təbəssüm gətirdi:
-Yox, ana, məşqlərimiz üzücü və vaxt aparandır. Böyük çempionata hazırlaşırıq. Olimpiya oyunlarında iştirak etmək sənə asan gəlməsin. Ondandır, yoruluram. Axırı yaxşı olar.
-Əlbəttə, təki yaxşı olsun. Biz də sənin uğurlarını, xoşbəxtliyini arzulayırıq, mənim ağıllı balam. Amma...
Səkinə sözlü adama oxşayırdı. Simanın ürəyi qopdu. Birdən qulağına nəsə dəyər. Həkimlərin, tibb bacılarının ağzından çıxar. Fəqət ola bilməz. Onlara möhkəm-möhkəm tapşırıblar.
-Amma, qızım, gələcək həyatını da düşün. İdmana sonsuz bağlılığından xəbərimiz var. Bu, öz yerində. Artıq 19 yaşın var. Ailə qurmalısan. Bu barədə də fikirləş. Belə deyirlər ki: “Ərsiz qız çiçək kimi kökü üstə quruyar”. Bunu yadından çıxarma. Arzumuz tezliklə toyunu etmək, səni oğullu-qızlı görməkdir. Amma gələcək həyat yoldaşını seçəndə tələsmə. Yaddında saxla ki, ömrünüzün axırına kimi qoşa addımlayacaqsınız.
Sima rəng alıb-rəng verirdi. Səkinə də bunu görür və belə düşünürdü ki, o, utandığından rəngdən-rəngə düşür. Sima tərbiyəli qız idi. Valideynlərilə öz arasında pərdə saxlayırdı. O, tez ayağa qalxıb vanna otağına keçdi. Krantı açdı ki, səsi eşidilməsin və doyunca ağladı.
Olimpiya oyunları yaxınlaşırdı. İştirakçılar həkim müayinəsindən keçirdilər. Simanı da müayinəyə çağırmışdılar. O öz-özünə: “Bu gün-sabah Olimpiya çempionatında iştirak etmək üçün yola düşəcəyik. Gərək hazırlaşım. Bu çempionat mənə çox baha başa gəldi. Bu yolda ən vacib olan iki ən qiymətli sərvətimdən keçdim. Heç birinin geriyə qayıtması mümkün deyil. Biri qızlığım, digəri analığım!
Müayinədən sonra həkimin baxışları və tibb bacıları ilə pıçıltısı Simaya xoş gəlmədi. Odur ki, tez soruşdu:
-Həkim, ümumi vəziyyətim necədir?
-Pis deyil.
-Bəs niyə “pis deyil” söyləyirsiniz, “yaxşıdır”, ən azından “normaldır” demirsiniz?
-Qızım, həkim yoldaşlarımla məsləhətləşməliyəm. Yasəf müəllimə, yaxud komandanın direktoruna deyərəm.
Bir-iki gün keçdi. Yasəf Simanı görəndə nədənsə yan qaçırdı. Onun hərəkəti Simaya qəribə göründü. Onun kabinetinə keçib soruşdu:
-Mənim barəmdə həkim sənə nə deyib?
Yasəfin dili topuq çaldı:
-Bir şey deməyib. Nəsə deməli idi? Bilmirəm.
-Bəs dedi, səndən soruşum?!
Sima bilirdi ki, məsələdən Yasəfin xəbəri var, özü də yaxşı xəbər deyil, özü demək istəmir. Ona görə dayanıb durdu ki, ona anlatsın. Yasəf məcbur oldu:
-Səndə kişi hormonları yüksək səviyyədədir.
-Nə olsun? Daha yaxşı. Özün demirdin ki, bu zəhrimar hormonlar qələbənin rəhnidir?!
-Əzizim...
Sima kətan kimi ağarmışdı:
-Mənə “Əzizim” demə. Əziz-xələf sənin əyriqıç arvadındır. Mən isə sənin fahişənəm. Davam et.
-Bilirsən, Sima, kişi hormonlarının–androgenlərin səviyyəsinin normadan yuxarı olması o deməkdir ki, biz gərək səni yarışlardan çıxaraq.
Sima az qala dəli olacaqdı. Bir belə məhrumiyyətlərdən, məşqlərdən sonra yarışlardan çıxmaq? O, bütün ümidlərini olimpiya oyunlarına bağlamışdı. Arzu və istəkləri puç oldu. Bu yolda isməti əldən getdi, analıqdan məhrum oldu, ata-anasını aldatdı, ailənin şərəf və ləyaqətini ləkələdi. Çempion olmağı cəhənnəmə, heç yarışlara buraxılmır! Sima nə zaman var gücü ilə çığırdığını bilmədi:
-Nə? Buna görə məni yatağına saldın? Buna görə qızlığımı aldın? Buna görə məni analıqdan məhrum etdin? İndi mən el içinə necə çıxım, ailəmin, rəfiqələrimin üzünə necə baxım? Ay, heyvan, ay oğraş!!!!
Sima nə zaman külqabını qapdığını və Yasəfə tərəf atdığını bilmədi. Yasəf əyildi, fəqət zərbə gözlənilməz olduğundan o, gecikdi və başının qanı stolun üzərinə axmağa başladı. Yasəf başını tutub ayağa qalxdı, qan barmaqlarının arasından damcılayırdı. Sima stulun söykənəcəyindən yapışıb irəli yeridi və Yasəfin bədəninə, başına çırpmağa başladı.
-Biqeyrət! Şərəfsiz!
Səsə idmançılar, direktor tökülüşüb gəldilər. Direktor qızı sakitləşdirməyə çalışdı:
-Qızım, qızım!!!
Sima hiddətlə dedi:
-Sən də bunun tayısan! Donuzsan, eşşəksən, oğraşsan!!! Mənə “qızım” deyirsən. Adam da qızını bu dəyyusun yatağına sürükləyər? Mən gedirəm, indi öz qızını gətir, ver bu əbləhə, qoy kef çəksin, bəlkə gözü doydu. Qoy sənin qızında kişi hormanlarını artırsın.
Bu biabırçılıqdan sonra Sima evə gedə bilməzdi. İşdə qalmağı da mümkünsüz idi. Odur ki, bir maşına oturub hava limanına getdi. Yaxşı ki, pasportu yanında idi. Bu gün maaş da almışdı. Moskvaya bilet aldı və uçdu.

Комментариев нет:
Отправить комментарий