Страницы

18.05.2013

Aristotel

Aristotel (yunan. Ἀριστοτέλης) (b.e.ə.384 - b.e.ə.322) - qədim yunan filosofu.
Aristotel fəlsəfə, məntiq, psixologiya, fizika, biologiya, tarix, etika, estetika və siyasət kimi fundamental məsələləri də tədqiq etmişdir.
Aristotel şərq ölkələrində və həmçinin Azərbaycanda Ərəstun adı ilə də tanınır.
Staqiratda anadan olmuşdur (buna görə də ona çox zaman "Staqirit" deyirdilər).Məşhur filosof Platonun Akademiya sının tələbəsi olub. Makedoniyalı İsgəndərin tərbiyəçisi və Afinada Likey fəlsəfə məktəbinin təsisçisi olub. Bəzi əfsanələrə görə İsgəndərin ölümündə onun rolu var (Əfsanəyə görə İsgəndərin atası-Makedoniya çarı Fillip Aristotelin ailəsini o uşaq olarkən qırmışdır. Aristotel bununla İsgəndərdən ailəsinin intiqamını almışdır).
Hələ Platondan təhsil alarkən Aristotel onun varlıqlara münasibətində ideyaların ilkin olması nəzəriyyəsini tənqid edirdi.( Bununla əlaqədar Aristotelin dilindən belə bir deyim var-" Platon mənim dostumdur amma həqiqət daha vacibdir ").
O, göstərirdi ki, belə yanaşma dünyanı anlatmır, ancaq cismlərin izahatı lazım gələn kəmiyyəti göstərir. Böyük filosof hesab edirdi ki, mahiyyəti olduğu "varlıqdan" ayırmaq olmaz: əgər varlıqlar duyğulu dərk edilən aləmdə varlarsa, onda mahiyyət ideal axirət aləmində qala bilməz.
Aristotel maddi aləmin obyektiv varlığını qəbul edir və hisslərə, anlayışlara və təsəvvürlərə real şeylərin törəmələri kimi baxırdı. Varlığın mahiyyətini o, varlığın özündə axtarırdı. Lakin maddədə o yalnız passiv başlanğıc görürdü .Fikrincə bu başlanğıc xüsusi aktiv başlanğıca -"formaya" tabe idi və bütün "formaların forması"nın ən yüksəyi Allahdır.
Aristotelin materializm və idealizm arasındakı tərəddüdləri onun dialektika ilə metafizika arasındakı tərəddüdləri ilə müşhaidə edilirdi. O, təbiətdə və cəmiyyətdə hərəkəti qəbul edir, hərəkətin müxtəlif növlərinin (meydana gəlmə, məhv olunma, inkişafı, azalma, keyfiyyətcə dəyişmə və fəzada dəyişmə) mövcud olmasına işarə edirdi. Ziddiyyətlərin qarşılıqlı əlaqəsini, keyfiyyətli dəyişikliklərin kəmiyyətlərdən asılılığını görür, mümkünlüyün həqiqətə çevrilməsini tədqiq edirdi.
Bununla bərabər hərəkətin mənbəyini - "birinci mühərriki"n Allah olduğunu göstərirdi.Aristotelə görə İlahi varlıq maddədən kənarda qalır və özü hərəkətsiz qalaraq bütün dünyanı faydalı hərəkətə gətirir.Aristotel Allahı bütün varlıqların inkişafının sonuncu səbəbi,ən yüksək məqsədi sayır və bunu " entelehiya " adlandırırdı. Ümumi ilə təkin arasında olan nisbəti məsələsinə isə Aristotel toxunmurdu.
Formal məntiqin inkişafında xüsusilə Nəticələr nəzəriyyəsinin (Sillogizm) işlənməsində Aristotelun böyük xidməti vardır.
Kosmologiya sahəsində Aristotel Geosentrizm nəzəriyyəsinin tərəfdarı idi. Onun kosmoloji fikirlərini sonradan Ptolomey inkişaf etdirmişdir. Sonralar bu nəzəriyyə Xristian kilsəsi tərəfindən ehkam laşdırılmışdır.
Aristotel öz tədqiqatlarında Biologiya ya da yer ayırmışdır. O, 500-dən artıq heyvan növünü təsvir edib onların təsnifatına cəhd göstərmişdir. Aristotelə görə həyatın maddəsi vücud, forması isə ruhdur. Öz sistematikasında o, heyvanları 3 qrupa bölmüşdür- insan, bitki və heyvan.
Aristotel estetikanın tarixində incəsənətə gerçəkliyi əks etdirən sahə kimi yanaşmışdır. Bu sahədə o öz müəllimininin-Platon un əsərini ("İdeyalar ideyası" əsərini) tənqid etmişdir. Onun fikrincə bu ideya həqiqi həyatla əlaqəsizdir. Onun fikrincə etika məsələləri insanların ictimai vəziyyətləri ilə sıx əlaqədə baxılmalıdır.
O, hesab edirdi ki, səxavət yalnız azad insana aid bir xüsusiyyətdir. Qullar heç zaman səxavətli ola bilməzlər, onlar pozğundurlar. Aristotel qulu ağasının "danışan alət"i simasında görürdü. Buna görədə Aristotelin ictimai-siyasi və fəlsəfi görüşləri onun "ən mükəmməl sistem" saydığı Quldarlıqın möhkəmlənməsinə yönəlmişdi.
Aristotel fəlsəfəsi bəşəriyyətin içtimai fikrinin sonrakı inkişafına çox ciddi təsir göstərmişdir. Onun təlimi iki istiqamətdə- mistik idealizm və digər tərəfdənmaterialist fəlsəfi fikrin inkişafı üçün mənəvi qida mənbəyi olmuşdur.
Aristotel Qərb fəlsəfəsinin inkişafı ilə yanaşı Şərq və Azərbaycan fəlsəfəsinə də çox ciddi təsiri olmuşdur.

Habil Yashar Yazar

Комментариев нет:

Отправить комментарий