Страницы

08.05.2013

Cəzaçəkmə müəssisələrində kitab bayramları

Kulturoloji fəaliyyət güclənir: XIII Bakı Kitab Bayramı: Kulturoloji tədbirlər silsiləsi başladı...

Yeni Yazarlar və Sənətçilər Qurumu Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyilə gerçəkləşdirdiyi, Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Öndərin yadigarı - intellektual-kreativ Azərbaycanımızı sevək..." şüarı altında keçirilən XIII Bakı Kitab Bayramı - Kulturoloji Tədbirlər Silsiləsinin növbəti 3 tədbiri aprelin 28, 29 və 30-da baş tutub.
Aprelin 28-də Yeni Yazarlar və Sənətçilər Qurumu "Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqının təşkilatçılığıyla Bakıda təşkil olunan Birinci "Gənc Şairələrin Beynəlxalq Forumu"nin iştirakçıları üçün www.kitabxana.net portalının təqdimatını, eləcə də kitab sərgisini keçirdi...

Əsasən xarici dillərdə olan Azərbaycan kitablarının sərgisi xarici qonaqların, eləcə də yerli ədəbi-mədəni ictimaiyyətin nümayəndələrinin, gənc yazarların və oxucuların xüsusi diqqətini cəlb etdi. Xarici qonaqlara Azərbaycan həqiqətlərini əks etdirən nəşrlər və kitablar hədiyyə olundu.
Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş XIII Bakı Kitab Bayramının - Kulturoloji Tədbirlər silsiləsinin açılışı Forumdakı 20 ölkənin yaradıcı adamları və yerli ədəbi-mədəni ictimaiyyətin nümayəndələrinin iştirakıyla baş tutu.
YYSQ sədri, elektron resursun yaradıcısı və rəhbəri, yazıçı-kulturoloq Aydın Xan (Əbilov) www.kitabxana.net - Milli Virtual Kitabxana layihəsi haqqında məlumat verdi, iştirakçıları maraqlandıran suaları cavablandırdı.
YYSQ və kitabxana.net portalı tərəfindən həyata keçirilən kulturoloji-innovativ fəaliyyətlər haqqında danışan layihələr rəhbəri A.Xan (Əbilov) Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən bir hissəsinə maliyyə dəstəyi verilən "Fəal gənclər və liderlər üçün internet jurnalistikası (sosial media), blogerliklə bağlı real, elecə də virtual, distant məsafəli təlimin təşkili, yeni mediaya aid elektron dərsliklər, E-kitab formasında elmi praktik ədəbiyyatın hazırlanıb portalda yerləşdirilməsi, sosial şəbəkələrdə geniş fəaliyyəti" şəbəkə layihəsi, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu tərəfindən qismən maliyyələşdirililən "Rusdilli gənclər üçün Azərbaycan e-kitablarının hazırlanması, təqdimatı" adlı layihəsi və Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən bir hissəsi maliyyələşdirilən "Azərbaycanda yaşayan milli azlıqların ədəbiyyat antologiyasının elektron variantının hazırlanması" kulturoloji-ədəbi İnternet layihəsi haqqında bilgiləri paylaşdı.
Sonda "Tanınmışlar: "Biz www.kitabxana.net - Milli Virtual Kitabxananı sevirik" adlı dəstək foto-kampaniyasıı keçirildi...
***
Aprelin 29-da Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmət, Azərbaycan Yazıçılar Birliyi, Yeni Yazarlar və Sənətçilər Qurumunun təşkilatçılığıyla Bakıda yerləşən 16 saylı cəzaçəkmə müəssisəsində yazarlarla məhkumların görüşü, eyni zamanda ədəbi məclis keçirildi. Ümummilli lider Heydər Əliyevin yubileyinə həsr olunmuş, "Öndərin yadigarı - intellektual-kreativ Azərbaycanımızı sevək..." sloqanıyla keçirilən tədbirs YYSQ-nin XIII Bakı Kitab Bayramı - Milli Kulturoloji Müsabiqənin silsilə tədbirlərini davam kimi keçirilirdi. Məclisi cəzaçəkmə müəssisəsinin rəis müavini, ədliyyə mayoru Füzuli İsmayılov açdı, görüşün əsas məramı-məqsədi barədə geniş məlumat verdi.
YYSQ sədri, yazıçı-kulturoloq Aydın Xana (Əbilov) məhkumlara tədbirin həsr olunduğu əlamətdar hadisə - Ümummilli lider Heydər Əliyev 90 illik yubileyi barədə geniş danışdı, son illərin Azərbaycan mədəniyyəti, ədəbiyyatı, ədəbi prosesi, kitab işi barədə müxtəsər bilgilər verdi.
Söz alan istedadlı gənc şair, Prezident təqaüdçüsü Fərid Hüseyn oxucularla təmasın yaradıcı insanlara xüsusi təsir etdiyini vurğuladı, qələmə aldığı yeni şeirlərini oxudu. Öz kitabını imzalayıb müəssisənin əməkdaşları və azadlıqdan məhküm edilmiş oxuculara bağışladı. YYSQ tərəfindən hədiyyə olaraq gətirilmiş 300-ə yaxın kitabı nümayiş etdirildi. Qonaqlar məhkumların yaradıcılıq imkanlarıyla maraqlandı, onların əsərlərinin mətbuat və İnternetdə yayılmasında şərait yaradacaqlarını söylədi.
Sonra Aydın Xan (Əbilov) www.kitabxana.net - Milli Virtual Kitabxana haqqında, İnternet ədəbiyyatı barədə geniş bilgilər verdi və bildirdi ki, portalın xüsusi yeni bölümləri barədə danışdı.
***
Aprelin 29-da isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti, Azərbaycan Yazıçılar Birliyi, Yeni Yazarlar və Sənətçilər Qurumunun təşkilatçılığıyla Bakıda yerləşən 10 saylı cəzaçəkmə müəssisəsində yazarlarla məhkumların növbəti görüşü, eyni zamanda ədəbi məclis keçirildi.
Ümummilli lider Heydər Əliyevin yubileyinə həsr olunmuş, "Öndərin yadigarı - intellektual-kreativ Azərbaycanımızı sevək..." sloqanıyla keçirilən tədbir YYSQ-nin XIII Bakı Kitab Bayramı - Milli Kulturoloji Müsabiqənin silsilə tədbirlərini davam kimi təşkil olunmuşdu.
Əvvəlcə YYSQ nümayəndələri cəzaçəkmə müəssisəsinin işi ilə, eləcə də kitabxana, idman zalı, yeməkxana, böyük zalı, kompyuter otağı, məscid, kilsə və başqa yerləri ilə tanış oldular, onlara məlumat verildi ki, ədliyyə sistemində nümunəvi müəssisə kimi tanınan bu qurumda hətta məhkümların iştirakıyla televiziya verilişi hazırlanır və hər həftə Xəzər TV-də, eləcə də sosial videopaylaşım şəbəkələrində nümayiş olunur (http://penitensiar.justice.gov.az/mehkum_tv) .
Sonra tədbir öz işinə başladı. Məclisi cəzaçəkmə müəssisəsinin rəis müavini, ədliyyə polkovnik leytnantı Əli İbrahimov açdı, görüşün əsas məramı-məqsədi barədə geniş məlumat verdi.
YYSQ sədri, kitabxana.net - Milli Virtual Kitabxananın rəhbəri, yazıçı-kulturoloq Aydın Xana (Əbilov) məhkümlara tədbirin həsr olunduğu əlamətdar hadisə - Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi barədə geniş danışdı, son illərin Azərbaycan mədəniyyəti, ədəbiyyatı, ədəbi prosesi, kitab işi barədə müxtəsər bilgilər verdi.
Söz alan istedadlı gənc şair, Prezident təqaüdçüsü Fərid Hüseyn əsasız yerə İranda həbs olunması haqqında məlumat verdi, oxucularla təmasın yaradıcı insanlara xüsusi təsir etdiyini vurğuladı, qələmə aldığı yeni şeirlərini oxudu. Öz kitabını imzalayıb müəssisənin əməkdaşları və azadlıqdan məhküm edilmiş oxuculara bağışladı. YYSQ tərəfindən hədiyyə olaraq gətirilmiş 300-ə yaxın kitabı nümayiş etdirildi.
Qonaqlar məhkumların yaradıcılıq imkanlarıyla maraqlandı, onların əsərlərinin mətbuat və İnternetdə yayılmasında şərait yaradacaqlarını söylədi.
Sonra çağdaş Azərbaycan Respublikasının qurucusu Heydər Əliyevin həyat və ictimai-siyasi, dövlətçilik fəaliyyəti aqında geniş məruzə edən A. Xan (Əbilov) kitabxana.net - Milli Virtual Kitabxana haqqında, İnternet ədəbiyyatı barədə geniş bilgilər verdi və bildirdi ki, portalın xüsusi yeni bölümləri barədə danışdı.
Poeziya məclisi formasında davam edən məclisdə gələn yazar qonaqlar eləcə də bədii yaradıcılıqla məşğul olan məhkumlar öz şeirlərini oxundu, ədəbiyyat ətrafında çıxışlar oldu, suallar cavablandırıldı...
YYSQ tərəfindən müəssisəyə hədiyyə gətirilmiş 300-dən çox yeni kitab, eləcə də ədəbi dərgilər ümumi kitabxanada sərgiləndi, tədbirin sonunda cəzaçəkmə müəssisəsinə bağışlanıldı...
Qərara alındı ki, bu qəbil mədəniyyət və ədəbiyyatla bağlı tədbirlər davamlı keçirilsin, şair-məhkumların qələm məhsulları dövri mətbuat və İnternetdə yayımlanması ilə bağlı fəaliyyətlər gücləndirilsin...
Daha sonra Cəzaçəkmə müəssisəsinin rəisi Mirsaleh Seyidov gələn qonaqlarla görüşdü, fikir mübadiləsi aparıldı, müəssisənin yaratmaq istədiyi elektron kitabxana layihəsi ilə bağlı ilkin razılaşma əldə olundu. Aydın Xan (Əbilov) YYSQ və kitabxana.net - Milli Virtual Kitabxana bu məsələdə müəssisəyə istənilən yardımı etməyə hazır olduğunu bildirib.
XIII Bakı Kitab Bayram - Milli Kulturoloji Tədbirlər Silsiləsisinə maliyyə-texniki dəstək verir: Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Yeni Yazarlar və Sənətçilər Qurumu, Azərbaycan Yazıçılar Birliyi İQƏAİM-dir.

Yeni Yazarlar və Sənətçilər Qurumu Media və İctimaiyyətlə Əlaqələr bölümü

Комментариев нет:

Отправить комментарий