Sayman Aruzun "A" HƏRFİNƏ UDUZMAQ adlı şeir kitabı çapa verilmişdir. Xatırladaq ki, bu şairin sayca 5-ci şeir kitabıdı. Kitabda son iki ilin şeirləri və bir neçə köhnə şeir yer almışdır.
Kitabın adı bu şeirdən götürülmüşdür:
Sabir Rüstəmxanlıya ithaf:
Sonunda bir şəkil olacağıq uzağı
Azərbaycan Yazıçılar Birliyinin divarında
Və ya vətəndən azmışm bir küsgünün dodağında
Nisgil-nisgil səslənəcəyik.
Görəcəyik ama dinə bilməyəcəyik
Baxacağıq ama ağlaya bilməyəcəyik
huyuxlana-huyuxlana divarların üstündə közərəcəyik!
“A” hərfinə uduzacağıq
Azadlığa
Araza
Azərbaycana uduzacağıq!
Bu “kabinet siyasətçiləri” nin
bu “teknokravatlar”ın
bu “demomillətsizlər” in içində qəhrəman yaşamaq,
bu Arazı mikrofon arxasında bağıranların önündə,
Səməd* kimi boğulmaq
Və müştəbeh kölgələrin içində öz qatili axtarmaq kimi yaşamaqdır bizimki.
Diktatora de: bizi öldürməyə gəlməsin.
Ölüyə ölüm fətvası kimi bir şeydir həyatımız.
Internetin bütün səhifələrində axtarışdadır adımız.
Tarix kitablarındaki bütün satılanlar bizik.
Elmin hələ çözə bilmədiyi formullar,
fəlsəfənin hələ ayağı dəymədiyi yollar...
Bu “liberal yarımçıqlar”,
Bizi necə başa düşə bilərlər?!
Bu dünən solçu bu gün millətçilər,
bu tamada qarınlar, bu “toylar mollaları”
bu Amerika əmcəyində süd əmənlər,
vətəndaş ovuna çıxmış ingiltərəli hörümçəklər..
Vətənsizliyin qorxusundan,
vətəni çiynimdə daşıdım.
Sayları çox idi, sayımız az.
Sevincimiz iynə qədər,
biraz,
biraz.
Nə edə bilərdik qaranlığa?
Sığına bildiyimiz adamlar az.
Olanlarsa bir az soyuq, biraz dayaz!
Комментариев нет:
Отправить комментарий