Страницы

05.06.2013

DAR AĞACI

Qalib Şəfahət

Salam, Dar ağacı!
Hər vaxtın mübarək.
Şanlı-şöhrətlı
taxtının-tacın,
Qara bəxtin mübarək!
Bir kişi  qeyrəti,
Bir qadın isməti,
ümidlərdən asılıb qalıb səndə.
Bir ümidsiz ümidin,
Kölgəsinə qısılmısan sən də.

Bir ana fəryadı,
Saçlarını yolub səndə.
Saçları asılı qalıb,
Yellənir, o yana-bu yana
Qara yellər əsəndə.
Salam, Dar  ağacı!
Özünü öymə,
Yada ki, bəxtinə söymə.
Başlar sağ olsun,
Yoxsa sənə dar  ağacı deməzdilər.
Ya da səni dar ağacı bilib öyməzdilər.
Kökun ağacdan deyil,
Gövdən ağacdandı.
Göyərmir yarpaqlarin,
Kimsə başını sənə yedizdirib ,
Böyüdür səni.
Salam, dar ağacı!
Səndən başlar asılmasa,
Səni uşaq yellənçəyi bilərdilər.
Hər gün analar uşalarını gətirib,
Səndə yelləndirərlər.
Ya da paltar yüyüb,
Səndə sərərdilər.
Sənin dəyərin,
Səndə asılan başların dəyəri qədər
ölçülür.
Başını başlara qatmısan,
Qorxulu olmusan yaman.
Hamı kiriyir,
 səsini də çıxarmır,
adın çəkiləndə.
Səndə keçir  ən qiymətli başlar,
Başlar  yük olur sənə,
Səndə söz başıda
asırdılar, Dar ağacı!
Söz başıda kəsirdilər, Dar ağacı!
Daha ehtiyac yoxdu,
Elə beşikdə də boğmaq olur,
Səsidə çıxmır.
Düşüb qiymətin.
Başın sağ olsun, Dar ağacı!
Ömürə qıymaq üçün,
Eh! ..Nə şirinsən,
Dar  ağacı!...

Комментариев нет:

Отправить комментарий