Страницы

11.06.2013

Dünya yenidən bölünür

Əziz Əzizbəyli

Ərəb ölkələri üçün başlayan güllü inqilablar əslində böyük oyunun hissələrindən idi. Tunis, Misir, Liviya və sonda Suriya hadisələri ABŞ və onun yeni dünya düzəni yaratmaq yolundakı müttəfiqləri ilə fəaiyyətlərinin nəticəsi idi.
Dünyada özündən başqa heç bir ikinci qüvvənin varlığını qəbul etməyən Qərb qüvvələri okeanın bu tayında ərəb ölkələrini bir-birinin ardınca təsir altına aldılar. İnqilabla dəyişən hakimiyyətin ən uduzan kəsimi xalq oldu. Tükiyənin dinçi və nurçu hakimiyyətinə aldanaraq yeni qurulan dövlətlərinin analoqunu yaratmağa başladılar. Amma, ABŞ, İsrail və Türkiyənin Yaxın Şərq zonasındakı oyunuları Suriyada durdurula bildi. Dünyanın aparıcı KİV-nin də tutduğu birtərəfli mövqe, aşıladığı antiəsəd nifrəti bu gün üçün sabun köpüyündən başqa heç nəyə yaramadı. İlk dəfə olaraq, burda ABŞ və müttəfiqləri süquta uğramaq təhlükəsinə düşüblər.

Suriyanın təslim olmaması nəticə olaraq ortaya bir neçə vacib məsələni qoya bildi.
Əvvəlcə, Suriyanın tək olmadığı-Hizbullah, İran, Çin və Rusiyadan güclü dəstək aldığı məlum oldu.(Bu halda münaqişənin lokallığı deyil, beynəlxalq səviyyədə getdiyi məlum oldu);
İkincisi, suriyalıların əvvəlindən-sonuna qədər  Əsədi dəstəklədikləri doğrulandı ( Əsədin  hakim olduğu -2000-ci ildən bəri ölkə inkişafın zirvəsində idi);
Üçüncüsü, Sionistlərin Suriyadakı tənəzzülü beynəlxalq siyasətdə çat yaratdı.
Rusiya, İran və Çin üçbucağı ABŞ-a tərs şilləsini çəkə bildi. Üstünlük tək Suriyada Əsədin mövqelərinin möhkəmlənməsi ilə başlamadı, həm də ABŞ-ı müttəfiqlərinin də qayğısına qalmalı olduğunu başa saldı.
Bu gün üçün beynəlxalq münasibətlərdə qruplaşma və birlik yaratmaq istəyi artıq zərurətə çevrilir. Yəqin ki, qısa bir müddətdə  "Şanxay"-ın hərbi versiyasının ortaya çıxması reallaşacaq.

teleqraf.az

Комментариев нет:

Отправить комментарий