İnci Azərdüşt
Tarixi-qədimdən, ta üzü bu günədək belə bir şey müşahidə edilməmişdir ki, dünya xalqları yekdil bir fikirdə, eyni düşüncədə bulunsun. İdealistlərin teologiya, monoteizm tərəfdarları cani-dildən kütlələrin düşüncəsini mütləq allaha, metafizik qüvvələrə yönəltməyə çalışmış, materialistlər və din, teizm eleyhidarları isə əksinə cəmiyyətin və insaniyyətin şüuru-təfəkkürünü kortəbii materializmdən başlayarq obyektiv gerçəkliyə, praqmatizmə və rasionlizmə kökləməyə cəhd edirdilər. Əslində qüvvələrin bu dialektik mübarizəsini və heç-heçə “döyüş”ünü mənfi çalarlarla təqdim etməyin önəmi və əhəmiyyəti yoxdur. Həmçinin də insanlığın vahid bir ideologiya ətrafında toparlana bilməməsinə tənqidi yanaşılmamalıdır.
Belə bir sual qoyaq: Cümlə bəşəriyyət bütünlüklə qeyri-maddi qüvvələrə, batiniyyətə inanarsa, bu o zaman onların boş, xəyali, saçma, qorxu insitinktinə (tabe olması) düşməsi demək olmazdımı? Bir Kefli İskəndər meydana çıxıb “ey, ölülər” bağırıb da millətləri sarsıdıb, inancını yerlə-yeksan etməzdimi?
Yaxud da əksinə dünya xilqətinin başdan-ayağa din şəcərəsini, xaliqiyyəti, səbəbiyyəti rədd edərək, dialektik materializmi, ateizmi müdafiə etməsi də eyni zamanda yanlış olmazdımı? Əslində bəlkə hər şey insan düşüncəsinin bu istiqamətinə əks və paradoksalmış? Sirusdan bir uzaylı “özünüzü çox yormayın, sizin ana-babalarınız bizik”.- desə? Yenə də millətlərin mənəvi böhranı başlayardı. Ona görə də birtərəfli düşüncə və eyniyyət bu baxımdan qəbuledilməzdir. Lakin, müsbət fəlsəfə müdafiəçiləri bu iki əks dini və dünyəvi düşüncəni inkar edərək, özünü onların fövqündə hesab edir, bütünlükdə nə metafizikanı nə də sırf dialektik materializmi qəbul edirdilər. Ancaq, bununla belə pozitivistlər səbəbiyyət nəzəriyyəsini qəbul edir, aqnostik düşüncə tərzini -mövcudatın dərkedilməzliyini xüsusi olaraq vurğulayıdılar. Əsasını Max və Avenariusdan alan Kont pozitivizmi Azərbaycanın milli-burjua ideoloqlarının da düşüncəsinin fəlsəfeyi-müsbətə doğru dəyişməsinə təsir göstərmişdir. Filosof Əhməd Müdhət Rüfətovun silsilə məqalələrində Herbert Spenserin fərdiyyətçi, subyektivist baxışları dərin şəkildə hiss olunur.
Pozitivstlərin insanların həyat meydanında mübarizə aparma prosesini heyvanizmlə müqayisə etmələri Sovet etikası tərəfindən aşağılama və təhqir sayılırdı. Amma hansı ki, sovetizmin bu saxta, vizual təlim-tərbiyə metodologiyasını alt-üst etmək və pozitivistlərin düşüncəsini isbatlamaq üçün, Stalin, Lenin və Trotskinin öz aralarında bir-birilərinə qarşı apardıqları teorik mübarizəni qeyd etmək kifayətdir. Məlum olduğu kimi bu mübarizədə Stalin sırf qəddarlığı və hiyləgərliyi sayəsində qalib çıxdı ki, heyvanlar aləmində də eynilə belə,yalnız heyvanın ən güclüsü və hiyləgəri uğur əldə edə bilər. Yaşamaq, qalib olmaq, uğur əldə etmək mücadiləsində insani keyfiyyətlər qeyb olur və sırf bütün canlılara xas olan instinkt işə düşür.
Çox qəribədir ki, sovet nəzəriyyəçiləri Darvinin insanlarla, heyvanların əcadının bir olduğunu iddia etməsini həzm etsə də, amma pozitivistlərin bu düşüncəsini təhqir olaraq qəbul edirdilər . Məgər meymun heyvan deyilmi? Əslində yaranmış bu təzadı belə şərh etmək doğru olar ki, sovetçilərə nələr sərf edirdisə qəbul, nələr sərf etmirdisə inkar edirdilər.
Həyat güclülərin meydanıdır və hər kəs çalışır, hər şeyi özünün xeyrinə həll etsin. İnsan bütün predmetləri özününkiləşdirmək, fərdiləşdirmək istəyir. Və çalışır bütün mübahisələrdə, polemikalarda, debatlarda onun subyektiv düşüncəsi qalib gəlsin. Digər tərəf də həmçinin çalışır mübahisə onun xeyrinə həll edilsin. Təhlil edilən məsələ isə iki şəxsin subyektiv şüur-təfəkkür süzgəcindən axıb gəlir və deməli obyekt deyilən bir şey əslində xülaydır. Eyni zamanda bütün nəzəri küliyyatlar, rəflərə doldurulmuş elmi, bədii kitablar subyektiv düşüncələrin məhsulu olmaqla prinsipcə hər şeyin subyektiv öz-dən ibarət olduğunu isbatlayır.
Fəlsəfeyi müsbətədə burjua filosofları tərəfindən müdafiə edilən dərkolunmazlıq şüarı, bir çox kübar lakin dayaz düşüncəli ailələrdə kifayət qədər yaxşı başa düşülməmişdi. Bunu elə Cek Londonun ” Martin İden”ində də görmək mümkündür. Belə ki, Spenserin fərdiyyətçi-pozitivist baxışlarından bərk təsirlənən gənc filosof Martinin aqnostik mülahizələri kübar elita tərfindən səhv anlaşılır. Onun dərk olunmaz mövcudluq haqda empirik baxışları, allahın və dinin inkarı kimi başa düşülür, və hətta Martinə solçu damğası belə vurulur. Bu işdə qəzetlərin “araqarışdırma siyasəti” də az rol oynamır.
Zəngin ailələrin əslində bir devizi var. “Amandı dövlətimiz əlimizdən çıxmasın”. Deməli onlar millətçi-burjua ideoloqlarını buna görə müdafiə edir, fəlsəfələrini buna görə dəstəkləyirdilər.
Spenserin cəmiyyət haqqında üzvilik nəzəriyyəsi, Kontun dünyəvi düzəni elmi zəmində yenidən dəyişmək haqda ideyası varlı, ortabab savadlı burjua ailələrinin eyninə belə deyildi. Burjua ideyalarını dəstəkləyən Martin İden obrazı da kübar ailələrdə gördüyü bütün bu naqisliyə qarşı barışmaz mövqe sərgiləyirdi. Bir çox zəngin insanların topladığı var-dövlətlə, kasad mənəviyyatları arasında yaranan ziddiyyətlər Martin İdeni həyatdan usandırmağa başlayır. İfrat fərdiyyətçi baxışlara sahiblənən Martin, cəmiyyətin ümumi qayda-qanunlarını rədd etməyə və öz düşüncələrini müdafiə etməyə başlayır ki, nəticədə də fərdiyyətlə, cəmiyyət arasında yaşanan ənənəvi anlaşılmazlıq və şəxs-toplum savaşları başlayır. Amma çoxluq, azlığı həmişə yendiyindən bu əsərdə də kütlələr Martin İdenin “məğlubiyyət”inə- intiharına nail ola bilirlər.
Lakin bu heç də o demək deyil ki, burjua cəmiyyəti başdan-ayağa eyibli, digər quruluş və cəmiyyətlər isə pak və nöqsansızdılar .
Azərbaycanda poztivizmin tərəfdarları əsasən bu fəlsəfənin birinci mərhələsinin təsirinə məruz qalmışdılar. Bu yeni fəlsəfə özünün ikinci mərhələsində bir qədər radikallaşaraq hətta ən sadə gerçək predmetləri belə düşüncənin təzahürü olaraq qəbul edirdi.
XX əsrdə yeni fəlsəfə tərəfdarlarından olan Əhməd bəy Ağayev vurğulayırdı ki, Azərbaycan burjua, millətçilik mərhələsini keçməmiş sosializmə yetişə bilməzdi. Onun ali quruluş adlandırdığı sosializmin sovetlərin qanlı inqilabları ilə heç bir əlaqəsi yox idi. Millətçiliyin və sərbəst cəmiyyətin təməl fəlsəfəsi olan fəlsəfeyi müsbətə qarşı, sosialist materializmi dayanmışdı. Türk xalqlarının beyninə məcburən təlqin edilən birtərəfli materialist fikirlər onların millətçilik dövrünü keçməsini və Avropaçılığa doğru inteqrasiyasını ləngitdi...
Dərkedilməzlik təliminin, dərk edilənliyə əks mövqedə olması, üstəlik fəlsəfeyi müsbətənin liberal burjua cəmiyyətinin hakim ideologiyasına çevrilməsi Sovet “.....izm” və “.....ist”lərinin inqilabçı düşüncəsinə zidd olduğu üçün qətiyyətlə rədd edildi və çökdürüldü.

Комментариев нет:
Отправить комментарий