Страницы

02.06.2013

İçimdəki kainat

Aydın Xan Əbilov

Dostum- sadiq e-oxucum Zulfiyyə Bayramova üçün bazar günü e-ərməğanım

Bu gecə addım-addım
Bu şəhəri vərəqlədim,

Gözümdə sənsizliyin həsrəti
Qaranlıqlara işıq saçdı

Səni arayırdım, ümidsiz...
İçimdə kainat boşluğu varkən...

Ruhum bütün dünyanı
Udub boş içimə yığmaqda,


Sən Tanrı axtarıçındaydın,
Mənsə lap sənin yanındaydım...

Zaman insanı yaşlaşdırmır,
Sadəcə, dünyanı gözdən salır...

Hər yan insanlar dolu - bol,
Mənsə səni arayırdım, elə hey...

Fəqət onu dəqiq bilirəm ki,
Səni tapan andan hər şey -

Dünya da, həyat da, zaman da,
Mənasını, marağımı itirər...

Комментариев нет:

Отправить комментарий