Страницы

02.06.2013

Nə baş verir?

Günel Eyvazlı


Dünya nədən danışır, biz nədən danışırıq? Dünya gündəmini izləyən bir insan kimi, Azərbaycan yazarlarının köşə və məqalələrinə baxanda ətim tökülür desəm yanılmaram. 
Məqsəd məram eyni, söhbətlər yenə məişət söhbətləri, mövzu da gündəlik mövzular. Yəni dörd divar çərçivəsindən kənara boylana bilmirik. 
Anlamıram ki, insan münasibətlərinin toydan öncə necə olması, təfərrüfatlar nəyə gərək? Məgər bu söhbətləri edənlənlərin cəmiyyət qarşısında öhdəçiliklərimi var? 
İrqi ayrı-seçkilik, dini münaqişələrin baş verdiyi bir dövrdə yaşamamıza baxmayaraq, dünya mailiyyəsinin acları doyurmağa deyil, silah alınmasına xərcləndiyini müşahidə etsək də vəziyyət başqa cür cərəyan edir, hörmətli bəylər və xanımlar.
Dünya və dünya deyərkən nəzərdə tutulan Avropanın baxışı tamam fərqlidir. Təbliğat tamam fərqlidir. Avropa insanı lap yalandan özünü təbliğ etsə belə acları doyurmaq, uşaq evlərindən uşaq götürmək, kasıblara yardım etmək kimi hallarla gündəmdədir.
Onun məişət mövzuları, sevgilisi, kimdənsə boşanması, kimləsə ailə qurması və ya ailə qurmadan istədiyi həyat tərzi keçirməsi onun özünə məxsusdur. Avropa, məişətini gündəmə gətirmir. İstədiyi kimi yaşayır. Sərbəst.
Vallah, Avropa deyibdə sizi qorxutmayım. Olsun İran, olsun Tacikistan, Özbəkistan, lap elə Türkmənistan. Avarası da var, əxlaqsızıda var. Amma, gündəmə bu məsələləri çıxarmır. Təbliğat başqa yöndə gedir.
Yaxın Türkiyə kanallarında evlilik verlişləri belə o qədər səviyyəli təşkil olunur ki (doğrusu mən baxmasamda etibarlı mənbələr belə deyir), tam insani çərçivədə, insani münasibətlər müstəviyə qoyulur. Bəs bizdə, hal-hazırda efirləri bəzəyən “Ümid var”lara baxanda bişmiş toyuğun gülməyi gəlir.
Niyə biz məişət söhbətlərindən oyana bilmirik? İstər ədəbiyyat olsun, istər televiziya verlişləri olsun hamısı bazar söhbətləridir. İki arvadın oturub bir-birinə etdiyi qeybətə bənzəyir.
Mənim xalq artistlərim efirlərə çıxıb nəlayiq sözlərlə, bəsit dünya görüşüylə özünü reklam edəndə, Avropa efirlərini intellektual verlişlər bəzəyir. 
Nə çox əyləncə verlişləri var. Nə çox problemimiz var. İnanın onları gündəmə gətirməklə vəziyyəti daha da ağırlaşdırırq. Ekspert kimi elə əcaib insanlar dəvət olunur ki, onlar xalqa elə məsləhətlər verirlər ki. 
Biz özümüz-özümüzü cılızlaşdırırıq. Bir ay bundan öncə hekayəmi bir layihəyə təqdim edəndə, yazım bəyənilsədə. Günel, belə ağır, dərk edilməsi çətin olan mövzular bizim cəmiyyətimiz üçün hələ tezdir dedilər. Vallah mən cəmiyyətimə pis deyə bilmərəm. Mən və mənim kimi istedadlı, savadlı insanları yetişdirən elə mənim cəmiyyətimdir. Bəlkə bu istedadlılar, bir az da önə gedərək daha çox bilik toplamış və inkişaf etmişlər. İndi isə öz bəhrələndiklərini, xalqla bölüşsələr nə olar ki?
Kitab bayramlarının keçirilməsi təqdirəlayiqdir. Mən çox sevinirəm ki, nəşriyyat evləri, sözün yaxşı mənasında bir-biriləri ilə rəqabətə giriblər. İstər “Hədəf” olsun, “Qanun” nəşrlər evi və.s. Bax bizim elitar çəkimizi belə nüanslar qabardır. Və Azərbaycan insanını ortaya çıxarır. Müxtəlif dilləri bilən gənclər, savadlı, intellektual insanlar cəmiyyətin güzgüsüdür. Bu gün hansısa üzdəniraq mahnı pisdir deyibən, əslində adını çəkərək televiziyada təbliği milləti puç etməyə yönəlib. Kazımovaları, Madonnaların üryan fotolarının təbliği, cəmiyyətin məhfinə yönəlib. Bu gün qurşaqdan aşağı mövzuların təbliği, cəmiyyətin məhvinə yönəlib.
İnanın, diqqəti yalnız bununla çəkmirlər. Gözəl məktəb yaradın, hörmətli sayt rəhbərləri. Öz dəsti-xəttinizlə tarixə yazılın. Və gələcəkdə adınız qürurla çəkilsin. Əgər məqsədiniz başqadırsa, xəbər portalı adına yayımlanmayın. Adınızı sarı mətbuat qoyun yetər. Və sizlərə də istəyən baxsın. Daha sizin saytalarda xəbər axtaranlar, övladından titrlarda gedən əcaib fotoları gizlətməsinlər. Millətin gələcəyinə yazığınız gəlsin.
Hə, birdə son zamanlar qadınlar haqqında çox yazılır. Birini də mən deyim. Siz isə qulağınızda sırğa edin. 
O CƏMİYYƏTDƏ Kİ, QADINA ƏŞYA KİMİ BAXILIR, YƏNİ ANLADINIZ NƏ DEMƏK İSTƏYİRƏM, ORADA XAOS BAŞ VERİR. İSTƏSƏNİZDƏ, İSTƏMƏSƏNİZDƏ QADIN CƏMİYYƏTİN ONURĞA SÜTUNUDUR. SINDISA ŞİKƏST OLACAQ. ÇÜNKİ ƏXLAQSIZLAR CƏMİYYƏTİN ARTIMINA XİDMƏT EDƏCƏK.
BİR SEVİNDİRİCİ XƏBƏR DƏ VERƏ BİLƏRƏM. ƏGƏR CƏMİYYƏTDƏ QƏLƏM QADININ ƏLİNƏ KEÇİRSƏ, DEMƏK Kİ, FİKİR, TƏFƏKKÜR İNQİLABININ ƏRƏFƏSİNDƏYİK.
Cəmiyyətin növbəti durumu isə kişilərin əlindədir. Baxır, siz xanımlara hansı nəzərlərlə baxırsınız hörmətli bəylər. Ya xaos, ya da təfəkkür yüksəlişi.
Məndən bu qədər. Sağ olun.

Комментариев нет:

Отправить комментарий