Страницы

14.06.2013

Özümüz ola bilmədik

Taleh Eminoğlu

 Dənizdəki qağayı qədər
 ola bilmədik
 Yelkənli gəmilərin arxasınca uçar,
 bir an belə yorulmadan.
 Biz yorulduq
 yolun otrasına çatmamış.
 Qopduq sevgidən
 soyuduq
 sən məndən,
 mən səndən.
 Səhra qədər ola bilmədik.
 susuz olsada kaktus
 böyüdür qoynunda.

Biz heç arzu tutmadıq,
 xəyal etmədik.
 Başqalarının sevgisində
 axtardıq özümüzü,
 sevgimiz kor olmalıydı
 amma biz kor olduq,
 yumub gözümüzü.
 Dəniz ləpəsi qədər ola bilmədik.
 sahilə çatar çatmaz
 geri dönər.
 Yenidən...
 Yenidən...
 Yenidən gələr.
 biz gələ bilmədik,
 yerimizdə qaldıq,
 yerimizdə saydıq,
 yerimizdə sevdik.
 Qışda çovğun olub bezdirər,
 yayda meh olub sevindirər
 insanları külək.
 Gəl heç olmasa yay mehi olaq,
 geri dönək bu yoldan
 üzümüz sulu.
 Hərə öz evinə,
 öz ocağına.
 Tənhalıqdan qorxma,
 tək qalmarıq.
 Ya yenidən sevərik
 yada qısılarıq Allahın qucağına

Baxışlarından sevdim

(Bir-birlərin sevən dostlarım H və N üçün)

İnanmazdım bir gün məndə sevərəm,
Baxışların mən də inam yaratdı.
Cismimi sevgiyə bürüyüb mənim,
Ruhumu səssizcə yoldan çıxartdı.

O titrək, utancaq, nazlı baxışlar,
Sanki gözlərimə sığal  çəkillər.
Mənə baxa-baxa göz qıpmaqların,
Məni baxışına möhtac edirlər.

Dilin baxışın tək deyil nədənsə,
Utanıb “sevirəm” sözünü demir.
Səhər də, axşam da halımı sorur,
Utanıb “sevirəm” sözünü demir.

Mənimsə dilim var, baxışlarım yox,
Tanrının ən gözəl sözünü deyir.
“Dil çaşar düzünü deyər” deyiblər,
“Sevirəm, sevirəm” düzünü deyir.

Bir yol ayrıcıdır alın yazısı,
Dolanar o yollar səndə qovuşar.
Mənim qismətimə sən yazılmısan,
Məni sənə doğru gətirər yollar.

Nə sən kimsədən qorx, nə mən utanım,
Sevgi günah deyil qorxaq, utanaq.
Xoşbəxtlik əllərin bizə uzadıb,
Geri qaytarmayaq, əlindən tutaq.

Gəl tutaq əl-ələ,verək baş-başa,
Biz üzü küləyə yol alıb gedək.
Tanrının sevmli bəndələriyik,
Nə edər Tanrıya tabeysə külək?! 

Комментариев нет:

Отправить комментарий