Страницы

12.06.2013

Tərpənin ki, zəncirləriniz səs salsın

Elşad Can Şamil

Yatın...
Qış yuxusunu qış gəlməmiş gətirin
Enerji yığın...
Yuxuda iş görəcəksiz...
yorğanı üzünüzə çəkin...
qapılarınızı...-
pəncərələrinizi bağlayın
səs gəlməsin...
rahatlığınız pozulmasın...
xəyallarla yatın...
hərdən “Mehdi” olun
hərdən “Salatın”

Oyansanız da yuxulu qalın...
Gozlərinizi açın ancaq qabağı görün,

ayağınızın altına oturanda baxarsız...
yan-yörənizə baxmayın...
səs eşitsəniz dönməyin...
sizə ki, deyilmir...
adınız ki, çəkilmir...
çəkilsə də baxmayın...
sizin adınız tək sizə məxsus deyilki...
o adda en qədər adam var...
canlı var...məxluqat var...
birisi baxacaq...
sən qamətini dəyişmə......
şax dur
dik kimi...

Yatın...
axşam düşməmiş yatın...
gecə olmamış yatın...
yeriyərkən yatın...
qulağınıza “nauşnik” salın...
birdən çöldə səs-küy salan,
sənə söz atan,
söz soruşan olar...
nə bilirsən nə deyəcək..!
nəyinə lazım...?
yanındakına da “nauşnik” tap...
sonunacan səs ver...
jestik danışığa keç...
başa sal ki, hər kəs özünə görədi...
evdə...çöldə...qatarda...avtobusda...

yatın...
evinizə tapılın...
uşağınıza qapılın...
eqonuza çapılın...
ama çapar kimi görünün...
künclərdə qısılın...
deşiklərdən boylanın...
qonşunun evini yarsınlar...
öz qapını bərk-bərk bağla... 
sənə toxunmasınlar...
qapının gözlüyünə pambıq tıxa
çöldən içəri görünməsin.
işığı söndürün...
yatın...
kimsə nə vaxtsa oyadacaq...
bu oyadan “kimsə” zəngli saat olacaq...
gözünüzün dalıyla saatı süzün ...
zəngi söndürüb içinizə girin...
arada tərpənin ki, zəncirləriniz səs salsın...
bəlkə o səs beyninizə düşüb ayıldınız...
əgər beyniniz varsa...

Комментариев нет:

Отправить комментарий