Страницы

07.07.2013

Ramin Cahangirzadə - Vicdan

“Hər səhər qalxdığım zaman öz özümə belə söz verirəm: dünya uzərində Vicdanımdan başqa kimsədən qorxmayacağam”. Mahatma Qandi

unu çəkdilər məhkəməyə
Vicdanını soruşdular
başını qaşıyarkən dedi:
Vicdanımı qara it yedi.
Qara itı tutdular
qus dedilər Vicdanını!
Qusdu
qusdu tək qıçlı Vicdanını
it olub hürdü məhkəmədə Vicdan
dartındı onun ustünə
dartındı parçalayıb

onu yırtmaq qəsdinə
Vicdanı tutdular
Vicdanı qara hisara çəkib
dustağa atdılar
o məhkəmədən canını qurtardı
güldü
gülüşləri dodağında qurudu
gülüşləri dudağından düşdü
şalvarından sürüşdü
gülüşləri üşüdü
gülüşləri zıbıllərin içındə gizləndi
dilini dinc qoymadı
özünə qıymadı
özünə gopladı özünü
gopladı sözünü
söz dırmaşdı boğazından
söz atıldı ağzından
atıldı atılmayan yerə
daraşdı üstünə qarışqa
daraşdı üstünə birə
yırtədılar
sözü yedilər
heç nə demədilər
o baxdı
baxışı axdı gözündən
baxışı yaxıldı yanağına
yanağından süzüldü dodağına
dodağından girdi içinə
baxdı ona
baxdı içındəki ağ qarasına
qarası ağına qarışmışdı
ağı qarasına
içində qalmışdı Vicdanının tək qıçı

Комментариев нет:

Отправить комментарий