Страницы

05.07.2013

Üşüyürəm

Vəfa Mürsəlqızı

 Bu xoşbəxtlikdirsə niyə yasaqdır?
 Bu məhəbbətdirsə niyə yazıqdır?
 Bu yazın havası yaman sazaqdır,
 Dərdini üstümə sər, üşüyürəm!

 Ürəyim buz tutmuş qar qalaçası,
 Bağlı qapısını yoxmu açası?
 Ay alov dilimi, ay od parçası,
 Dur gəl ürəyimə gir, üşüyürəm!

 Bu yazın göz yaşı, selindən olsun,
 Könlümün xəncəri dilindən olsun,
 Razıyam ölümüm əlindən olsun,
 Mən qar çiçəyiyiəm dər, üşüyürəm!

 Bu eşqin üzündən astarı baha,
 Əl açdım, ümidim qalıb Allaha,
 Mən çıxıb gedəcəm göylərə daha,
 Yamanca soyuqdur yer, üşüyürəm!

Комментариев нет:

Отправить комментарий