Страницы

02.08.2013

Baqların sirri

Elşən Cəfərov

İbrahim Selin fb statuslarına sözardı

Vay o halda ki, milləti qələmlə fəth edəsən!

 Mən həmişə demişəm, bu torpaq cox müqəddəs bir ərazi olub. Burada Az-Ər-Bağlar yaşayıblar. Bu tayfa birinci sivilizasiyanin qalıqları olub. Quranda bu haqda yazılıb. Nuh peyğəmbərın dövru- su basqınından sonra qalan dövr. Çox böyuk bir dövlət olub. Keçmiş SSRİ dövlətinin ərazisi həcmcə, indiki İran və İraq ərazilərini əhatə edirdi. 12 çar dövləti idarə edirdi. Hər çar bu dövləti bir il muddətində idarə edir, sonra yerini dəyişirdi. Moskva çarı Azərbaycana gəlir, buranı idarə edir. Azərbaycan çarı Moskvaya gedir, Rusiya ərazisini idarə edirdi.
Bu haqda hec bir tarixi məlumat yoxdur. Çünki Rusiyada hakimiyytə gələn Romanovlar sülaləsi yəhudi tayfası olub və bütün tarixi təzədən yazdırmışdı. Yəqin ki İqor polku haqda dastanı oxumusuz. İqor bu dövlətin qoşununun baş sərkərdəsi olub. Bu dövlət yəhudilərlə yunanların yaratdıqlari Bizans imperiyasi ilə 600 il müharibə aparmış və axırda məğlub olmuşdu. Bizans imperiyasının gerbi olan ikibaşlı qartalı Rusiyaya sırımışlar və indiyədək Rusiya dövlətinin gerbi olaraq qalır. Putinin əmri ilə tarix təzədən araşdırılır. İndi qərara alıblar ki, Rusiya monqol-tatar əsarətində qalmayıb. Atillanın əruzlar ilə qohumluq əlaqələri olub. Tatar xanları ilə vuruşmalar isə vətəndaş muharibələri olub. Sovet dönəmində elə fikir yaradılırdi ki rusların ən böyük düşməni tatar tayfaları peçeneqlər olublar. Oljas Süleymanov “Az i Ya” kitabında peçeneqin açıqlamasını verir. Bacanaqlar- ruslar tatar qızları ilə evlənir və tatarlar da rus qızları ilə ailə qururdular. Bizdə isə bilirsiniz ki, iki bacını alan kişilərə bacanaq deyilir. Bu cür qohumluq əlaqələrinə bacanaq əlaqəsi deyilirdi. Sovet dövründə yəhudi massonları bu bacanaq sözunu peçeneq eləmiş- özlərindən yalandan nağıllar, dastanlar uydurmuş və guya rus millətinin ən böyük düşməni peçeneq tayfaları olmuşdu. İndi isə rus tarixçiləri Oljas Süleymanovun bu yazılarıni təsdiq edirlər. Bir dahinin gözəl bir sözü var. Bir milləti qılıncla işğal etsən, ən uzaği 100 ildən sonra bu əsarətdən qurtarar. Vay o halda ki, bu milləti qələmlə fəth edəsən. Bu millət 1000 illərlə bu əsarətdən qurtara bilməyəcək...
 Babək, Dədə Qorqud, Zərdüşt harda yazılarım var. Oxuculara təqdim edəcəm. İndiki İran və Azərbaycan ərazisində 7 muqəddəs tayfa yaşayır. Bu tayfalar birbaşa Az-Ər-Bağlara bağlıdır. Sizə bir dəhşətli sirr açacam. Mənim bir dostum tarix elmləri doktorudur. O əlyazmalar institutunda çox qədim bir əlyazma tapib üzə çıxarmışdı. Yer kürəsində 12 yəhudi tayfası mövcuddur. Onlardan altısı İblisə (bunlar massonlardı), altısı Allaha xidmət eləyir. 15-17-ci əsrlər arasında bu iblisə xidmət eləyən 6 tayfanın uzvləri İrana- Azərbaycana köcmüşlər. bunlar özlərini fars- azərbaycanli və kürd kimi qələmə verməyə başlamışlar. Öz aralarında qədimi ivrit dilində danışırlar. Amma camaat arasında fars, kurd və azərbaycanlı kimi danışır və özlərini bu millətlərin nümayəndəsi kimi qələmə verirlər. Əsas məqsədləri vərəsəni məhv etməkdi. Firdovsi, Şirazi, Nəsimi, Nizami, Fizuli, Babək- bu dahi şəxslər bu muqəddəs 7 tayfanın uzvləridirlər. Onların bildikləri və bağlara mənsub olan elmləri nəsildən nəsilə öturulür. Və bu elm qorunur. Onlar bu nəslin numayəndələrini tapir və məhv edirlər. Dostum özu Ordubaddandir. Deyir mən məəttəl qalırdım niyə Naxçıvan xalqının yarısı başqa cür, yarısı tamam başqa cürdü (yəni qədimi yəhudi tayflarıdır). Respublikanın hakim dairəyə yaxın olan tanınmış simalarından biri dostuma məsləhət görmüşdür ki, o kitabı gizlətsin, heç yerdə göstərməsin.
 Əslində pəhləvi tayfaları da farslar deyillər. Tarixdə paxtavan adı ilə məhşur olan qədim yəhudi tayfalarıdı. Onlar da öz aralarında ivrit dilində danışır, camaata özlərini fars kimi qələmə verirlər. Elə zilani yezidi kurdlər də qədim yəhudi tayfalarıdır.
 Bunlar bilirlər ki, sahibi-zamanin qoşunu əsas üç bayraqdarla təmsil olunacaqdır: fars, azərbaycanlı və kürd. Bütün bunların qarşısını almaq üçün bu millətlər arasında düşmənçilik toxumu səpirlər.

Комментариев нет:

Отправить комментарий