Adil Mirseyid
tətiyi qapıya bağlı silahla
özünü öldürən bir adamın təbəssümü
necə olar bilirsənmi
hər halda şərab qoxumaz
o adamın ölümünü görən kiçik quşcığaz
bir daha qəfəsdə nəğmə oxumaz
sağlığında nə çarələr düşünüb tapırdı adam
gözü yaşlı bir qadının üzünü güldürmək üçün
bir sahil qəsəbəsindən yola çıxdı
bir gün özünü öldürmək üçün
indi gözü yaşlı qadın yalnız qalacaq
qəfəsdəki quşcığaza qasılıb ən
məsum halıyla
mətbəxdə oturub yaşıl çay içir
sevdiyi adamın xəyalıyla
masanın üstündə boş bir külqabı
masanın üstündə iki fincan
masanın üstündə bir cüt şam yanır
divar saatında dayanıb zaman
tətiyi qapıya bağlı silahla
özünü öldürən bir adamın təbəssümü
necə olar bilirsənmi
hər halda şərab qoxumaz
o adamın ölümünü görən kiçik quşcığaz
bir daha qəfəsdə nəğmə oxumaz
sağlığında nə çarələr düşünüb tapırdı adam
gözü yaşlı bir qadının üzünü güldürmək üçün
bir sahil qəsəbəsindən yola çıxdı
bir gün özünü öldürmək üçün
indi gözü yaşlı qadın yalnız qalacaq
qəfəsdəki quşcığaza qasılıb ən
məsum halıyla
mətbəxdə oturub yaşıl çay içir
sevdiyi adamın xəyalıyla
masanın üstündə boş bir külqabı
masanın üstündə iki fincan
masanın üstündə bir cüt şam yanır
divar saatında dayanıb zaman
Комментариев нет:
Отправить комментарий