Страницы

01.08.2013

Bu ömür nəfəs boydaymış

Günay Ümid

Başımı fikirə söykədim yenə ...

Bu fikir yastığı əzir başımı...
Ay ana, bu ömür nəfəs boydaymış,
Ölüm ağrı-ağrı gəzir başımı...

Tıxa qulağıma layla səsini

Kədərin saçını kimdi bu hörən?
Qapı -pəncərəsi bağlı bu evin
Yuxum hara qaçıb bu evdən, gorən?


Əzilmiş şeirlər döşəmə üstə,
 Onu kitab-kitab yığmaz bu balan...
Çoxdandı bu yataq qəbir kimidir,
Beşik ayağına sığmaz bu balan...

Bələ gözlərimi yuxuyla mənim...

Arzu urəyində, muradlarında
Azdırım bu evi, azdırım, ana,
Sehirli xalçanın qanadlarında...

Çoxdan kədərimə oxşayiram mən

Inanma, uşaqlıq bəyənə məni,
Onsuz da nağıllar əynimə gəlmir,
Yama nağıllarin əyninə məni.

Комментариев нет:

Отправить комментарий