(Bu dünya nə vaxtacan belə gəlib, belə də gedəcək?)
Nənəm mən əskərlikdən gələn gün rəhmətə getdi.
Ağır xəstə idi, amma canını tapşıra bilmir, elə hey qapıya sarı boylanırdı. Mən
gəldim, mənə “xoş gəlmisən” dedi,
rahatladı və az sonra dünyasını dəyişdi. Uşaqlıqda hər gün evimizin arxasına,
onun yaşadığı evə gedərdim, o da hər gün mənə “Xoş gəlmisən” deyərdi. Onun nəzərində
hər görüş, lap sabaha çıxmaq da dünyaya yenidən və xoş gəlmək demək idi. Amma
özü ertəsi günə sağ çıxmadı və deməli,
növbəti günü xoş gəlmədi, dünyanı əzab-əziyyət içində tərk etdi. Yadımdadır,
əskərlikdən əvvəl başımdan çox böyük mövzulara qarışanda,
hansısa ölkəni,
xalqı, prezidenti qınayanda və nənəmdən cavab istəyəndə o, “A bala, indi
dünyada həyasızların zamanıdır!” deməklə mövzunu qapayırdı. O çağlardan
indi 40 ilə yaxın vaxt keçir. Hərdən dünya siyasətilə bağlı təəccüblü və
heç cür cavab tapa bilmədiyim suallar qarşısında, xüsusən də son vaxtlar
ABŞ-in Suriyaya müharibə hədələri ilə bağlı olaylar qarşısında girinc qalanda
rəhmətlik nənəm yadıma düşür və sanki onun səsi qulaqlarımda dolaşır.
Həqiqətən də indi dünyada həyasızların zamanıdır. Amma təəccüblü orasıdır ki,
həyasızların zamanı bitmir ki, bitmir. Sanki bu dünya elə belə gəlib, həmişə
də belə gedəcək. Heç inanmaq olmur ki, Allah bu dünyanı elə əvvəldən bu cür yaradıb.
“Tarix-Nadir”in yeni versiyasını şəxsən redaktə etmiş adam kimi buna tam əminəm
ki, nə vaxtsa “tələ yiyəsi” gələcək və
onda bütün həyasızları divara dayayacaqlar. Amma hələ ki, nə Gələn var, nə
də divar, həyasızlar isə dünyanı əməlli-başlı barmaqlarına sarıyıblar.
Dünyanın növbənöv həyasızlarını gördükdə adam
istəyir öz milli həyasızlarımızı qoyub başına dolansın. Söhbət beynəlxalq
dərəcəli həyasızlıqlardan gedir. Vaxtı ilə Avropada anasının əmcəyini kəsən o
qədər oğru-quldur gedib Amerikaya yığışdı ki, oranın tamam zayını çıxartdılar.
Oğru-quldurda, bic-vələdəzünada həya-abır
nə gəzir? Xristian din xadimləri arasında da nə qədər tülüngü vardı Vatikan
xristianlığı yaymaq bəhanəsilə əslində oralara sürgün elədi və guya ki,
Avropanı təmizlədi. Həmin emissarlar həqiqi xristian olsaydılar, Avropadan
gəlmələr yerli hindulara və Amerika təbiətinə qarşı genosid törətməzdilər.
Sonra Amerikaya Afrikanın bic övladları da gəldi. Bunlar Avropa vələdəzünalarına
fırıldaq gəlməyi bacarmış “məbəd cəngavərləri”, onların törəmələri və “fraemassonlar”
idi. Onlar da özlərilə yəhudi əxlaqını və düşüncə tərzini gətirib, qədim türk
torpaqları sayılan qitənin içinə tamam zad elədilər. ABŞ dövlətinin ilk
prezidenti Corc Vaşinqtondan tutmuş hazırkı qarabala Obamaya qədər hamısı mason
lojalarının təmsilçiləridir. Mason isə yaranışından gizli güc, qüvvə, iradə,
hakimiyyət, dünya ağalığı iddiasında olub. Həyasızlığın dərəcəsinə bax: Dünya
ağalığı- Allahlıq iddiası!Onlar üçün əbədi dost və əbədi düşmən deyil, həmişə
maraqlar öndədir. Məhz onlar siyasəti fahişə arvada çeviriblər. Bu
anqlo-saks-masonlar 300 ildən çoxdur ki, dünyanı rəxnələr, ədavət və şeytani
hikkələr hesabına qarışdırır, hamını bir-birinə qarşı düşmənçiliyə,
müharibələrə, inqilablara sürükləyir və nəticədə zəiflədir,.. Və bu zəifləmiş
xalqlar, dövlətlər üzərində hakimiyyət qurmaq daha asandır axı. Son 300 il ərzində
dünyanı mühüm bölgələrində baş vermiş bütün inqilablarda, dövlət çevrilişlərində,
qiyamlarda, müharibələrdə masonun iyrənc barmağı var. Xristianlığı və İslamı
parçalayaraq bir-birinə qarşı qoyan, İslam ölkələrinin inkişafına ciddi əngəllər
törədən də onlardır. Son yüz illik ərzində onlar İslam və digər Asiya və Afrika
ölkələrindən zəka sahiblərini müxtəlif adlarla sümürərək ABŞ-a aparmış və həmin
ölkələri inkişafdan saxlamışlar. Bu ənənə indi daha sürətlə inkişaf
etdirilir. Amma həyasızcasına iddia edirlər ki, guya Şərq geridə qalıb və İslam
təfəkkürü bəşəriyyətə faydalı heç nə vermir.
Vaxtı ilə dəniz quldurları-piratların varisləri indi də postsovet
məkanı olmuş ölkələrdə ideya oğurluğu ilə məşğul olurlar. Olsun ki, hansısa bir mövzuda qrant elan
edirlər. Bu zaman qalib gəlmək üçün yüzlərlə
ideya təqdim edilir. Müsabiqədə
1-2 zəif ideya üçün bir çimdik vəsait buraxılır, yerdə qalan yüzlərlə ideya isə
həyasızcasına mənimsənilir. Xarici donordan qrant alan qeyri-hökumət
təşkilatları özü üçün şellənir ki, pul əldə edib və guya ki, çox mühüm iş
görüblər. Əslində indiyədək hansısa qeyri-hökumət təşkilatının hökumətdən
daha əhəmiyyətli işlər gördüyünü nə eşitmişik, nə də şahidi olmuşuq. Biz
azərbaycanlılar elə bir xalqıq ki, bizi təəccübləndirmək heç asan məsələ
deyil. Dünyada qeyri-səlis məntiq nəzəriyyəsini də haqlı olaraq bizim
ictimai-elmi şüurumuz Lütfi Ələskərzadənin şəxsində dünyaya təqdim etdi. Yəni,
2+2 heç də həmişə “4”
eləmir, “3”
və ya “5”
də edə bilir. Həm də bunu o, ABŞ-in göbəyində - Kaliforniyanın Bergli
universitetində oturaraq sübut elədi. Amma biz yenə dünyanın qeyri-səlis gərdişinə
heyrət edirik. Bunun adına qeyri-səlis həyasızlıq məntiqi deyərlər. ABŞ
prezidentinin kreslosunda oturmuş B.Obamanın Suriyaya hücum etmək barədə
Konqres qarşısında məsələ qaldırması da buna oxşayır. Bu ölkənin əvvəlki
kreslo bəyi C.Buş Əfqanıstan narkotikası üzərində beynəlxalq hakimiyyəti əlinə
almaq üçün orada Sovetin qurduğu hökuməti taliblərin (tələbələrin) əli ilə devirmişdi. Sonra
“Taliban” hərəkatını da devirmək istədi. Çünki “taliblər” hakimiyyəti ələ
alandan sonra ABŞ-dan üz döndərmişdilər. Öz torpaqlarının milli narkotikasını
kiminləsə bölüşmək istəmirdilər. Amma dünya həyasızlarının lider dövləti
bununla barışmadı, özünün yaratmış olduğu “Taliban” hərəkatına qarşı
mübarizəyə qalxdı və onu devirdi. Əfqanıstanı məhv etməkdən ötrü özünün
Nyu-York şəhərində 2 göydələn binasını vurub dağıtmaqdan və minlərlə insanın
ölümünə bais olmaqdan da qalmadı. Guya ki, bu binaları özünün dünyanın 1№li terrorçusu elan etdiyi Hüsamə Bin Laden Əfqanıstanda
oturaraq partlatmışdı Halbuki, Hüsamə Bin Laden də elə onun öz adamı idi, onu da özü yaratmış, şişirdib özü
onu dağ başına qoymuşdu. ABŞ özünün digər ölkələrdə törətdiyi terror
aksiyalarını kiminsə adına yazmalı idi, ya yox? Bin Ladeni də qurbanlıq qoyun
olaraq bundan ötrü yaratmışdı. Təki Əfqanıstana qarşı rəsmən müharibə aparmağa
və həm də ABŞ-in milyardlarını müharibə adı ilə silməyə bəhanəsi olsun. Bin
Laden həqiqi İslam mücahidi və bu qədər geniş imkanlara malik birisi olsaydı, o, Avropanın istənilən
ölkəsini çoxdan məhv edər və ya İslamın bayrağını çoxdan Qüdsdə dalğalandırardı. Sonra da həyasızcasına Bin Ladeni axtarmağa
başladı, başına pul qoydurdu, adına yeni-yeni şayiələr yapışdırdı, İslamın
düşmən obrazını yaratdı,.. Amma bir gün ayıldı ki, özünün yaratdığı “Əl –Qaidə”
terror təşkilatının bu lideri nə vaxtsa bu oyundan çıxar və bütün həqiqətləri
dünyaya car çəkər. Amma kül Bin Ladenin başına, bu cür kartdan istifadə edib
tövbəsini yapmadı. ABŞ isə Bin Ladeni elə özünün Pakistanda gizlətdiyi yerə
hücum elədi və İslamdan uzaqlaşmış bu
adamı arvadlarını gözü qarşında güllələyərək öldürdü. Öldürüb
meyidini götürdü. Deyilənlərə görə dənizə tullayıb. Halbuki, əgər üzü ağ
olsaydı, Bin Ladeni öldürməz, ittiham edərdi. Ona baxıb Qərb ölkələri də son
illər növbənöv həyasızlıqlar törətməkdədirlər. Məsələn, hər il payızda,
qışda yeni bir növ qrip və ya köhnə xəstəliklər barəsində şayiələr yayırlar:
“Quş qripi”, “Donuz qripi”, “mal quduzluğu”, “ekoloji fəlakət” “İranda
vəba” və ən nəhayət “Korolina” virusu! Həm də guya ki, bu son virus Səudiyyə Ərəbistanında tapılmışdır.
Müqəddəs Həcc səfəri ərəfəsində müsəlmanların qarşısını kəsmək üçün bundan
daha yaxşı hansı bəhanə ola bilər ki? Ötən
il həyasızcasına Səudiyyə Ərəbistanında guya ki, “donuz qripi” virusu
yayılmasını dünya media şəbəkəsinə yaymışdılar. Səudiyya Ərəbistanı
sələfilər- vəhabilər olsa da İslam təmayüllü sayılır. Bu isə onların donuzla
hər hansı formada ünsiyyətini qeyri-mümkün edir. Onlar bunu anlayanda artıq gec
idi. “11 sentyabr” oyunbazlığından sonra islamafobiya rəiyyətlə yanaşı din xadimlərinin
də başını xarab etdi və onlardan biri əsil uzunqulaq missiyasını yerinə
yetirərək və həyasızcasına “Quran-Kərim” yandırmağa qalxdı. Onlar heç öz peyğəmbərlərinə
qarşı sədaqətli ola bilmirlər. Mişel Nostradamus adlı bir fırıldaqçıdan qondarma
“peyğəmbər” formalaşdırıblar. Guya ki, dünyada cərəyan edən bütün hadisələr
onun senturi və katrenlərində yazıldığı
kimi baş verir. Əslində isə bu fırıldaqçı satanistin senturilərinin və
katrinlərinin çoxu sonradan onun adına
əlavə olunub. Həm də dinsiz-imansız, həyasızlar üçün əsas yazının özü yox, onun
özlərinə sərf edən formada yozumlarıdır. Guya Nostradamus belə yazıb deyə
dünyanı özlərinə sərf edən formada yönləndirməyə çalışırlar. Bu həyasızlardan
bir soruşan olmadı ki, bəs dünya 1999-cu və ya 2012-ci ildə dağılacaq, məhv
olacaqdı! Fiziki cəhətdən dünyanın dağılması yalan çıxdıqdan sonra bu
həyasızlar dünyanı mənəvi cəhətdən dağıtmağa, məhv etməyə başladılar. Artıq
dünyada “mavilik”, lisbiyanlıq, homoseksuallıq bir ictimai hərəkat halını
almışdır. Gənclər musiqini çox sevirlər deyə onların kumir hesab etdikləri müğənnilərə
maliyyə və piar dəstəyi verməklə öz tərəflərinə çəkirlər. Gənclər öz kumirlərinin
“maviliyi” sonradan üzə çıxsa da onu ata bilmir, əksinə, ona oxşamağa çalışırlar.
Nəticədə indi dünyanı kişilik baxımdan vecdən düşməsə də, bunu bir mədəniyyət
təzahürü kimi qəbul edənlər bürüməkdədir. “Evroviziya” indi tam onların
inhisarındadır. Onlar artıq bir sıra dövlətlərdə özlərinin nigahı barədə
qanun da qəbul etdirmişlər. Avropa Birliyinin mavi rəngli bayraq daşıması da
heç təsadüfi deyil. Öz kişiliyini bu qədər alçaltmağa könüllü şəkildə razı
olanlardan ləyaqət, şərəf, qürur gözləməyə dəyərmi? Dünya ağalığı iddiasında
olan Beynəlxalq güclərə də elə bu cür
bivec toplum sərfəlidir. Buna mane olan yeganə ciddi qüvvə İslamdır.
“11 sentyabr” şousu ilə ABŞ-da insanların bir qismini İslama qarşı qaldıra
bildirdilər. Bu yaxınlarda YouTube-də hansısa bir ölkənin tele-kanalında,
birbaşa studiyada İslamın əleyhinə danışan bir qadının o andaca ürək tutması
ilə ölməsinə tamaşa etdim. Qərb insanı yenə də ağıllanmır. İslama qarşı
kafirlik əməllərinə görə onu hansı cəzalar gözlədiyini düşünmür. Hind okeanında
2004-cü ildə baş vermiş 9,3 ballıq zəlzələdən əvvəl də, sonra da çox zəlzələlər
və buna görə də sunami fırtınaları baş verib. Nəticədə İndoneziya,
Mavritaniya və digər müsəlman ölkələrində ümumdünya əxlaqsızlıq yuvaları
sayılan sahilyanı istirahət kompleksləri məhv olur, Dünyanın digər yerlərindən
burada biabırçı keyf və əyləncəyə gələn minlərlə kafir birbaşa Cəhənnəmə vasil
olur. Amma həyasızlıqlarına bax ki, oralar yenə düzəldilir və ora yenə də
böyük axınla gəlirlər. İslam isə birbaşa Avropaya sarı uzanır. Avropanın
həyalı insanları İslamı qəbul edir və nicat tapırlar. Həyalı insan isə hər
yerdə və hər dində var. Az qala Roma Papası XVI Benedikt də İslamı qəbul
edəcəkdi. Məhz o ali vəzifədə, bütün
həqiqətlər onun qarşısında olarkən bu insan yenə saxtakarlığa xidmət edə
bilmədi. Bəlkə də günlərin bir günü Vatikan meydanında xalqa müraciət edərkən
bütün həqiqətləri qəflətən bəyan
edəcəkdi. Amma Beynəlxalq güclər vaxtında duyuq düşdülər və tarixdə ilk dəfə
Roma Papası istefa verdi. Yaxşı və haqq olan yerdən, ən böyük vəzifədən, 200
milyon insanın atası sayılmaqdan öz xoşu ilə kim əl çəkər ki? Sadəcə, o kişi artıq bütün oyunbazlıqları
tam açıq gördü, lakin alət olmaq istəmədi. XVI Benedikt Cənnəti qazana
bilərdi. Bundan ötrü qalmalı və Beynəlxalq güclərin təhriki ilə bu vaxta qədər aparılmış Səlib yürüşlərinə,
Dünya müharibələrinə, oporteitə, Kuklus-kalana və son vaxtlar Şimali Afrikada
aparılan qarşıdurmalara görə İslam dünyasından üzr istəməli idi. Bundan sonra
dünya düzəni dəyişəcək, bəşəriyyət doğru həyata qədəm qoyacaqdı. Bu baş verərdisə,
sonra çox şeylər və nəhayət qondarma “Afrika baharı” – Tunis, Misir, Liviya
və indi də Suriya hoqqabazlığı olmazdı. Həyasızlığın dərəcəsinə bax, sən
özün Suriyada kimyəvi silah partlat,
yüzlərlə suriyalını qətlə yetir, sonra da bunu Bəşər Əsədin törətdiyini bəyan
edib, guya ki, suriyalıların insan haqlarını müdafiə etməkdən ötrü Suriyaya
müharibə elan elə və havadan zərbələr endirməyə hazırlaş!
Məncə bu
dünyanı bitirsə-bitirsə elə bu həyasızlıq bitirəcək. Həya-abırın nə olduğunu
bütün dünya anlayan və əməl edən kimi isə bəşəriyyət tamam başqa və doğru
istiqamət götürəcək. Onda bu dünyaya gələn hər bir körpə nənəm demişkən, xoş
gələcək, həyatdan köçərkən isə nənəmdən fərqli olaraq xoşluqla gedəcək...ruhu
duaçı qalsın deyə.
Комментариев нет:
Отправить комментарий