Страницы

02.09.2013

Vasif Zöhraboğlu - Mənə bel bağlama

Mənə bel bağlama, kəs əhdini, kəs,
Qoyma gözlərində sevgini sıxam.
Bir günlük məhəbbət həvəsdir, həvəs,
Bir də görərsən ki. yanında yoxam.

Ömründə dəvətsiz qonaq bil məni,
Əbədi yanında qala bilmərəm.
Bu evdən, ocağdan uzağ bil məni,
Qəlbinin sakini ola bilmərəm.

Gedərəm həsrətlə sıxıb köksünü,
Axar göz yaşların kiriyə bilməz.
Gülüm, ayağından şikəst sevginin,
Əlindən tutsan da, yeriyə bilməz.


Ömrünə yeni bir sevgi soraqla,
Demə ki,bağlanıb bütün qapılar.
Saxla, ürəyində məhəbbət saxla,
Sənin də, üzünə gülən tapılar.

Yandır bu tilsimi, qır bu tilsimi,
Düşünmə əlində çıraq olacam.
Bəlkə də, yanından ayrılan kimi,
Kiminsə ömründə qonaq olacam.

Mənə bel bağlama, kəs əhdini, kəs,
Qoyma gözlərində sevgini sıxam.
Bir günlük məhəbbət həvəsdir, həvəs,
Bir də görərsən ki. yanında yoxam.

Комментариев нет:

Отправить комментарий