Страницы

01.10.2013

Ürək rəsmini çəkdik dünyanın hər ölkəsində

Ramin Cahangirzadə

Sorğu və cavab

kimə heç inanmıram mən?
kimə heç inanmıram?
kime heç?
kimə?
Mən inanmıram heç kimə
mən inanmıram heç
mən inanmıram
mən
Biz milyonlar nəfər idik

biz üç nəfər deyildik
biz milyonlar nəfər idik
günəşin çıxan yerindən gəlib

günəşin qızaran çağında batdıq
yox batmadıq
SEZEN AKSUnun mahnısı qulağımızda sızıldadı
"üçürüm çürüm gözlərinə bakdım sənsiz"
biz milyonlar nəfər idik
Qarabağda yandıq
Erməni cocuqlarının gözlərində damla damla axdıq
suriyedə məsmum olduq
yandırdıq özümüzü
əridi gözlərimizin içindəki həyəcanlar
yanaram yanaram
külüm sovrular doğuda
biz milyonlar nəfər idik
milyonçulardan deyildik
milyonlar ürək rəsmini çəkdik dünyanın hər ölkəsində

Aspirin

Mən səni sevməyə
gücüm çatmadı
zor verdim özümə
qəlbim partladı

Düktürlər dedilər
sevməkdən əl çək
gündə bir Aspirin
atasan gərək

QAŞINMAQ

Adamn canına
azar düşəndə
qaşınar hər yanı
bir yerdə durmaz

bizləri qaşınmaq
dərdə salıbdır
bəlkə də azardan
heç kim yorulmaz

***
İndi ki qaşınır
saxla dırnağı
dırnağın arası
sözlə dolacaq

danışsan danış sən
dırnaq arası
yoxsa bil qaşınmaq
səni yoracaq

At

Dedilər bir Atçı
keçəcək burdan
keçmədi mən özüm
At oldum aman

Mindilər üstümə
At qarışqalar
Çapdılar hey məni
Vallah sən inan

* * *
İnancın səni də
At eyləyəcək
Atlanıb atüstü
Sən keçəcəksən

Keçməyin bir yana
Kişnəyib birdən
Öz qızıl qanını
Sən içəcəksən

AĞRI

ay nənə! vay dədə
qarnım ağrıyır
ağrılar bu gecə
məni doğrayır

dişimin ağrısı
şeirlə yatdı
qarnımın ağrısı
məni oyatdı

bir ağrı kəsilsə
min ağrı qalxır
içimdən zəhərlər
elə bil axır

bu dünya ağrıdan
yaranıb bəlkə
ağrıdan düşübdür
bizlərə tikə

Комментариев нет:

Отправить комментарий