İslamazeri.az-ın verdiyi xəbərə görə, belə bir araşdırma yazılardan biri “İylap” qəzetində dərc edilib.
Birləşmiş Ərəb Əmirliyində nəşr edilən qəzetin İraqdan Suriyaya gedən döyüşçülər haqqında kəşfiyyatdan aldıqları bilgilərlə birlikdə araşdırma yazısının nə dərəcədə həqiqəti əks etdirməsini deyə bilməsək də, bu maraqlı bilgiləri İslamazeri.az oxucularına təqdim edirik.
..."İraqdan çox sayda şiə döyüşçünün Suriyaya getməsi sirr deyil. İraqlı döyüşçülər digərlərindən yüksək dini və ideologiyalarına bağlı olmaları ilə seçilir. İlk öncə onlar, dini müqəddəslərin qorunması üçün ora getsələrdə, sonradan bu missia başqa istiqamətdə dəyişdi.
Belə ki, indi onlar Suriya ordusu ilə öz addımlarını kordinasiya edirlər. Onların olduqları məkan, xüsusilə Dəməşq şəhəri və yaxınlığıdır. Ancaq yalnız, Dəməşqlə də onların, fəaliyyətləri məhdudlaşmır. Onların Hələbdə də fəaliyyətləri genişdir. İraqlı döyüşçülərin fəallığına, ərəb sosial medialar və Suriya müxalifətinin açıqlamaları sübutdur. Müxalif qruplaşmaların əsirləri olan iraqlılar etiraf edirlər ki, onlar Suriyaya Xanım Zeynəbin (s.ə) ziyarətgahını qorumaq üçün gəlmişlər. Əsirlərdən bəzisi bildirir ki, onlar İran ərazilərində yüksək hərbi hazırlıqdan sonra, məhz Suriaya gətiriliblər.
Merilend Universitetinin şiə cihadı üzrə mütəxəssisi Piter Smeet bildirir ki, hazırda Suriyada 5 min şiə mücahid var. Ancaq onların sayının 10 min olması gözlənilir.
...“Kətəbi Əhli Haqq” adlı briqada İraqda 2006-ci il Müqtəda Sədrin “Mehdi Ordusu”nun fəaliyyətinin dayandırılmasından sonra təsis edilib. Onların əsas dəstəkçisi və təlim verəni isə İranın İnqilabın Mühafizə Korpusudur. Digər qrup isə, “Kətəbi Hizbullah”dır ki, Livan “Hizbullah”ının İraq variantı niyyətilə təsis edilib. “Şəhidlər” briqdası 2013-cü ildə “ziyarətgahların qorunması” üçün yaradılıb.
Bu briqdalara kütləvi axın isə, Aşura günündən sonra baş verib. Belə ki, Ayətullah Hairinin “Suriya fətva”sı onun müqəllidlərinin Suriyaya getməsinə əsas oldu.
Suriya müxalifəti bu iraqlı döyüşçüləri “Hizbullah”dan daha təhlükəli və qəddar sayırlar. Qəlamunda “İŞİD” döyüşçülərinin edam edilməsi isə, sözün əsil mənasında müxlaif cəbhəni narahat edib. Çünki, son döyüşlərdən birində, “İŞİD döyüşçülərinin cəsədləri yanında duran iraqlıların bu paylaşımı belə olub: “İşid terrorçuların dərhal edam edilsin! Biz sizi yaxaladıq, İraq ordusunun sizə göstərəcəyi daha çox şeylər var”.
Qəlamundakı "Nusra" döyüşçülərindən biri olan Əbu Huseyn deyir: “Onlar “Hizbullah”dan daha böyük problemdir. Çünki, onlar min-min bura gəlirlər”.
İndi isə, qəzetin İraq briqadalarının təqdim etdiyi siyahıya diqqət edək:
1.”Kətəbi Əhli Haqq” briqdası Şeyx Qəzzali adlı din xadiminin rəhbərliyi ilə, 500 mücahid
2. “Kətəbi Hizbullah” briqdası, komandir: Hacı Haşim Əbu Əla Əl Həmədani – 600 mücahid
3. “Kətəbi Şühada” briqadası, komandir: Hacı Mustafa Şeybani - 400 nəfər mücahid
4. “Nəqba hərəkatı”, komandir: şeyx Əkrəm Kəəbi döyüşçülərin sayı məlum deyil
5. “Əl Vəəd əs Sadiq” briqadası, komandir: Hacı Əbu Əli Nəcəfi 2000 mücahid
6. “Sarayya Təlai Əl Qurasani” batalyonu, komandir: Əli Yasir
7. “Muhəmməd Baqir Sədr” batalyonu, komandir: Məhəmməd Cəfər mücahidlərin sayı məlum deyil
8. “Əbülfəzl Abbas” iraqlıların batalyonu, 500 mücahid
9. “İmam Huseyn” briqadası , komandir: Əl Cəburi, 150 nəfər mücahid."
Qeyd edək ki, digər mənbələr tərəfindən iraqlıların bu briqdalarında livanlıların da olduğu bildirilir.
P.S. İraqlılar sünniləri deyil, şiələrin mal, can və namuslarını halal bilən və Əhlibeyt ziyarəgahlarını dağıdacaqları ilə hədələyən təkfirçi qruplaşmalara qarşı döyüşə gediblər. “Nusra”, “ASO”, “İŞİD” və digər təkfirçi-xəvaric qruplaşmalar kimi, yuxarıda qeyd edilən heç bir şiə birləşmələrinin youtube və digər video portallarında insan başı kəsmə, ciyər yemə, qəbir dağıtma vandallığı, açıq aşkar zorakılıq və insanları qorxuya salan heç bir işlərini sübut edən faktlar mövcud deyildir.
islamazeri.az
Комментариев нет:
Отправить комментарий