Страницы

08.02.2014

Avropanın utancverici keçmişi

Bəhruz Salmanov

Kolumb gəminin qeydiyyat kitabında adaların gözəlliyini və əhalisinin necə dostluqsevər, xoşbəxt, mülayim olduqlarını qeyd edir. İki gün sonrakı qeydiyyat: "Onların hamısını tabe etmək və istədiyimizi burada həyata keçirtmək üçün 50 əsgərin olması kifayət edər. Yerli sakinlər bizim harada gəzmək istədiyimizə icazə verir və nə istəyiriksə, onu da bizə verirlər".
Avropalıları ən çox təəcübləndirən bu xalqın səxavətli olması idi.
Onların təəcüblənməsi o qədər də qeyri-adi görünməməlidir, çünki Kolumb və onun yoldaşları, bu adalara o zaman əsl cəhənnəm hesab olunan Avropadan gəlmişdilər. Onlar kapitalizmin qanlı doğuşunun dayandığı Avropa cəhənnəminin iblisləri (əslində tullantıları) idi. Bu haqda qısa məlumat verməliyik.
Avropa cəhənnəmində amansız siniflərarası müharibələr, tez-tez baş verən çiçək, vəba və taun epidemiyası şəhərləri boşaldırdı, aclıq isə insanları biçirdi. XVI əsr İspaniya tarixçisi bildirir ki, "minlərlə acgöz, varlıların bol süfrələrinə tamahkarlıqla baxdıqları halda, bizim varlılar partlayana qədər yeyirlər". Əhalinin kasıb olması bir həddə idi ki, hətta XVII əsrdə Fransada buğda və ya darıya olan qiymətin qaldırılması zamanı ABŞ-ın vətəndaş müharibəsində verdiyi insan itkilərindən iki dəfə artıq insan öldü.
Kolumbun səyahətindən yüz il keçsə də, Avropa küçələrinin arxları hələ də tualet, ölmüş heyvanların daxili orqanlarının atıldığı yer kimi istifadə olunurdu. Əsrlər boyu Avropa küçələri zir-zibillə, əsasən atılmış yemək qalıqları ilə dolu olmuşdur. Londonda əsas problem yoxsulların meyidləri ilə dolu olan çuxurlar idi. Bu çuxurlar "kasıblar üçün dəliklər" də adlanırdı. Çuxurlar yalnız ağzına kimi dolduğu halda torpaqla basdırılırdı. O dövrdə bir yazar bildirirdi ki: "Bu meyidlə dolu çuxurlardan üfunət iyi əsasən yağış yağanda daha çox gəlirdi". Küçədə doğulan və ölən diri Avropalılardan gələn qoxu da heç xoş deyildi. Demək olar ki, bu insanların hər birində onları natamam kor etmiş deformasiyalı xəstəliklərin izi vardı. Avropalılar uzun əsrlər gigiyena nə olduğunu bilməmişlər. Orta yaş həddi 30-a çatmırdı. Uşaqların yarısı 10 yaşa çatmamış ölürdü.
Hər tində canilərin pusqusuna düşmək təhlükəsi gözləyirdi. Qarətin ən məşhur növü qurbanın başına pəncərədən daş atmaqla onu soymaq idi. Bayram gününün əyləncələrindən biri diri-diri pişikləri yandırmaq idi. Aclıq illərində Avropanı üsyanlar bürümüşdü. O zamanın ən böyük sinfi mübarizələrindən biri sayılan “Kəndli müharibəsi” 100 min insan həyatına son qoydu. Kəndli təbəqəsinin güzəranı yaxşı deyildi. XVII əsrin fransız kəndlisini təsvir edən Labryurer müasir tarixçilərin təsdiqi ilə feodal Avropasının ən çoxsaylı siniflərini ümumiləşdirilmiş cümlələrdən istifadə edərək aşağıdakı şəkildə təsvir edir: "Qaşqabaqlı heyvan kimi kənd yerlərinə səpələnmiş, erkəkli-dişili çirkab içində ölü bənizli, günəşdən yanıb qaralmış dəriləri ilə yalnız onlara məxsus bir əzmkarlıqla qazdıqları torpağa zəncirlənmiş halda işləyirlər, yalnız nitqdən istifadə etdikləri halda, insan olduqlarını fərq edirsən. Elə ki axşam düşdü, yuvalarına qayıdır, orada qara çörək, su və bitki kökləri ilə gecəni keçirirdilər".
Lorens Stounun tipik ingilis kəndi haqqında yazdığını demək olar ki, bütün o zamankı Avropaya aid etmək olar: "Bura qisasın və zülmün məskun olduğu bir yerdir. Buranın sakinlərini yalnız hansısa bir cadugərin tapılıb yandırılması bir yerə toplaya bilərdi". İngiltərədə və qitədə elə şəhərlər var idi ki, il ərzində əhalinin üçdə biri və ya hər 100 nəfərdən 10-nu cadugərlikdə ittiham olunaraq edam edilirdi. XVI-XVII əsrlərdə sakit bir məkan sayılan İsveçrənin bir rayonundan satanizmə görə, 3300-dən çox adam edam edilmişdi. Balaca bir kənd hesab olunan Viteynşeyqdə 63 adam ifritəliyə görə ocaqda yandırılmışdı. Yeddi yüz nəfərlik əhalisi olan Obermaxtreldə üç il ərzində 54 nəfər adam tonqalda məhv edilmişdi".
Avropa cəmiyyətində yoxsulluq o qədər aktual bir məsələ idi ki, (təxminən 20 sözlə) yalnız fransız dilinin palitrası onun dərəcəsini və əlamətlərini təsvir edə bilirdi. Akademik lüğət “dans un etat d indigence absolue” terminin aşağıdakı kimi açıqlayır: "Buna qədər yeməyə ərzağı, geyməyə paltarı və başının üstündə damı olmayan hər kəs bir kasa püreyə və ya bir adyala görə işləyə bilərdi".  Fəhlə ailələrinin ümumi vəziyyəti bax belə idi!
Xristian Avropasında quldarlıq inkişaf etməyə başlayırdı. Ən böyük qul alverçisi olan kilsə bu işi müsbət qarşılayır və genişləndirirdi. Bu yürüdülən siyasətin məqsədi haqqında biz yazının sonunda Amerikadakı genosidi daha yaxşı anlamaq üçün danışacağıq. XIV-XV əsrlərdə Avropaya qullar qitənin şərqindən, əsasən, Rumıniyadan (bu tarix indi də təkrarlanır) gətirilirdi. Kiçik qızları yaxşı qiymətə satmaq olurdu. Bir qul alverçisi müştəriyə göndərdiyi məktubda yazır: "Rumuniyadan gələn gəmidə balaca qızlar da olmalıdır və onu da bil ki, onlar da böyük qullar kimi çox bahalıdırlar. Biri 50-60 florindən ucuz olmayacaq". Tarixçi Con Bosvell qeyd edir: "XV əsrdə Sevilyada satılan qadınların 10-20%-i hamilə və ya əliuşaqlı olurdu. Buna baxmayaraq , müştəridən bunun üçün ayrıca pul alınmırdı".
Zənginlərin də özünəməxsus problemləri var idi. Onlar ilk səlib yürüşləri, müstəmləkə işğalları zamanı ekzotik malları əldə etmək, qızıl və gümüşə acgözlük kimi vərdişlərə sarılmışdılar. İpək, ədviyyat, yumşaq pambıq, narkotika, dərmanlar, bahalı ətirlər, yağlar və zərgərlik məmulatları bir ətək pul tələb edirdi. Beləliklə, bir venesiyalının dediyi kimi, "qızıl- bir avropalı üçün ictimai həyatda ruhu və canı satın ala biləcək qədər vacibə və ya həyatın özünə çevrildi". Afrikadan və Yaxın Şərqdən qiymətli metallar əldə etmək mümkün deyildi. Şərqi Avropada aparılan müharibələr Avropanın xəzinəsini boşaltmışdı. Yeni, etibarlı, mümkün qədər daha ucuz və çox qızıl mənbələri tapmaq lazım idi.
Yuxarıda qeyd edildiyi kimi, kobudluq və zorakılıq Avropanın normal həyat tərzi idi. Bəzən patoloji xarakter alan bu hal sanki Qərb yarımkürəsinin heç nədən xəbərsiz sakinləri üçün artıq nəyinsə hazırlanmasına işarə edirdi. Gündəlik ifritə və cadugərlərin yandırılma səhnələrini izləməkdən başqa, 1476-ci ildə Milanda kütlə bir insanı tikələrə paraçalayaraq yedi. Parisdə və Lionda hugenotları (XVI əsrdə fransız protestantı) öldürüb, parçalayaraq açıq şəkildə küçədə satırdılar. İşgəncələrin, qətllərin və ritual hannibalizmin digər formaları cəmiyyətdə təəccüblü sayılmırdı.
Kolumb öz dəniz məcaraları üçün Avropada pul axtardığı vaxt, İnkvizisiya İspaniyada tüğyan edirdi. İspaniyada və Avropanın hər tərəfində xristianlığa bir zərrə şübhə edən hər kəs edam edilir, ağlasığmaz işgəncələrə məruz qalırdı. Cinayətdə suçlanmış insanları asır, ocaqda yandırır, qazanda qaynadır, çarmıxa çəkirdilər. Hərdən isə parçalayır, boynunu vurur, diri-diri dərisini soyur, suda boğur və çarpazlayırıdılar.
1492-ci ildə keçmiş qul alverçisi Xristofor Kolumb və onun matroslarının öz arxalarında qoyub gəldikləri dünya belə idi. Onlar elə bu dünyanın tipik sakinləri idillər və zəhərləyici düşüncələrinin ölümcül qüvvəsi ilə Atlantikanın o tayındakı milyonlarla insanı tanış edəcəkdilər.

xeberlent.az

Комментариев нет:

Отправить комментарий