Страницы

14.02.2014

Bakı nefti


Bu karikatura "Molla Nəsrəddin" jurnalının sovet Azərbaycanı zamanı nəşr etdirdiyi ilk nömrəsinin üz qabığında gedib, yəni 1922-ci ilin, 2 noyabr tarixində. Karikaturada yazılıb "Serebrovski deyib: "Yeddi idarə gözlərini tikiblər Bakı neftini əllərinə salsınlar". Gördüyünüz kimi Bakı nefti də qara inəkdir və hərə bir tərəfdən onu sağmağa hazırlaşır.

Qeyd: A.P. Serebrovski 1920-ci ildən 1930-cu ilə kimi "Azneftin" sədri olub və SSRİ-də müxtəlif illərdə müxtəlif yüksək vəzifələrdə çalışıb. Nəzərinizə çatdırım ki, 1994-cü ilin sentyabrında Bakıda imzalanan "Əsrin müqaviləsi" kontraktının imzalanmasında da 7 xarici dövlət iştirak edirdi (ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı). Taleyin ironiyasımı, ya təsadüfmü, ya bilərəkdənmi, deyə bilmirəm, amma hər halda müqayisə etdikdə o vaxtkı 70 ildən indi cəmi 20 ili gedib, demək, hələ 50 ili durur? Yox, bu müqayisə sadəcə bir ironiya idi.

Paylaşdı: Gulya Khaki              3,14-thagOras

Комментариев нет:

Отправить комментарий