Страницы

11.02.2014

Etibar Salmanov - Məsafələr uzaqsa

Həsrət

Səndən ayrı olduğum hər anın adı həsrət,
Səni uzaqdan sevməyin özü bir mərifət.
Sevginin özü həyatımdan daha sərt,
Qəlbimi odlayan sevginin səbəbi həsrət.

Ayrılığı yaşamaq özü bir məharət,
Gözlərim önündə sən bir xəyalət.
Yuxularımda belə sən bir həqiqət
Xəyalımla yaşamağın səbəbi həsrət.

Məsafələr uzaqsa qəlbimdə var dəyanət,
Ürəklər bir vurursa möhkəmdir bu məhəbbət.
Etibarın eşqində taparsan sən səadət,
Sənlə qovuşmamağın səbəbi həsrət.


Ayrılıq

Yenə dağların başı dumandı,
Mənim başımdakı dumanlar kimi.
Havalar soyuqdu, qardı, sazaqdı,
Mənim qəlbimdəki hisslərim kimi.

Dağların başı ağappaq qardı.
Dağlar əzəmətdi, dağlar vüqardı.
O yüksək zirvədə süzən qartaldı, 
Mənim göylərdəki xəyalım kimi.

O gözəl dağlarda izimiz vardı,
Görən sevgimizə niyə qar yağdı?!
Silindi izimiz, yerdə qar qaldı, 
O bitən sevgidən ağrılar qaldı.

Qəlbimdə ağrıdan dağ qaldı,
Içimi dağladı, ürəyim yandı.
Etibarın yanğıdan külləri qaldı,
Sönmüş bir ocağın külləri kimi.

SƏBƏBSİZ AYRILIQ  

Bu səhər səbəbsiz ayrıldın məndən,
Səbəbsiz ayrılıq xoş gəldi səndən.
Qarşıladım onu candan, könüldən,
Qərarı sən verdin, alqışlar məndən.

Gedişin qəfildi, çaşdım hökmündən,
Sevgimizə ölüm fərmanı səndən.
Zamanlar durmuş sanki səhərdən,
Danışa bilmirəm artıq qəhərdən.

Dönmək istəsən də getdiyin yerdən,
Əlini üz artıq mənim sevgimdən.
Üzr dilərsən artıq göz yaşlarımdan,
Ağrıdan, acıdan yanan könlümdən.

Etibar heykələ dönmüş heyrətdən,
Gedişin olsa gərək hansısa bir səbəbdən,
Danışma artıq mənə hər bəhanədən,
İstəmirəm sevgini həyatda, təkcə səndən.

Комментариев нет:

Отправить комментарий