Bakı, 10 fevral, SalamNews, B.Samid. İraqın paytaxtı Bağdadın şimalında “İraq və Şamda İslam Dövləti” qruplaşmasının (DAİŞ) üzvləri qurduqları tələyə özləri düşüblər.
SalamNews-un "əl-Aləm" telekanalına istinadla verdiyi xəbərə görə, hadisə İraqın Samirə şəhərinin ərazisindəki əl-Cəllam rayonunda baş verib.
Terrorçular avtomaşına quraşdırdıqları minanın partlaması nəticəsində məhv olublar. Partlayış mina maşına quraşdırılarkən yol verilən texniki səhvlər nəticəsində və qruplaşma üzvləri maşındakı kamikadzeni alqışlayaraq yola salmaq istəyərkən baş verib.
Комментариев нет:
Отправить комментарий