Gənc şairə Xuraman Hüseynzadə ilə müsahibə
“Vaqif Səmədoğlu pilləkənlə düşürdü mən gələndə, içmişdi deyəsən, düşə də bilmirdi”;
“Orada Rəşad Məcidin, Elçin Hüseynbəylinin iddiası var... Bunlar o adamlardır ki, Akif Səmədi qızışdırdılar ki, sən özünə irəli çək, sənə kömək edəcəyik, sənə səs verəcəyik”;
“Tərəkəmələr deyir ki, dövlətlərini satmağı Qərbi azərbaycanlılar öyrədib, qarabağlılar da deyir ki, tərəkəmələr bizə quldurluğu öyrədiblər”;
“Mənə deyirlər get naxçıvanlıya, demirəm naxçıvanlı pisdir, yaxud kartof satana. Bununla mənimki tutmur axı, mən danışacam ədəbiyyatdan, bu danışacaq kartofun sabah bazarda qiyməti neçəyə olacağından”;
“Anam, həmçinin bibim mənim ilk dəfə qəzetdə çıxan yazıma kartof-soğan doğrayıb, sonra da götürüb atmışdılar”.
- Bu günlərin sizin üçün əlamətdar olduğunu deyirsiniz...
- Bəli, oktyabrın 11-i mənim anadan olduğum gündür. Ona görə də oktyabrın 11-i mənim üçün müqəddəsdir. Birinci buraya gəldim, sonra evə gedib yaşımı qeyd edəcəyəm. Sizlərlə birgə ad günümü qeyd etmək çox xoşdur.
- Hər yaş dövründə insanda fərqli hisslər baş qaldırır, həyatında nə isə dəyişiklik baş verir...
- Bəziləri deyir ki, tarix mənim üçün müdriklik fəslidir, bəziləri isə deyir ki, düşüncə fəslidir. Mən özüm payızda anadan olduğum üçün mənə elə gəlir payızı heç kəs mənim qədər hiss edə bilməz. Payıza aid çoxlu şerlərim var. Onlar ele-belə yaranmayıb. Hər birinin yaranma tarixçəsi var. Payız mənim üçün xatirələr fəslidir. Çünki mənim həyatımda baş verən əlamətdar hadisələr payıza təsadüf edir.
- Başqa hansı əlamətdar hadisələrlə zəngindir bu payız Sizin üçün?
- Həyatımda sevgilər olub, ayrılıqlar olub. Yaşadığım problemlər və onların çözüm yolları da payıza – oktyabr ayına təsadüf edib. Çox maraqlıdır.
- Deməli, bu ay sizdən yeni gözləntilər ola bilər?
- Ola bilər.
- Özünüzü necə hiss edirsiniz bu oktyabr ayında?
- Çox yaxşı hiss edirəm, axşam bütün dostlarımla bir yerdə olacağam. Ad günümü yaxşı yerlədən birində qeyd edəcəyik, əhvalımı bu ovqata kökləmişəm. Bildiyiniz kimi, bizdə hüzr düşmüşdü. Mən ad günümü qeyd etmək üçün izin aldım. Çünki stressdən çıxmalı idim, həmin hadisə ilə bağlı səhhətimdə böyük problemlər yarandı. Ona görə də hər kəs məsləhət gördü ki, bir az stressi atmaq üçün ad günümü qeyd edim. Çünki hər kəs ad günümün mənim üçün əlamətdar bir gün olduğunu bilir. Doğum günümə həsr etdiyim bir şerimi oxumaq istərdim. Əslində şeir oxumaqdan heç xoşum gəlmir. Özümü Zəlimxan Yaqub kimi hiss edirəm. Amma bu Zəlimxan Yaqub sayağı olmayacaq. Adı belədir: “Doğum günümün şeiri”:
Məni sevmə...
Gözlərin ürəyimin tələsidir,
Ürəyim gözlərinin köləsi
və hər əsir aşiq
qürbət ürəyimdə öləsi.
Mən şeytanam...
Səni yoldan çıxarar.
Azadsan,
ürəyimə gedən yolun dolanbaclarında
Sevməmək üçün,
bir də vurulmamaq üçün kiməsə
tövbə edərsən.
Allahın ətəyindən sürünən
kəfənə oxşayan palaza bürün
Və beləcə uca Yaradanın gözünə xoş görün.
Yerin cənnət olacaq məni sevməsən.
Məni ayrılıqlar Allahımın, sevgimin yolundan çıxarır
Yolum yoxdur getməyə azmışam.
Məzarımı gözəl oğlanların qəlbində özüm qazmışam.
Həyat rəngarəng, bəzən maraqsız
Qorxuram, boğazımda ilişib qalan kəndirə
azad ruhumu etibar etməyə.
Sevmə məni...
Məni sevmək cinayət,
səni sevmək xəyanət
Sevmə məni,
sevmə ay bədbəxt!
Bu şeiri keçən il ad günümdə yazmışdım...
- Bəs bu il yazmamısınız?
- Bu il ayrılıqlar oldu həyatımda. Ayrılıqlara həsr etdiyim şeirlərim var.
- Hiss edirəm ki, yaşadıqlarınızı yazırsınız...
- Mənim bütün yazdıqlarım yaşantılarımdır. Mənim bir dostum mənə deyir ki, sənin kitabını oxuyanda elə təəssürat yaranır ki, sən hamını, bütün oğlanları sevmisən, bütün oğlanlardan ayrılmısan. Əslində, elə deyil. Tutaq ki, siz gəlib oturmusunuz yanımda və deyirsiniz ki, sevdiyiniz insan sizi atıb. Mən sizin əhvalatınızın psixoloji təsiri altında həmin hadisəni özümünküləşdirərək şeiri yazıram. Elə yazıram ki, sanki bunu mən yaşamışam.
- Azərbaycanda hazırki ədəbi durumu necə xarakterizə edərdiniz?
- Son bir ayı xəstəxanada oldum, bir ay heç nədən xəbərim olmadı. Rafiq Tağı yanıma gəlmişdi, ondan müəyyən məlumatları əldə etdim. Xeyli məlumatlar əldə etdim.
- Sadəcə bir ayı deyil, ümumiyyətlə ədəbi durumu nəzərdə tuturam...
- Mənim bir o qədər məlumatım yoxdur, ona görə də heç nə danışa bilmərəm. Siz nəyi nəzərdə tutursunuz?
- Ölkədə ədəbi situasiyanı...
- Bir qrup gənc, məsələn, Azad Yazarlar Ocağının üzvləri çox istedadlıdırlar. Onlara meydan verilmir deyə, onlar qarşılarına belə bir missiya qoyublar ki, ölkənin əleyhinə gedəcəklər. Çünki şərait yaratmırlar ki, yazsınlar, ev verin, maşın verin, nə olar ki? Ad çəkmək istəmirəm, kim isə gedir Anar müəllimin qəbuluna xahiş edirlər, hətta ev, maşın üçün öz yoldaşını da Anar müəllimin qəbuluna göndərənlər var. Xahiş edirlər o da verir. İndi bunlar istəyə bilmir, bu əqidənin yiyəsi deyillər. Dövlət müasir ədəbiyyatla maraqlanmalıdır. Dövlət amma Yazıçılar Birliyi ilə maraqlanır. YB-də də oturub akulalar. O akulalar da cavan-cavan uşaqları yığıblar öz başlarına və məhv edirlər. Onların içərisində istedadlılar da var, Azərbaycanın gələcəyini yaradacaq gənclər də var. O cavanlar da yaltaqlanmaqla, bir-birilərinə yalançı təriflər yağdırmaqla məşğuldurlar. Ortada isə ədəbiyyat yoxdur. Orada ancaq yaltaqlanmaq uğrunda rəqabət gedir. Konkret bir adam da idarə edir. Azərbaycanda həqiqi ədəbiyyat yaradan AYO-da olanlardır.
- Artıq onları da sıralarına qatırlar axı...
- Söhbət maddiyatdan gedir. Əqidə görürsünüz yoxdur, əqidə çürükdür. Mən indi heç bir yerdə işləmirəm. “Demokrat” qəzetində işləyirdim, o da bağlanıb. Məni də dəfələrlə çağırıblar, amma getməmişəm, əqidəm buna yol verməyib. Ola bilər mənim onlar qədər ehtiyacım yoxdur. Mən yenə də onları başa düşürəm, pul həyatın təminatıdır. Məsələn, Aqşin nə etsin, o ailəlidir... Yaxud Qanturalı... Onlar hörmət etməsələr, Aqşinin nə işi var Kamal Abdullanın yanında. Bu uşaqları pulnan ələ alırlar. Mən inanmıram ki, Əli Əkbərlə Seymur Baycan buna getsin. Yerdə qalan bir iki nəfəri də pulnan ələ alsalar, bizim ədəbiyyat batacaq. Gələcək nəsillər heç bir ədəbiyyatı oxumayacaq. Qanturalı yazdığı məqaləni demirəm, ədəbi nümunəni ortalığa çıxartsın. Yazmırlar, gedib orada qonorar xətrinə otururlar və köşə yazıları yazırlar. Köşə yazıları isə bədii ədəbiyyatı yeyib bitirən bir şeydir.
- Bu acınacaqlı durumu qəbul edirsiniz demək?
- Bəli, qəbul edirəm. Mən özüm Yazıçılar Birliyinin üzvüyəm. Mənə verilən prezident təqaüdünü 50 dəfə üzümə vurublar, 1000 dəfə də başıma qaxıblar bunu. Guya mənə prezident təqaüdü veriblər deyə gedib bunlara yaltaqlanacam. Verməyəydilər...Mənim haqqımdır bu. İlk kitabım çıxanda 1-ci kursda oxuyurdum. Bu, artıq dördüncü kitabımdır. Gəlin görək gənc yazarlardan hansının universitet oxuduğu illərdə ardıcıl dörd kitabı çıxıb. Mən haqqımı yeməli deyiləm? Hələ azdır o təqaüd. O pula heç bir dənə düz-əməlli kofta alıb geyinmək olmur. Heç olmasa ömürlük yaxud 3-4 illik verələr. Cəmi bir il aldıq o da 200 manat. Bu nə puldur ki? Vallah, pul deyil. Pulu götürüb rayona gedəndə babam pula baxıb dedi ki, bu qədər zəhmətin qarşılığında ədəbiyyata verdikləri dəyər budur?
- Deməli YB-nin üzvüsünüz və onu qəbul edirsiniz...
- Mən heç ora getmirəm. Ora cəmi bir-iki dəfə getmişəm.
- Bəs sizi kim üzv edib?
- Ora üzv olanda tələbə idim. Çox gənc idim, onda bu AYO təzə-təzə yaranmağa başlamışdı. Mən istəyirdim gedim Rasim Qaracagilin yanına. Onda onlar da təzə yaranırdı. Mən də oxuyurdum 2-ci kursda. Rəhmətlik Akif Səməd dedi ki, sən gəl Yazıçılar Birliyinə üzv ol, dövlət qurumudur, olsun ki, orada gələcəyin üçün nə isə olsun, sənə şərait yaradarlar. AYO boş bir şeydir, gəliblər ki, bunların əsəbləri ilə oynasınlar. Sonra gördüm ki, elə deyil. İndi mənim üçün heç bir fərqi yoxdur ki, hansı qurumun üzvüyəm. Onun qarşısında keçəndə həmişə deyirəm ora ölüxanadır, morqdur ora. Vaqif Səmədoğlu pilləkənlə düşürdü mən gələndə, içmişdi deyəsən, düşə də bilmirdi. O qədər ortalıqda qalan gənc istedadlılar ki, yazıqdırlar da gedib işləsinlər.
- Yazıçılar Birliyində qurultay olacaq, niyə iddialarınız yoxdur? Gəncsiniz, yazırsınız, mövqeyiniz var...
- Mənim nə mövqeyim ola bilər ki. Orada Rəşad Məcidin, Elçin Hüseynbəylinin iddiası var... Bunlar o adamlardır ki, onlar Akif Səmədi qızışdırdılar ki, sən özünə irəli çək , sənə kömək edəcəyik, biz sənə səs verəcəyik. Onu da kimlər dedilər, Akif Səmədlə hər gün araq içən, çörək kəsən adamlar. Onlar ora niyə gedir deyim: qutab yeməyə, araq içməyə, qeybət qırmağa. Mən bu mühiti görüb gəlmişəm.
- Bəs nə əcəb belə bir mühitdən istefa vermirsiniz?
- Özüm istefa vermirəm. Rafiq Tağı keçən dəfə söz atdı ki, istefa vermək istəyirəm. Dedim neynirsən, durub da. Lazım gələndə verərsən. Appendisitdir də lazım olmayanda kəsib atarsan. Mən ora getmirəm, heç bir təmannam yoxdur. İnanın ki oranın qapısını da tanımıram. Neçə il bundan əvvəl orada satışa qoyulan kitablarım var, heç maraqlanmıram ki, satılıb ya yox.
- Yeri gəlmişkən, kitablarınız satılır?
- Bilmirəm, özüm 70-ini götürmüşdüm hamısı da satılıb. Qohum - əqrəba filan hərəsi 10-20 manatdan götürüblər.
- Gənclər adətən şeirlə gəlirlər ədəbiyyata sonra nəsrə keçirlər. Sizin elə bir fikriniz yoxdur?
- Var. Roman yazıram hazırda. Bir az siyasi romandır, tərəkəmə - “yeraz” qarşıdurması ilə bağlı, çünki mənim doğulduğum yerdə elə problemlər olub. Məsələn, tərəkəmələr deyir ki, dövlətlərini satmağı Qərbi azərbaycanlılar öyrədib, qarabağlılar da deyir ki, tərəkəmələr bizə quldurluğu öyrədiblər.
- Xanım yazarlar ədəbiyyatda birmənalı qarşılanmır, oxuyursunuz digər xanım yazarları?
- Oxuyuram. Mənim Günel Mövlud ruhu çox xoşuma gəlir. Heç bir tanışlığım yoxdur. Məndə qısqanclıq yoxdur, amma onların əksəriyyətində qısqanclıq var. Nərmin Kamalın intellekti xoşuma gəlir. Nərmin İsmayıl adlı bir şairə var. Çox üzdə deyil, amma gözəl şeirləri var.
- Sevinc Çılğın, Sevinc Pərvanə bəs?
- Sevinc Çılğını bəyənirəm. Sevinc Pərvanə bir az bilirsiniz necədir, bizim bir çox gənc xanımlarda intellekt çatışmır. Ona görə onların yazıları birmənalı qarşılanmır. İntellekt əlavə etsələr, bəlkə də şedevr alınar.
- İntellekt dedikdə nəyi nəzərdə tutursunuz?
- Bu yaxınlarda Markesin “Gözlənilən qətlin tarixçəsi” əsərini oxudum çox xoşuma gəldi. Nə olsun, oxudum, amma oradan təsirlənib nə isə yaza bilmərəm ki.
- Ən çox sevdiyin yazıçı kimdir?
- Mənim özümün sevdiyi yazarlar var. Ən çox sevdiyim yazıçı Rafiq Tağıdır. Heç kim on çata bilməz. Markesi çox sevirəm, Kaolyeni bir o qədər də sevmirəm.
- Hansı dildə oxuyursunuz?
- Rus dilində də oxuyuram, rus ədəbiyyatı mənə daha tez çatır. Ola bilsin ki, bizim tərcüməçilər pisdir. Yetim Ağaoğlu adlı türk şairə var. Bir kitabdan bir, iki şeir məni tuta bilər. Mən hesab edirəm ki, bir kitabda 3-4 yaxşı şeir varsa, həmin adam şairdir. Məsələn, Yetim Ağaoğlunun bir şeiri var, deyir ki, “uca-uca nərdivanlardan, apartmanlardan yıxıldım ölmədim, amma səndə öldüm.” Görün, nə gözəl şeirdir. Daha Nuridə Atəş kimi əxlaq çərçivəsindən kənara çıxıb eybəcər şəkildə göstərmir. Şeirdə incəlik olmalıdır. Mənim zəhləm gedən bir müəllimim var idi. Heç sevmirdim o xanımı çox özündən razı idi. Onun bir sözü var, həmişə mənim xatirimdədir. Deyirdi ki, qızlar, danışanda, yazanda sözlərin ən gözəlini seçin. Sözün o qədər sinonimi var ki, onların içərisindən ən gözəlini seçmək lazımdır.
- Nuridə Atəşin adını çəkdiniz. Bəyənmirsiniz onu?
- Bəyənmək deyəndə o da özü üçün yazır da. O, şəxsi həyatını çox qabardır, açıq yazır. Bəlkə də Avropada yaşayır, Avropa onu dəyişib. Amma mənim xoşuma gələn şeirləri də var. Məsələn “kişilər bizim gecə lampalarımızdır, yalnız qaranlıqdan qorxduğumuz zaman onları yandırırıq”.
- Adətən kişi şairlər ailədə uğursuzluqla üzləşirlər, xanımlarının onları başa düşmədiklərini deyirlər. Bəs xanım yazarların ailələrində vəziyyət necə olur?
- Mən bir nəfərlə 4 il dostluq etmişdim. Sonradan bu münasibətlər dostluq kontekstindən çıxdı, sevgiyə çevrildi. İndi yenə də danışırıq, hərdən görüşürük. Onun bir sözü vardı, deyirdi ki, tutaq ki, biz evlənmişik, mənim yuxum gəlir, gedib yatıram bu yazını da qoyuram sən gəl yazını tamamla. Mən özüm də beləyəm. Mənə deyirlər, niyə getmirsən, ailə quran vaxtındı, kimə gedim? Mənə deyirlər get naxçıvanlıya, demirəm naxçıvanlı pisdir, yaxud kartof satana. Bununla mənimki tutmur axı, mən danışacam ədəbiyyatdan, bu danışacaq kartofun sabah bazarda qiyməti neçəyə olacağından. Mən, inşəallah, ailə quranda ancaq məni başa düşən, yazı-pozu adamı ilə ailə quracağam. Məni hiss etsin, mən onu hiss edim. Mənə lazım deyil qızıl, briliant içərisində daş-divarla söhbət etmək.
- Sizcə, yazıçının həyat yoldaşı elə yazıçı olmaıdr?
- Ailə həyatı qurmaq üçün qadın yazıçıdırsa, mütləq onun həyat yoldaşı da yazıçı olmalıdır. Məsələn, Cəfər Cabbarlı ilə xanımına baxaq, Hüseyn Cavidlə Müşkünaz xanma baxaq. Eləsi olub uşaqları olmayıb, amma bir-birilərinə nə qədər mehr salıblar. Bu tək peşə uyğunluğu deyil, o ruhi bağlılıqdır. Ruh məsələsidir.
- Yəni elə birini axtarırsınız?
- Yox axtarmıram. Sadəcə, düşünürəm ki, uyğunluq olmalıdır. Uyğunsuzluq olanda ailələr dağılır. Özünün təsəvvür edin də, qadın oturub bir yerdə deyinir, paltar ütüləyir, siz də oturub bir tərəfə roman yazırsınız. O qadın necə hiss edə bilər ki, kişi orada nə yazır. Mən özüm yazı yazanda gərək evdə səs olmasın. Mənim anam evi tozsoranlayır. Mən onu başa sala bilmirəm ki, mən heç nə yaza bilmirəm belə səs-küydə. Mənim atam aqranomdur, ədəbiyyatı çox sevir, gözəl bilir, mədəniyyət ruhlu insandır. Anam da, həmçinin bibim isə mənim ilk dəfə qəzetdə çıxan yazıma kartof-soğan doğrayıb, sonra da götürüb atmışdı. O bilirsiniz niyə belə edirdi, mən ibtidai sinif müəllimliyini bitirmişəm. İstəyirdi ki, öz sahəmin dalınca gedim.
- Siz tərəkəməsiniz?
- Bəli. Əslində Qarabağ tərəkəməsiyik.
- Toylarda adətən nə oynayırsınız?
- İnanın ki, mən oynaya bilmirəm. Keçən il ad günümdə kapoeyra oynadım, dostlarım mənə dedi ki, hamı sənə baxırdı. Daha ondan sonra dedim, vəssalam, mən oynaya bilmirəm, bacarmıram. Heç öz ad günüm də deyildi.
- Kapoeyra ilə neçə ildir ki məşğulsunuz?
- Müntəzəm məşğul olmamışam. Fasilə ilə bir il, iki il məşğul olmuşam. Kapoeyra Federasiyasının Prezidenti Taleh Orucov məni dəvət etdi və təklif etdi, bizim ilk xanım üzvümüz olasınız. Daha sonra səhhətimdə problemlər çıxdı. Bu yaxınlarda məşqçimi gördüm və söz verdim ki, qayıdacam.
- Kapoeyra Federasiyasının üzvü olacaqsınız demək?
- Bilmirəm, istəsəm. Mən bilirsiniz, necə adamam, nə ağlıma verdi, onu da edirəm.
- Gözlənilməz insansınız?
- Bəli. Məsələn, bir dəfə rəfiqəmlə bir yerdə əyləşib kofe içirdik. Onun sevgilisi gəldi. Artıq söhbət mənə maraqsız gələndə xəstə olduğumu deyib oradan uzaqlaşdım. Daha sonra xəstəxanada işləyən rəfiqəmi özümü yaxşı olmadığını bəhanə edib təcili çağırdım. Dövlət radiosunda tok-şouya çağırmışdılar. Getmək istəmirdim, etika xətrinə qəbul etdim. Dostum Savalan zəng edib çağıranda məni çəkilişi yarıda qoyub dondurma yeməyə getdim. Prodüser, aparıcı zəng vurdu, dedim, əl çəkin məndən, gedirəm dondurma yeməyə. Mənim belə xasiyyətlərim var.
- Sizə etibar etmək olmaz?
- Dost kimi çox etibarlıyam. Mən dar günün dostuyam, xoş günün deyil. Həmişə deyirəm xoş gündə məni axtarmayın. Tolstoyun bir fikri var, bütün xoşbəxt insanlar bir-birilərinə bənzəyir bədbəxt insanlar isə hərəsi bir cür bədbəxtdir. Xoş gün nədir, yemək-içmək, danışmaq-gülmək. Məni problemli gündə axtarın ki, bilim ki, mənim kiməsə xeyrim dəyir.
- Bəs niyə həyat dostunuz yoxdur?
- Həyat dostum var, xasiyyətimiz tutmur. Sadəcə, bizim ruhu bağlılığımız var, qopa bilmirik. O çox istəyir ki, hər şey onun dediyi kimi olsun.
- Bunlar mühafizəkarlıq, qısqanclıq adi Azərbaycan kişilərinin tələbləridir?
- Yox, bilirsiniz o istəyir onun dediyi olsun. Mənim də belə biri olduğumu iddia edir, amma mən öz fikrimi yeridən insan deyiləm.
- Mən belə başa düşdüm ki, siz təkliyə can atırsınız...
- Demək olar ki, hə. Rüstəm Beyrudinin sözü olmasın, mən həmişə tək olmuşam, ətrafım dolu insanlar olanda da özümü tək hiss etmişəm. Gecələr yata bilmirəm, bu yuxusuzluq məni dəli edir. Yuxu dərmanı da qəbul edirəm, o belə kömək etmir. Mənim üçün həyat gecə, saat 12-dən sonra başlayır. Bütün şeirlərimi səhərə yaxın yazmışam, küçələrlə insan nəfəsi dəyməyən vaxtı, Bakı tərtəmiz olanda.
- Deyirsiniz ki, insan nəfəsi təmizliyi korlayır?
- Əlbəttə.
- Getdikcə insanlardan uzaqlaşırsınız...
- Cəmiyyətdən qaçıb tənhalığa üz tutmağıma səbəb insanların səni başa düşməməsi olur. İnsanlar səni qavramayanda. Mənim üç rəfiqəm var. Əslində, tanışlarım daha çoxdur, kiminlə ədəbiyyatdan danışa bilirəmsə, deməli o mənim rəfiqəmdir. İzah edə bilmərəm ki, ədəbiyyat mənim üçün nə qədər müqəddəsdir. Mənimlə dost olmaq istəyirsənsə ədəbiyyatı bilməlisən.
- Siz hər şeyi bilirsiniz?
- Bilmirəm, bilirəm, ya yox, amma o hissi yaşayıramsa, deməli, bilirəm.
qafqazinfo.com

Комментариев нет:
Отправить комментарий