Страницы

10.02.2014

Üzəduran kimi tanınan Mürsəlov Mirşamil Miradil oğlu saxta yollarla öz oğluna şəhidlik statusu alıb

Cəlilabadda üzəduran kimi ad çıxarmış Mürsəlov Mirşamil Miradil oğlu saxta yolla öz oğluna şəhidlik statusu düzəldib

Vaxtilə silahlı dəstənin tərkibində dövlətə qarşı çıxış edən bu adam saxta yollara əl atıb

Redaksiyanın poçtundan

Dövlət Orqanlarına        Surəti: Media Orqanlara

Yazıb sizə bildirirəm ki, Cəlilabad rayonu Göytəpə qəsəbə sakini Mürsəlov Mirşamil Miradil oğlu saxta yollarla öz oğlu Mirəjdərə şəhidlik statusu almışdır. Cəlilabad rayon Hərbi Komissarlığının verdiyi arayışa və 190 saylı hərbi hissəsinin 537 nömrəli məktubuna əsasən, Mürsəlov Mirəjdər Mirşamil oğlunun elektrik cərəyanının vurması səbəbindən öldüyü deyilir. Ancaq elektrik vurması səbəbindən vəfat edən şəxsə saxta şəhidlik statusu verilib. Rayonda yalançı şahid (üzəduran) kimi ad çıxarmış Mürsəlov Mirşamil Miradil oğlu saxta yolla öz oğluna şəhidlik statusu düzəldib.
Xahiş edirəm ki, bu saxtakarlıq hüquq-mühiafə orqanları tərəfindən araşdırılsın. Mürsəlov Mirşamil öz oğlunu dəfn edərkən əlində olan dəmir alətlə oğlunun cəsədinin başını deşərək, həmin hissəni siqareti ilə yandırmış və insanları inandırmağa çalışmaq istəmişdir ki, guya oğlu odlu silahdan güllə yarası alması nəticəsində ölmüşdür. Lakin bu belə deyildir.
Mürsəlov Mirşamil Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsinin qatı əleyhdarı olub, silahlı dəstənin tərkibinə daxil olaraq dövlətə qarşı çıxış edib. Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsinə qarşı çıxaraq, Əlikram Hümbətovun qanunsuz silahlı dəstəsinə daxil olub və saxta "Talış-Muğan Respublikası"nın ilhamvericilərindəndir. O, ərazidə Azərbaycan Respublikası vətəndaşlarına qarşı sanki qiyam aparırmış. Əlində silah dövlətə qarşı vuruşan bu adam hətta özünə 20 Yanvar əlili statusu almağa nail olub, bundan sonra isə oğluna saxta şəhidlik statusu düzəltdirib. Xahiş edirəm ki, cinayət işi açılsın və bu saxtakarlığa hüquqi qiymət verilsin.

Ramiz Yarıyev,
Cəlilabad rayonu Üçtəpə kənd sakini

Комментариев нет:

Отправить комментарий