Страницы

05.03.2014

Asif Ata Ocağı 36-cı Yeni ilini qarşılayıb

«Ruhaniyyatlı 36-cı ilin aydın, İnamçı ulusum!»

1 İstək günü, Günəş ayı 36-cı ildə (1.3.2014) Mütləqə İnam Ocağının Ruhani Mərkəzində kutsal Yeni İl içuyum-törəni keçirilib, Ocağın 36-cı ili qarşılanıb. Bu haqda Ocaq Yükümlüsü İşıqlı Atalı bildirib. 
Tədbirdə Ocaqçılar, İnamçılar iştirak ediblər. 
İnam Evinin həyətində Ocağın 6 ideyasını ifadə edən tonqal qalanıb. 
Ocağın Ruhani Başçısı Safruh tonqal yörəsində kutsal söz deyib: “Bu Yeni ilin yaradıcısı türk xalqıdır. Atanın irəli sürdüyü, yaratdığı bayramlardan başqa bizim sırf öz xalqımızla bağlı, xalqımızın yaratmış olduğu mənəvi-ruhsal bayramlar yoxdur.
Ancaq 36-cı ilini qeyd etdiyimiz Yeni İl bayramı bizimdir. O deməkdir ki, Ocağın 35 ilini yola salmışıq. Türk xalqı özünün 35 ilini müstəqil ruhaniyyatlı xalq kimi yaşayıb.”
Sonra İnam Evinin tədbirlər odasına keçilib. Mütləqə İnam Bayrağı gətirilib. Atanı qarşılama carı «Buyruğunu dinləyirik, Atamız – İnamımız!» olub. «Atalılar Türküsü»nü Uluruh, «Doğadakı Mütləqlə gündüz qovuşması»nı Yolnur, «Ataya günorta üztutması»nı Sadiq deyiblər. 
Ruhani Başçı Safruh Ocağın gedişlərini dəyərləndirib: «Çox üzüağıq, miqdarca da çox uğurlar ortaya qoymuşuq. Xalqın içində belə bir yəqinlik güclənir ki, o, ruhaniyyatlı xalqdır. Xalq özü bilir ki, nə yaxşıdır, nə yaxşı deyil». 
Safruh Ocaq soraqlarının Azərbaycandan qıraqda da Mütləqə İnam mənzərəsini əmələ gətirdiyini bildirib, Ocağımızın dostlarının İnam işinə qatqısını yüksək dəyərləndirib.
Sadiq Atalı yeni yazısını oxuyub, fərəhini ifadə edib. 
Mütləqə İnam Ocağının Yükümlüsü İşıqlı Atalı Ocağın 35 ilik tarixinə nəzər salıb, İnam Atanın ömrü ilə əqidəçiliyinin birikdiyini, bənzərsiz ömrünün və yaradıcılığının Ocağın təməli olduğunu bildirib. Ocaq Yükümlüsü Atanın ölümündən sonrakı dönəmdən üzü bəri Ocağın böyük bir ləyaqətlə yaşadıldığını, son illərdə bu soraqların daha ciddi, ardıcıl xarakter aldığını vurğulayıb: “Ocağın “On Kutsal Bitiq”in yarısını çap etdirməsi, “İnama Doğru” dərgisinin 42 sayının çıxması, Ocaq TV-nin ictimai mühitdə tanınması, Ocaqçıların ardıcıl yaradıcılığı, mətbuatda işıq üzü görən çoxsaylı yazılar, ictimai tədbirlərdə Ocaq sözünün deyilməsi, ruhani geyimin ömürləşməsi və başqa işlər ayrıca hadisə kimi diqqəti çəkib.” 
Tədbirin içsəs konuları aşağıdakılar olub: «35-ci ilin uğurları; 36-cı ilin qayğıları; Sualtı qayalar».

asifata.com

Комментариев нет:

Отправить комментарий