Страницы

05.03.2014

Ataxan Əbilov: "Demokratiya" qədər indiyə kimi istismar olunan 2-ci bir anlayış yoxdur

Bugün Vidadi İsgəndərlinin mətbuata "Vidadi İsgəndərli Ataxan Əbilova cavab verdi" başlığında verdiyi açıqlamasına Ataxan Əbilov facebook hesabında yazdığı statusla münasibət bildirib.

Vidadi bəy, səmimiyətinizə görə təşəkkür edirəm. Hesab edirəm ki, mətbuatın qarşılıqlı olaraq işlətdiyi "cavab verdi" ifadəsi yerində deyil. Biz münasibətimizi bildiririk və burada motiv izahat verməkdir, aydınlıq gətirməkdir. "Cavab verdi"nin kökündə isə daha çox qarşılıqlı ittihamlar və onun müdafiəsi dürur. Mən isə mövqelərimizdə bir fərq görmədim, münasibət mahiyyət etibarıla eynidir. 
Düzdür bir sıra xırda dəqiqləşdirilməyən nüanslar var. Məsələn, mən Cəmil müəllimdən heç vaxt heç nə tələb etməmişəm, sadəcə arzumu demişəm ki, Milli Şura sədrinin sözü gedən sahədə də mövcüd olan beynəlxalq standartlardan danışması və onların Azərbaycana gəlişində maraqlı oldugunu bildirməsi ümumi işin xeyrinə olar.
"Demokratiya" qədər indiyə kimi istismar olunan 2-ci bir anlayış yoxdur. Biz Sizinlə sovet dönəmində təhsil almışıq. Totalitar cəmiyyətin kommunist ideologiyası da gen-bol "demokratiya"dan danışılırdı. "Demokratiya"nın isə bir üzü var, o ya var, ya da yoxdur. Bunu bizlər müəyyən etmirik. Bizlərin vəzifəsi əgər bacarırıqsa, onu deformasiyaya uğratmadan, olduğu kimi Azərbaycan cəmiyyətinə daşımaqda töhfəmizi verməkdir.
Mən inanıram ki, qeyd etdiyiniz dəyirmi masanın tezliklə reallaşmasını nail olacaqsınız və bu məsələlər orda özünün obyektiv müzakirəsini tapacaq.
Şübhəm yoxdur ki, bizim səylərimiz Vətənimizdə normal vətəndaş cəmiyyəti quruculuğu ilə bağlıdır və bu təbii ki, asan başa gələn iş deyil. Bu işdə hamımıza böyük uğurlarla 

Комментариев нет:

Отправить комментарий