Страницы

16.03.2014

Hilal Məmmədovun işi Avropanın diqqətindədir

Bir müddət öncə hüquq müdafiəçisi Ataxan Əbilovun "Tolışi Sədo" qəzetinin baş redaktoru, riyaziyyatçı-alim Hilal Məmmədovun saxlanıldığı həbsxanada dözülməz şəraitilə bağlı Avrupa Komissiyasının genişlənmə və qonşuluq üzrə komissarı Stefan Füleyə ünvanladığı məktub cavablandırılmışdır. 
Avropa Komissarlığının Rusya, şərq tərəfdaşlıq, Mərkəzi Asiya regional əməkdaılıq və ATƏT idarəsinin direktoru cənab Qunnar Vieqandın hüquq müdafiəçisinə ünvanlanan cavabında deyilir:
"Komissar Füle məndən xahiş etdi ki, Hilal Məmmədovun vəziyyəti barədə yeni məlumat əks etdirən 22 fevral 2014 tarixli məktubunuza cavab yazım.
Bu barədə əlavə məlumat verdiyiniz üçün sizə dərindən təşəkkür edirəm.
Hilal Mamadovun ağır həbsxana şəraiti barədə narahatçılığınıza bizdə şərik oluruq.
AB-in Bakıdakı Nümayəndəliyi Hilal Məmmədovun məsələsini yaxıdan izləyir. Fevral ayının 2-4, 2014 ildə insan hüquqları və demokratiya AB - Azərbaycan Alt- komitəsi səviyəsində keçirilmiş tədbirdə biz onun işini Azərbaycan hakimiyyət nümayəndələri qarşısında artıq qaldırmışıq. Əmin ola bilərsiniz ki, onun barəsində narahcılıqlar aradan qaldırlmayana qədər biz bu məsələni Azərbaycan hakimiyət dairələri qarşısında qaldırmaqda davam edəcəyik.
Gərək ki, məlumatız var, Avropa qonşuluq siyasəti çərçivəsində Azərbaycanda insan hüquqları müdafiəsinin inkişafı ilə bağlı illik hesabatda da Azərbaycanda insan hüquqları barədə vəziyyətiylə bağlı AB narahatlığını ifadə etmişdir. Sizi məlumatlandırmaq istəyirəm ki, qısa müddətdə tərtib olunacaq son hesabatdada bu cür tənqidlər yenədə əks olunacaqdır. Yaxınlarda Avropa Şurasında Nazirlər Komitəsinə sədrliyi Azərbaycan öz üzərinə götürür, Biz Aərbaycanın hakimiyyət dairələrini götürdükləri beynəlxalq öhdəliklərə tam hörmət etməsində nümunə olmağa cağırırıq".

Комментариев нет:

Отправить комментарий