Страницы

17.03.2014

Nurçu terror şəbəkəsinin Azərbaycandakı başçısına qarşı cinayət işi açılır

Elnur Aslanovla bağlı Ağır Cinayətlərə dair İstintaq İdarəsində cinayət işi qaldırılıb. Bu barədə “Axar.az”a etibarlı mənbələrdən məlumat daxil olub.

Mənbə Elnur Aslanovun artıq telefonlara cavab vermədiyini deyib. Onun həmçinin “camaat” liderlərinə canlarını qurtarmaqla bağlı xəbər göndərdiyi də bildirilib. O, E.Aslanovun həmin liderlərə 30 martdan sonra çoxunun maliyyə fırıldağı ilə həbs olunacağı ilə bağlı məlumat göndərdiyini də qeyd edib.
Mənbə onunla bağlı artıq Ağır Cinayətlərə dair İstintaq İdarəsində gizli cinayət işinin də açıldığını vurğulayıb. Hətta Fətullah Gülən camaatının dini, biznes, təhsil və bütün fəaliyyətlərinin araşdırıldığı söylənilib.
Məlumatda araşdırmanın artıq bir aya yaxındır davam etdiyi, araşdırmaların xüsusilə xaricdə təhsil alan gənclərlə bağlı (ASAİF və s.) müxtəlif tədbirlərin təşkilindəki maliyyə məsələlərini əhatə etdiyi bildirilir.
Baş Prokurorluğun mətbuat katibi Eldar Sultanov “Axar.az”a açıqlamasında bildirdi ki, onda bununla bağlı hər hansı məlumat yoxdur.

Комментариев нет:

Отправить комментарий