Страницы

29.03.2014

Nurçular terror şəbəkəsinin yeni əməlləri

Azərbaycandakı nurçularla bağlı avrasiya.net-ə yeni məlumatlar ötürülüb. Həmin bilgiləri diqqətinizə təqdim edirik:

1. Nurçular bütün digər sünni təriqətlərini ayağa qaldırırlar. Sufilər, nəqşibəndilər, sələfilər, vahhabilər, ixvanlar hamı ilə söhbət aparırlar ki, Azərbyacan hakimiyyəti sünniləri əzişdirir. Gələcəkdə sünnilərin durumu çox pis olacaq. Nurçular bu yolla Azərbaycan hakimiyyətinə qarşı daxildə və xaircdə sünni düşməni imici formalaşdırmaqla çalışacaqlar ki, hakimiyyət Nurçuların dini və təhsil fəaliyətini qadağan etməsin. Nurçular hamıya izah edirlər ki, aramızda indiyə kimi olan incikliyi kənara qoyaq və bizim hamımızımn maraqları tapdanır. Nurçular hamıya deyirlər ki, Avropa Şurasına, Qərb ölkələrinin səfirliklərinə, ABŞ insan haqları təşkilatlarına məktublar yazın və sünnilərin dövlət səviyyəsinə sıxışdırıldığı və bunun İranın xeyrinə nəticələnməsi ilə izah edin.
2. Rövnəq Abdullayevə qarşı mediada olunan təzyiqlərdən sonra, Rövnəq Abdullayev Nurçuların məktəblərini himayə edən və müavini Xalik Mustafayev tərəfindən idarə edilən ARDNŞ təhsil mərkəzini ləğv etmək istəyir. Nurçular bundan sonra çox təşvişə düşüblər. Rövnəq Abdullayev əvvəllər ARDNŞ tərkibində “Diaqnsotika”lar tiksə də, sonradan “Diaqnostika”ları Səhiyyə nazirliyinə təhvil vermişdir. Bu dəfə Xalik Mustafayevin rəhbərlik etdiyi təhsil mərkəzini, Təhsil Nazirliyinə təhvil vermir və birdəfəlik ləğv etmək qərarına gəlmişdir.
3. Nurçular, Rövnəq Abdullayevin müavini Xaliq Mustafayevlə məsləhətləşdikdən sonra qərara almışdırlar ki, mediaya məlumat ötürülsün ki, Nurçuların Qafqaz Universiteti, Araz Kursları və Çağ Öyrətim artıq Nuçurların əlindən alınmışdır. ARDNŞ nəzarətindədir və Nurçular təmizlənəcəkdir.

Bu da yeni oyunlarıdır. Çünki Nurçuların Qafqaz Universiteti, Araz kusraları və Çağ Öyrətim məktəblərinin ARDNŞ tərkibində 4 ildir ki fəaliyət göstərir. 4 ildir ki, elə imic yaradıblar və guya Nurçuların təhsil sistemi artıq Rövnəq Abdullayevin nəzarəti altındadır.
Əslində isə məlum oldu ki,bu gözdən pərdə asmaq imiş. Əksinə Rövnəq Abdullayevin həm maliyyə və nüfuzundan istifadə edib Nurçulara dövlət dairələrində daha çox kadr yerləşdiriblər”.

avrasiya.net

Комментариев нет:

Отправить комментарий