Страницы

15.03.2014

Putin Qərbin başbilənlərinə elə bir gediş etdi ki…

Rusiya Qərbə qarşı dahiyanə şah və mat gedişi edib. Nəticədə bir neçə gün ərzində həm 20 milyarddan çox pul qazandı, həm də  öz monopoliyasının 30 faizdən çox səhmini geri qaytardı.
Məsələ burasındadır ki, əvvəllər Rusiyanın enerji kompaniyalarının aksiyalarının yarısı xarici investorlara (amerikalılara və avropalılara) məxsus idi. Bu o demək idi ki, neft və qazdan gələn gəlirin demək olar yarısı  Rusiyanın xəzinələrinə deyil, Avropanın maliyyə «akulalarının» hesabına yatırılırdı. Krım hadisələri zamanı rublun dəyəri kəskin surətdə enməyə başlayır, şaiyə yayılır ki, Rusiya xəzinələrində rublun kursunu saxlamaq üçün pul yoxdur.

FaktXəbərin məlumatına görə, bu söhbətlər və Putinin Ukraynanın rusdilli sakinlərini qoruyacağı barədə bəyanatı Rusiyanın enerji kompaniyalarının aksiyalarının dəyərdən düşməsinə gətirir. Sahibkarlar aksiyaları tam qiymətsiz olana qədər satışa qoyurlar. Putin isə bütün həftəni gözləyib və mətbuat konfranslarında gülümsəməklə kifayətlənib. Qiymət plintusdan da aşağı düşdükdə o, gözlənilmədən səhmlərin hamısını eyni anda bütün avropalılardan və amerikalılardan alınması barədə göstəriş verir.
Maliyyə «akulaları» özlərinin oyunə gəldiklərini anladıqda isə, artıq gec olur: Aksiyaların hamısı Rusiyanın əlində cəmləşir. Nəticədə Rusiya nəinki 20 milyard dollar qazanır, həmçinin  kompaniyalarını da özünə qaytarır. Artıq  neft və qazdan gələn gəlir  ölkə sərhədlərindən xaricə çıxmayacaq. Rublun dəyəri də öz-özlüyündə qalxacaq və onun dəstəyi üçün qızıl valyuta ehtiyatlarını xərcləməyə ehtiyac yoxdur.
Qərb isə bir an içində milyard dollar gəlir gətirən kompaniyalarını itirdi. Belə bir dahiyanə əməliyyat  fond bazarı tarixində görünməyib.

Комментариев нет:

Отправить комментарий