Əliyev Rəcəb Sadıq oğlu (Sadiq) 1935-ci il noyabr ayının beşində Nardaran kəndində zəhmərkeş bir ailədə dünyaya gəlmişdir. Orta təhsilini Nardaranda 130 saylı orta məktəbdə almışdır. 12 saylı Texniki peşə məktəbini bitirmiş və kinomexanik peşəsinə yiyələnmişdir. Bu sahə üzrə Buzovna, Bilgəh və Nardaran kəndlərində çalışmışdır.
1965-ci ildən təhsil aldığı peşə məktəbində əvvəlcə istehsalat təlimi ustası, sonra isə sənəti üzrə müəllim işləmişdir. Təhsilə qədərki müddətdə o vaxtkı kolxozda fəhləlikdən hesabdara qədər işlərdə çalışmışdır.
Nardaran ədəbi mühitindən bəhrələnmiş həvəskar bir şairdir. Onun şerləri sənətkarlıq baxımından müəyyən qədər qüsurlu olmasına baxmayaraq, şeirlərində ədəbiyyata sonsuz sevgi hiss olunmaqdadır. Əsasən heca vəznində yazmışdır.
2006-cı ildə "Səninəm" adlı kitabı da işıq üzü görmüşdür.
Rəcəb Sadiqin yaradıcılığından bir nümunəni sizlərə təqdim edirik.
Qəm çəkmə, gülüm, etmə şikayət, səninəm mən,
Küsmə sözümə, incimə afət, səninəm mən.
Hər yoldan ötən nakəsə gəl sirrini açma,
Əğyarda olur çünki xəyanət, səninəm mən.
Ahu gözünə, qamətinə söz ola bilməz,
Xumar baxışın dərdimə şərbət, səninəm mən.
Bil ki, gözəlim, könlümü mən heç kəsə verməm,
Qalmışdır o əvvəlki məhəbbət, səninəm mən.
Sevmiş səni, Sadiq, budur aləmdə günahı,
Sevdin məni, əlbəttə nəhayət səninəm mən.
Mənbə: Söz və muğam beşiyi Nardaran, Hacı Ələmdar Mahir.
Hazırladı: Balaqardaş Talibi, nardaranpiri.com

Комментариев нет:
Отправить комментарий