Страницы

02.03.2014

Suriyada «Sumqayıt batalyonu» terrorçuları

Şam hökumətinə qarşı döyüşən azərbaycanlı vəhhabilər dəstələrinə belə bir ad veriblər 

Suriyada döyüşən azərbaycanlıların sayı məlum olmasa da, onların çoxluq təşkil etdiyi istisna deyil. Davamlı olaraq Dəməşqdən gələn xəbərlərdən də aydın olur ki, Azərbaycandan bu ölkəyə döyüşmək üçün gedənlərin sayı hər gün artır. Elə yerli mətbuatda qeyd olunan məlumatlar da bunu təsdiqləyir. Amma maraqlı məqam odur ki, hal-hazırda Suriyada Bəşər Əsəd ordusuna qarşı döyüşən azərbaycanlı vəhhabilərin batalyonları da mövcuddur. Ərəb mətbuatının yaydığı məlumata əsasən həmin batalyonlardan biri «Sumqayıt» adlanır. Və orada döyüşən azərbaycanlıların da hamısı Sumqayıt şəhərindən gedən vəhhabilərdir.
Qeyd edək ki, Suriyada döyüşən azərbaycanlı vəhhabilərin böyük əksəriyyətinin Sumqayıt şəhər sakinləri olduğuna dair xeyli əvvəldən məlumat vardı. Hətta bu yaxınlarda mətbuata müraciət edən sumqayıtlılar bildirirdilər ki, vəhhabilik şəhərdə sürətlə yayılır və onlar mütəşəkkil dəstələr formasında təbliğat aparırlar. Görünür, məhz həmin təbliğatın təsiri altına düşmüş insanlardır ki, Suriyaya döyüşməyə gedərək, orada özlərinə «Sumqayıt batalyonu» yaradıblar. /www.azadxeber.net/

Комментариев нет:

Отправить комментарий