Страницы

15.04.2014

Hara gedirik?

Qoşqar Əhmədov

Toxunacağım məsələ bəlkədə günün aktual problemi olmaya bilər ölkə daxilində  və qlobal aləmdə gedən prosseslərin fonunda. Amma haqqında bəhs edəcəyim problem cəmiyyətimiz, ölkəmiz üçün həmişə aktual olmalıdırl. Məsələyə toxunmaqda məqsədim heç də yeni dünya kəşf etmək deyil, sadəcə bir vətəndaş kimi həyəcan təbili çalmaq, bacardığım qədər ictimaiyyətə çatfırmaqdır.
Elə məndə xəbər informasiya  portallarında, qəzetlərdə "aktual problem" axtaranda təsadüfən haqqında danışacağım mövzuya və statistikaya gözüm sataşdı. Sadəcə məni dəhşət bürüdü.... "Azərbaycanda rəsmi qeydiyyata alınmış narkotik istifadəçilərinin sayı artıb".
Azərbaycanda köşə yazarlarının nədənsə bu bəlaya qarşı "immunitetləri" güclüdür və ya bunu problem kimi qəbul etmək iqtidarında deyillər. Statistika təkcə qeydiyyatda olan narkomanların sayının 30 000-dən artıq içlərində qadın, 14-18 yaş arası yeniyetmələrin  olduğu qorxunc bir görüntü yaradır. Hələ bu rəsmi statistikadır, şəxsən mənim bölgədə onlarla vizual olaraq tanıdığım ancaq qeydiyyatda olmayan narkotik istifadəçiləri var.
Bütün bölgələri hesablasaq, təxmini nəticə çıxarsaq say 100 000 mini belə rahatlıqla keçər.
Nədir bu bəlaya düçar edən gələcəyimiz olan gəncləri, cavanları,hətta qadınları, azyaşlıları? Sual primitiv görünsədə cavab tapmaq çox çətindir. Məlum olan odur ki kimlərsə xoşbəxtliyini günahsızlarin bədbəxtçiliyi üzərində qurur. İstifadəçilərin hansı birini dindirsək özlərini aciz,bədbəxt,bəlaya yoluxmuş biri kimi qələmə verəcəklər. Heç bir istifadəçi özünün narkotiklə xoşbəxt olduğunu, yoldan dönmək arzusunun olmadığını dilə gətirməyəcək. Bəs nədədir problem? Fikrimcə ən böyük problemlərimizdən, bəlalarımızdan biri də budur. Müstəqillik qazandıqdan sonra bəzi tip “viruslara" yoluxmuşuq. Birinci səbəb gənclər və cavanlar arasında total işsizlikdir, digər səbəblər isə maariflənmənin yox dərəcəsində olmasıdır. Hətta baxça, orta məktəb səviyyəsində, mediada narkomaniyaya qarşı güclü fobiya yaradılmalıdır. Mübarizə dövlət səviyyəsində olmalıdır, insanlar təkcə Bakıda yox, bütün bölgələrdədə işlə təmin olunmalıdır. Başqa çıxış yolu axtarmaq lazım deyil. Sərhədlərimiz 25 il əvvəlki sərhədlərdir, (Qarabagı cıxmaqla), qonşu sərhəd dövlətlərdə 25 ıl bundan qabaqkı dövlətlərdir. Günahı başqalarında axtarmaqdansa sadə vətəndaşlı,məmurlu əl-ələ verib mübarizə aparmalıyiq. Əks təqdirdə bir çox informasiya vasitələrimizin "adamyeyən", "qəsdimizə duran", "bizi parçalamağa çalışan" obrazlarını yaratdığı, sözdə düşmənlərimizdən tez özümüz özümüzü məhf edəcik.

Комментариев нет:

Отправить комментарий