Страницы

08.04.2014

Kəmaləddin Heydərov Ərdoğandan hayıf çıxır?

Baş nazirin səfərindən bir gün sonra ona qarşı olan general Azərbaycan mediasına niyə çıxarıldı?

Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğanın Bakıya səfərindən bir gün sonra fövqəladə hallar naziri Kəmaləddin Heydərova yaxın saytlardan birində general Vəli Küçüyün müsahibəsi dərc olunmuşdu. Vəli Küçük “Ergenekon işi”ndə adı keçən generallardan biridir. 6 il 2 ay həbsdə olan general bu yaxınlarda azadlığa buraxılıb. Vəli Küçük həmin müsahibədə ad çəkmədən Ərdoğanı tənqid etmişdi.
Bu müsahibənin Ərdoğanın səfərindən bir gün sonra dərc edilməsi bəzi mülahizələrə səbəb olub. Belə ehtimallar var ki, Kəmaləddin Heydərova yaxın saytın Vəli Küçüyə tribuna verməsi təsadüfi deyil.
Bu məsələnin “Kurtlar vadisi pusu” serialı ilə əlaqəli olması güman edilir. Qeyd edək ki, bir müddət əvvəl Ərdoğanın təbliği ilə məşğul olan - artıq bu heç kəsə sirr deyil - “Kurtal vadisi pusu” serialının 213 və 214-cü bölümlərində Kəmaləddin Heydərovun adı hallandırılıb. 213-cü bölümdə Polat Ələmdar Kara adlı məxfi əməliyyatçını Azərbaycana göndərir. Karanın missiyası Azərbaycanda “Ixtiyarlar”ın nümayəndəsini qətlə yetirəni və bunun sifarişçisini tapmaqdır.
Burada Karaya deyilir ki, “Ixtiyarlar”ın nümayəndəsini Rusiya mafiyasına onların Azərbaycandakı adamı Kəmaləddin adlı şəxs satıb. Karaya məlumat verən Bəxtiyar adlı şəxs Kəmaləddinin qara kürü biznesi ilə məşğul olduğu və üzərində nərə balığına oxşar işarənin olduğu bıçaqdan istifadə etdiyini də deyir.
Kara da Kəmaləddinin axtarışına çıxır.
Bu bölümdən sonra belə mülahizələr irəli sürüldü ki, Kəmaləddin obrazı fövqəladə hallar naziri Kəmaləddin Heydərovdur. Bu mülahizələri irəli sürənlər “Kurtlar Vadisi Pusu”dakı Kəmaləddinin kürü və balıq biznesi ilə məşğul olduğunu əsas gətirirdilər. Azərbaycanda ən iri balıq zavodu olan “Caspian Fiş” Kəmaləddin Heydərova məxsusdur.
Serialın növbəti bölümündə isə Kəmaləddin obrazı daha da aydınlaşır.
Həmin bölümdə Kara Kəmaləddini öldürməyə gəlir. Hadisələrin baş verdiyi ərazi Qəbələ-Ismayıllı zonasının relyefinə bənzəyir. Karanın əməliyyatı planlamaq üçün durduğu nöqtəyə əlavə qüvvə gətirən avtomobil Azərbaycan seriya və nömrəsi ilə göstərilir. Bundan başqa bəlli olur ki, Kəmaləddin özünə məxsus “Limonad su zavodu”ndadır. Bəxtiyar orada Kəmaləddinin otağında əli bağlı saxlanılır. Kara və adamları həmin zavoda basqın edir. Kəmaləddinin arxalandığı rus mafiyası ona kömək etməyə tələsmir. Bu bölümdə Kəmaləddin öldürülür. 
Azərbaycanda məşhur olan “Jalə” şirələrinin fövqəladə hallar naziri Kəmaldəddin Heydərova məxsus olduğu sirr deyil. Bu şirələr Qəbələdəki “Meyvə şirələri” zavodunda istehsal olunur. Ehtimal olunur ki, Kəmaləddin Heydərova yaxın saytın Vəli Küçüyə tribuna verməsi bütün bunlara cavabdır. /politika.az/

Комментариев нет:

Отправить комментарий