Страницы

13.04.2014

KOMMUNİSTLƏR N.NƏRİMANOVUN 144-cü DOĞUM GÜNÜNÜ QEYD ETDİLƏR


Aprelin 14-də ictimai-siyasi xadim, yazıçı, publisist, Azərbaycan SSR-in ilk dövlət və hökumət başçısı, Sovet Sosialist Respublikaları İttifaqının ilk dövlət başçılarından biri, SSRİ MİK-in Sədri (1922-1925) Nəriman Nərimanovun anadan olmasının 144 ili tamam olur. Bu əlamətdar hadisə ilə əlaqədar Azərbaycan Kommunist Partiyasının rəhbər heyəti bu gün Nəriman Nərimanovun abidəsini ziyarət etmişdir.Tədbirdə Sov.İKP MK-nın katibi, Azərbaycan Kommunist Partiyası MK-nın birinci katibi Telman Nurullayev Nəriman Nərimanovun həyat və yaradıcılığı haqqında nitq söyləmişdir.
Azərbaycan KP MK-nın katibləri Ədalət Abdinov, Baxşəli Hacıyev, Mübariz Əsgərov, Azərbaycan Mütərəqqi Sosialist Partiyasının sədri Rüstəm Şahsuvarov, gənc kommunist İbrahim Əsədli N.Nərimanovun keçdiyi şərəfli siyasi yol barədə çıxış etmişlər. Tədbirdə veteran kommunist Hüseyn Həsənov Sovet İttifaqı Kommunist Partiyasının yubiley madalı ilə təltif olundu. 
Kommunistlər Azərbaycanın böyük oğlu N.Nərimanovun heykəli önünə gül dəstələri qoymuş, ona sonsuz hörmət və ehtiramlarını ifadə etmişlər.

Azərbaycan KP MK-nın mətbuat xidməti

Комментариев нет:

Отправить комментарий