Страницы

13.04.2014

Leyla Namazova - Getmək istəyirsən get

Getmək istəyirsən get,
Saxlamaram səni mən.
Olmaram yolun üstə,
Eşqin duman, çəni mən...

Getmək istəyirsən get,
Ağlamaram ürəkdən.
Qış gəlib taleyimə,
Soyuq qaram ürəkdən....

Getmək istəyirsən get,
Arxanca heç baxmaram.
Sənsiz olan günlərdə,
Səninçün darıxmaram.

Комментариев нет:

Отправить комментарий