Страницы

10.04.2014

Mədəni mədəniyyətimiz

Qafar Şövqi

Salam olsun sizə, ölülər və dirilər. Xəbəriniz olsun ki, Heydər Əliyev mərkəzində britaniyalı heykəltəraşın fərdi sərgisi açılıb. Necə deyərlər, vətənə, millətə xeyirli-uğurlu olsun. Toni Kreqqin - adı belə dilimizə yatmayan, uzanmayan bir heykəltəraşın gətirib Bakının göbəyində sərgisini keçirtmək yəqin “gözəgirənlik” sənətinin prinsiplərindəndir. Yəqin ki, özümüzünkülərdən sərgisini keçirməyə rəssam yoxdur. Rəssam yoxdur ki, gedib düşmüşük britaniyalının ayağına. Hələ bu nədir ki, siz belə “qurmetdi” qonaqlara açılan süfrələrdən, tutulan otellərdən danışın. Mən hələ adi vaxtlarda gələn “qurmetdi” qonaqlara sunulan xidmətlərdən yazdım. İndi gör Toni Kreqqin lələyə nə xidmətlər göstərəcəklər bunlar. Özü də qızlı-oğlanlı. Axı sərgi günüdür, həm də görkəmli heykəltəraşı(mızı)n 65 illik yubileyidir. İki sevinc bir arada - nescafe.
Amma Toni Kreqqin qağa da sağ olsun, ona olunan hörmətlərin, verilən təqdirnamələrin qarşılığında söz verdi ki, gələn səfər Bakıya gələndə ölkəmizdə kimin istəsək (təbii ki, söhbət bir nəfərdən gedir) havayı heykəlini qayıra bilər. Toni Kreqqin qədeş onu da buyurdu ki, o bir nəfər kim olacaqsa, onu millət seçsin. Bizim də ərköyünlərdən bir neçəsi sakit şəkildə əlini ağızına, ağızını da möhtərəm qonağımızın qulağına dirəyib bir cümlə dedi ki, qonağımız qeyri-şərtsiz razılaşdı. Ay rəhmətliyin oğlu, nə heykəl, nə başqası? Sən bilmirsən ki, bizim tərəflərdə yalnız bir kişinin heykəlini qayırmaq moddur?
Birini qoyub o birisinə keçmək bizim köhnə adətimizdir. Zəlzələ, vulkan, sunami, bu üç təbii fəlakətdən heç biri olmasa may ayında Danimarkanın paytaxtı olan Kopenhagendə “Avroviziya 2014” mahnı yarışması keçiriləcək. Bildiyiniz kimi uca xalqımızı da  Dilarə Kazımova adlı bir “ev qızı” təmsil edəcək. Narahat olmayın, Aygün Kazımova ilə təmsilçimizin heç bir əlaqəsi yoxdur. “Mobil əlaqədən başqa”...
Keçək təmsilçimizin oxuduğu mahnının adına. “Start a fire”. Mənası yanmağa hazırlaşmaqdır. Əhsən belə “ev qızına”. Elə mahnı seçimindən Yanıq Kərəmin nəslindən olduğu biruzə verdi. Əşşi, sən də elə çalışıb hər dəfə məsələnin pis tərəfini qabardırsan. Bəlkə elə təmsilçimiz cəhənnəmdə yanmaqdan bəhs etmək istəyir?!

azadxeber.net

Комментариев нет:

Отправить комментарий