Страницы

11.04.2014

Nurçu terror şəbəkəsinə məxsus televiziya bağlandı

Azərbaycanda internet televiziyasının bağlanma xəbəri yayılıb. Milli.Az-a daxil olan məlumata görə, Yurd TV internet televiziyası fəaliyyətini dayandırıb. Bu barədə qərar dünən axşam saatlarında qəbul olunub. 
Yurd TV-nin Xəbərlər departamentinin rəhbəri Səadət Məmmədova açıqlama verərək bildirib ki, televiziyanın fəaliyyətinin dayandırılması ilə bağlı əməkdaşlara heç bir rəsmi məlumat verilməyib.
"Hazırda bütün əməkdaşlar işdədirlər", - o əlavə edib.
Yurd TV-nin Prezident Administrasiyasınnın sabiq şöbə müdiri Elnur Aslanova məxsus olduğu bildirilir.
APA-nın verdiyi məlumata görə, Yurd TV-nin bağlanması barədə qərar dünən axşam saatlarında qəbul edilib.

Qərarı kollektivə layihənin rəhbəri Rüstəm Əliyev elan edib. Ancaq qərarın səbəbi barədə heç nə deyilməyib.
Qeyd edək ki, “Yurd” TV 2011-ci il martın 1-də fəaliyyətə başlayıb. Televiziya əsasən informasiya, ictimai-siyasi, sosial istiqamətdə fəaliyyət göstərib. /modern.az/

Комментариев нет:

Отправить комментарий