Страницы

10.04.2014

Nurçu terror şəbəkəsinin yeni sənədləri üzə çıxdı

Türkiyənin 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatında keçici üzv olması üçün Nyu-Yorkda görüşlər keçirən xarici işlər naziri Əhməd Davutoğlunun gündəmə gətirdiyi paralel hökumətin xəyanət məktubu ortaya çıxıb. Gülən camaatının təkzib etməyə çalışdığı 4 səhifəlik İngiliscə məktubda Türkiyə əleyhinə ağır iddialar səsləndirilib. 
Fəthullah Gülənin fəxri rəhbəri olduğu paralel hökumətə aid Sülh Adaları İnstitutu tərəfindən ABŞ-dakı xarici ölkə nümayəndəliklərinə və beyin mərkəzlərinə göndərilən məktubda Türkiyədə demokratiyanın təhlükədə olduğu iddia edilir. ABŞ-da paralel dövlətin dinlərarası dialoq fəaliyyətlərini icra edən Sülh Adaları İnstitutu Qlobal Əlaqələr direktoru Mehmet Kılıcın  imzasını daşıyan xəyanət sənədində də Fəthullah Güləndən "fəxri sədrimiz" deyə bəhs edilir.
QARA PİAR. Türkiyənin 24 aprel qondarma erməni soyqırımı üçün erməni cəhdlərini önləmək məqsədi ilə sıx lobbi fəaliyyətləri icra etdiyi bir vaxtda ABŞ-dakı xarici ölkə nümayəndəliklərinə göndərilən məktubda Türkiyə sərt şəkildə qaralanır. Məktubda bildirilir ki, Türkiyədə insan haqları məhdudlaşdırılır və hökumət boğazına qədər sui-istifadə və rüşvətə batıb. Baş nazir Ərdoğan haqqında iddialara da yer verilən paralel hökumətin məktubunda, "90 illik demokratiya böhranla üz-üzədir" deyilir.
17 DEKABR HADİSƏLƏRİ MÜDAFİƏ OLUNUR. Türkiyədən şikayət olunan məktubun girişində 17 dekabrda hökumətə qarşı həyata keçirilən rüşvət hadisəsi paralel hökumətin təhlükəsizlik əməkdaşlarının hazırladığı protokollar və saxta dəlilərə baxmayaraq, həqiqət kimi göstərilir. Məhkəmə tərəfindən barələrində qəti hökm verilməyən şəxslər günahkar elan edilir. Məktubun ikinci hissəsində isə 17 dekabr əməliyyatının saxta olduğunu ortaya çıxaran hökumət tənqid olunur.
SÜBUT ETMƏK SƏYLƏRİ. Baş nazirin özünü və hökumətini hədəf alan 17 dekabr əməliyyatına qarşı verdiyi refleksdən bəhs olunan məktubda, paralel hökumətə qarşı Ərdoğanın ifadələri tənqid edilir və əməliyyatın çevriliş cəhdi olmadığını sübuta yetirməyə çalışılır. Çevriliş cəhdində əli olan paralel hökumətə aid məmurların vəzifə yerlərinin dəyişdirilməsi vəzifədən çıxarılma kimi göstərilir və bu barədə şikayət edilir, hakimlər və polislərin dəlil göstərilmədən vəzifədən çıxarıldığı deyilir.
SİYASƏT APARMIRMIŞ. Məktubun 3-cü hissəsində Fətullah Güləni siyasətə qarşı bir güc kimi göstərən institut səlahiyyətlisi özlərini "hizmət hərəkatı" adlandırır. Mehmet Kılıc imzalı məktubda Gülən camaatının heç bir şəkildə siyasi namizəd, ya da partiya axtarışı etmədiyi vurğulanır. Buna səbəb kimi də iştirakçı və könüllülərinin siyasətdən uzaqlaşıb onlara qoşulduğu vurğulanır. 
GÜLƏNİN YENİ QƏRARGAHI - BRÜSSEL. Xəyanət məktubunun Amerikadakı Orta Şərq və Türkiyə ilə maraqlanan vətəndaş cəmiyyəti təşkilatlarına, Nümayəndələr Palatasına və Senatın bəzi üzvlərinə, Amerikada fəaliyyət göstərən yəhudi lobbilərinin maliyyələşdirdiyi təşkilatlara və beyin mərkəzlərinə göndərildiyi bildirilir. Gülən camaatının yaxın günlərdə ABŞ-dakı fəaliyyətlərinə bənzər bir işi Brüsseldə də həyata keçirəcəyi məlum olub. Paralel hökumətin Avropa Şurası ilə Avropa Parlamentindəki millət vəkillərinə və Avropadakı lobbilərə 18 apreldən etibarən məktublar göndərməyi planlaşdırdığı deyilir.
PENSİLVANİYANIN ROLU YOX İMİŞ. Fətullah Gülənin 17 dekabr dövlət çevrilişi cəhdində heç bir rolunun olmadığı iddia edilən şikayət məktubunda Gülənin vəkillərinin fikirlərinə də yer verilib. Məktubun ən diqqətçəkici və həqiqətdən uzaq hissə isə Gülənin əməliyyatı həyata keçirən paralel hökumətin heç bir nümayəndəsini tanımadığı iddiasıdır. Həmçinin qeyd edilir ki, 1999-cu ildən bu yana ABŞ-da yaşayan Gülənin Türkiyədəki yeganə istəyi hökumətin şəffaf, hüquqi və suveren olmasıdır. Məktubda hökumətlə əlaqədar iddialar üçün 2 ildən bəri Türkiyə əleyhinə məqalələr dərc edən media orqanları istinad göstərilir. /faktxeber.com/

Комментариев нет:

Отправить комментарий