Страницы

09.04.2014

QURBANOVUN SƏDRLİK EŞQİ VƏ YA KOMMUNİSTLƏRİN "RAUF" LƏTİFƏSİ

Telman Nurullayev,
Sov.İKP MK-nın katibi, Azərbaycan KP MK-nın birinci katibi

İlk öncə deməliyəm ki, heç vaxt istəməzdim kommunist adı ilə çıxış edənlər və kommunist ideologiyasının daşıyıcıları tərəf müqabillərimizin bizlərin hər bir təşəbbüslərini öz istəklərinə uyğun şərhlərilə qarşı-qarşıya dursunlar. Lakin görünür bəzi adamların kommunistlərin ”lideri” status unda özlərini içtimaiyyətə təqdim etmələrinin qarşısını almaqdan ötəri və həmçinin KİV-də kommunistlərin siyasi arenada mövqeylərinə, o cümlədən kimin kim olmasına müəyyənlik gətirilməsi üçün konkret faktlara söykənən dəlillərlə açıqlama vermək lazımdır. Rauf Qurbanov adlı şəxsin saxta iddialarla müxtəlif mətbuat orqanlarındakı hərzəvü hədyanları bu qeydlərimizi yazmağa səbəb oldu.

Nəzərinizə çatdırmalıyıq ki, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi adından Russiya Prezidentinə ünvanlanan məktub Krımda keçirilən referendumdan qabaq göndərilibdir və Krıml a bağlı orada heç bir fikir söylənməyibdir.
İkincisi, məktubda SSRİ-nin bərpası istənilməyib. Qeyd olunub ki, Kömrük İttifaqı SSRİ formasında (sosializim iqtisadi inteqrasiyası formasında) olmasında inkişaf edə bilər. Zira marksizm klassikləri ittifaqların, inteqrasiyaların kapitalizm münasibətlərində inkişaflarının perspektivsizliyini, hələ keçən əsrlərdə, sübut etmişlər. Və indi, müasir qloballaşma dövründə bunun sübuta ehtiyacı yoxdur. Kapitalizm münasibətlərində olan Avropa ittifaqı 2008-ci ildən başlayan kapitalizm iqtisadi böhranın son nəticəsi olaraq dağılmaq ərəfəsində olması mütəxəsislərdə şübhə doğurmur. Digər tərəfdən əsl kommunistlər öz ideologiyalarına sadiq qalraq hər hansı bir ittifa qın sosializm münasibətlərində istəmələri tam məntiqə uyğundur!
Əminliklə deyə bilərik ki, əgər Russiya Ukrayna probleminə biganə qalsa idi (bunu edə bilməzdi, çünkü Ukrayna MDB üzvüdür) çox yəqin ki, Qərbin dəstəyinə arxalıanan millətçilərin hakimiyyətə gəlmə şansları çoxalacaqdı. Biz inana bilmərik ki, Azərbaycanda özlərini ”demokrattik” cəbhə adlandıran ”müxalifətçilər” belə millətçilərin (natsislərin) hakimiyyətə gəlmələrində maraqlı olsunlar!? Htlerin başçiliğı ilə natsional-sosialistlərin hakimiyyətə gəlməsini yada salsanız pis olmaz.
Bir də ki, arzulamaq, istəmək heç bir şeyi müəyyən etmir və arzu , istək dövlət çevrilişinə cəhd deyil ki, buna görə hər hansı bir siyasi qurum təqib olunsun. Sizin istinad etdiyiniz ”hüquqşunaslar”da çox şey arzulaya bilərlər. Lakin kommunistlərin, bəzi müxalifət partiyaları kimi maliyyə dəstəkləri olmadığından onlar izdihamlı mitinqlər, nümayişlər keçirmək iqtidarında deyillər. Hələliksə təbliğat və təşviqat işimiz zəifdir. Yəni bizlərdən qorxmaq lazım deyil. Ancaq biganəçilikdən qorxmaq lazımdır.
İndi icazənizlə, Azərbaycan Kommunist Partiyasının ən yeni tarixindən sizlərə məlumat verim. Beləliklə, 1991-ci ilin sentiyabrında, qeyri-qanuni olaraq, fəaliyyəti dayandırılmış Azərbaycan Kommunist Partiyası (maraq üçün qeyd edim ki, o vaxt partiyanın rəhbəri A. Mütəllibov, Nəzarət Təftiş Komissiyasının sədri isə R. Əhmədov idi) R. Qurbanovun dediyi kimi 1994-cü ildə yox, 1993-cü ilin noyabr ayinin 27-də bərpa edilib və 1994-cü ilin mart ayında  dövlət qeydiyyatına alınmışdır. Qurbanovun, o vaxtlar nə ilə məşğul olması məlum deyil. Partiyanın mərkəzi orqanları isə MİK (Mərkəzi İcrayyə Komitəsi) və MİK Rəyasət Heyyəti kimi formalaşmışdı. 1994-cü ilin yayında AKP öz fəaliyyətini 1992-ci ildən Sov.İKP-KPİ abbreviaturasında bərpa etmiş Sov.İKP-nin tərkibinə qoşulur. Məhz bu vaxt RFKP (KPRF) də Sov.İKP-KPİ-nin üzvü qəbul olunur. Qeyd edim ki, G.Züqanov, bəzi məlum səbəblərdən, Sov.İKP-nin bərpasının əleyhinə çıxış edənlərdən idi.
1995-ci ilin iyununda keçirilən Sov.İKP-KPİ-nin XXX qurultayında G.Züqanovun SovİKP-KPİ-yə mənfi münasibəti rəsmi şəkildə bildirildi. Lakin qurultay nümayəndələri(AKP-dən 9 nəfər nümayəndə) Züqanovun mövqeyini rədd edərək Sov.İKP-nin fəaliyyətinə səs verdilər. Məlumat üçün: Sov.İKP-KPİ  bərpa olunduğu gündən rəhbəri O.S.Şenin olmuşdur. T. Nurullayev bu qurultayda nümayəndə kimi iştirak edəndə R. Qurbanov görəsən nə ilə məşğul olurdu?
1995-ci ilin respublika parlament seçkiləri ərəfəsində AR Ali Mə hkəməsinin qərarı ilə, sentyabr ayının 1-də, AKP-nin fəaliyyəti dayandırıldı. Çox keçmədən Sov.İKP rəhbərliyinin və tanınmış xadimlərin köməkliyi ilə sentyabrın 18-də AR Ali Məhkəmənin Rəyasət Heyyətinin qərarı ilə AKP fəaliyyətini davam etdirməyə razılıq aldı. Bütün bu işlərdə mərhum R. Əhmədovla yanaşı R. Qurbanovun indi tanımaq istəmədiyi (onların buna heç bir ehtiyacı yoxdur) kommunistlərin böyük xidmətləri olmuşdur. Bəs Qurbanov harada idi???  Qurbanovun nəzərinə çatdırım ki, adını çəkdiyi Aleks Sarçinko, əslində isə Oleq Savçenko, indi Moskvada yaşayır və kommunist partiyası ilə heç bir əlaqəsi yoxdur.
Məhz 1995-ci ildən başlayan partiyadaxili çəkişmələr nətic� �sində partiya rəhbərliyi partiya Nizanaməsini pozaraq partiyanın rəhbər orqanlarının iclaslarını keçirmirdi. Nəhayət 1996-cı ilin yanvar plenumunda partiyadaxili münaqişələr daha da kəskinləşdi. Biz Qurbanovla ilk dəfə AKP MİK-in yanvar(1996-cı il) plenumunda tanış olduq. Özü də F. Həsənovun vasitəsi ilə.
Partiyadaxili münaqişələrin son nəticəsi isə 1996-cı il 26 oktyabrında keçirilən AKP-nin qurultayı oldu. Bu qurultayda  R. Əhmədova etinadsızlıq göstərildi, F. Həsənov partiyanın rəhbəri seçildi. Qurultay eyni zamanda partiya Nizamnaməsində dəyişiklik etdi. Belə ki, MİK MK (Mərkəzi Komitə)ilə, AKP MİK-in Rəyasət Heyyəti AKP MK bürosu , AKP MİK sədri AKP MK-nın 1-ci katibi ilə əvəz olundu. Bu dəyişikliklər AR Ədliyyə Nazirliyində 29 dekabr 1996-cı ildə təsdiq olundu.
1998-ci il respublika Prezident seçkilərində F. Həsənov AKP adından Prezidentliyə namizəd kimi rəsmi qeydiyyata alındı.( Gərək ki, Qurbanovun yadından çixmayıbdır.) R. Əhmədov isə Moskvadan bərk-bərk yapışaraq özünü partiyanın rəhbəri kimi qələmə verirdi. İndi sual olunur: hansı partiyanın hansı qurultayında bizləri partiyadan xaric ediblər, cənab Qurbanov??? Bir də ki, əgər partiya işindən az-çox xəbəri olan bilir ki, partiyadan xaric edilmə proseduru tamam başqadır. Partiya Nizamnaməsini bilmək pis olmazdı.
1999-cu ilin dekabrında F. Həsənovun başçılıq etdiyi AKP yenidən qeydiyyat zamanı AR Ədliyyə Nazirliyinin 20 saylı şəhadətnaməsini almışdır. Sonralar 2000-ci ilin Parlament seçkilərində F. Həsənovun qeyri prinsipial mövqeyi nəticəsində bu Parlament seçkilərində R. Əhmədov eyni saylı şəhadətnamə ilə Parlamentdə oturduldu. Maraqli hal budur ki, 29 aprel 1999-cu il tarixli AKP Gəncə Şəhər Partiya Komitəsinin Bürosunun qərarı ilə R. Qurbanov Gəncə Şəhər Partiya Komitəsinin 1-ci katibi vəzifəsindən azad edildiyi hada (özü də biabircasına) R. Əhmədov nədənsə Qurbanovu Parlamentdə otuzdurur!? Əlbətdə ki, R. Əhmədovun ətrafının biganəçiliyi nəticəsində!
Və nəhayət R. Əhmədov dünyasını dəyişdikdən (2007-ci ilin 11 sentyabrında) dərhal sonra, yəni 21 sentyabrda AKP MİK-in sədri R. Şahsuvarov seçilir. Bununla razılaşmayan, daima rəhbər olmağa can atan Qurbanov dekabr 2007-ci ildə qurultay təşkil edərək, qeyd edim ki, bu qurultayın aktiv təşkilatçıları 2013-cüilin avqustunda onu (Qurbanovu) rəhbərlikdən kənalaşdırıblar, özünü AKP-nin rəhbəri elan edir. Və həmin, Qurbanovun ətrafı, aktiv kommunistlər Qurbanovun fəxrlə istinad etdiyi G. Züqanova açıq məktub yazaraq onu biabır etmişlər.
Bütün bu hadisələrdən sonra yenə də canfəşanlıq edib özünü kommunistlərin ”lideri” elan etmək həm sərsəmlikdir və eyni zamanda ”cəsarət” tələb edir. Lakin bu canfəşanlıq virtual aləmdə qəbul oluna bilərsə də realliq isə tamam başqa yanaşmanı qəbul edir. Əlbəttə kompüter arxasında oturub nə istəsən yazmaq olar. Ancaq kommunistlərlə real həyatda görüşmək marksizmə daha uyğundur. Çünkü marksizm real gerçəklikdən bəhrələnib və rellığı sevir.
Hal-hazırda respublika siyasi səhnəsndə 10-larla elektoratı olmayan, partiyalar mövcuddur. Necə deyərlər: bir həsirdir bir Məmmədnəsir!!! Son zamanlar öz həyatlarının mənasını vertual aləmlə bağlayanları heç kim qınamır. Ölkəmiz də ”demokratik” prinsiplərlə inkişaf etməkdədir. Qurbanovlar da öz həyatının mənasını ruhlar aləmində axtarırlarsa qoy axtarsınlar. Burada nə var ki??? Lakin savadlı, ziyalı insanın ümumiyyətlə, siyasi partiya rəhbərliyində iddaası olanlar isə xüsusən danışıqlarında, çıxışlarında, hərəkətlərində məntiqli olmalıdırlar! Qurbanovun ”Yeni Musavat” qəzetində dərc etdirdiyi müsahibəsinə gəlincə isə diqqətli oxucu onun nə dərəcədə məntiqli olmasını açıq görməlidir.
Məlumatı olmayanlar üçün təkrar bildirirəm: 2000-ci il Parlament seçkilərində qeyri-prinsipial mövqey göstərdiyinə və partiyanın strateji xəttinə zidd hərəkətlərini nəzərə alan 2001-ci il yanvar tarixli AKP qurultayı F. Həsənovu partiya rəhbərliyindən kənarlaşdıraraq T. Nurullayevi AKP MK-nın 1-ci katibi seçmişdir. 2001-ci ilin iyul ayında keçirilən Sov.İKP-KPİ-nin fövqaladə XXXII qurultayı R. Əhmədovun başçılıq etdiyi partiyanı öz tərkibindən xaric edərək T. Nurullayevin başçılıq etdiyi AKP-ni Sov.İKP-KPİ-nin səlahiyyətli üzvü seçdi. 2004-cü ilin fevralında keçirilən Sov.İKP-KPİ-nin növbəti XXXIII qurultayı Sov.İKP-ni yenidən öz abbreviaturasına qaytardı və Sov.İKP hazırda beynəlxalq kommunist hərəkatı tərəfindən dəstəklənən beynəlxalq təşkilatdır.
Sonluq olaraq qeyd etməliyəm ki, 2011-ci ilin oktyabrın 30-da keçirilən qurultayda iki yerə bölünmüş partiyalar (AKP MİK və AKP(m-l)) birləşərək Mərkəzi orqanlarını AKP MK və AKP MK bürosu formasında təsdiq edərək T. Nurullayevi partiyanın rəhbəri seçilmişdir!!! Bu tarixi qurultayda tanınmış siyasi xadim, Avroparlamentin üzvü, Latviya Sosialist Partiyasının sədri Alfred Rubiks və Sov.İKP MK rəhbəri iştirak etmişlər. 2011-ci ildən başlayaraq AKP beynəlxalq kommunist hərəkatının bütün tədbirlərində fəal iştirak edir.... Kommentariyaya ehtiyac yoxdur!!! Acınacaqlısı odur ki, kommunistlər arasında yeri olmayan R.Qurbanov, evdə kompüter arxasında oturub, sosial şəbəkələrdə partiya sədri eşqinə düşüb və onun "lider" oyunu indi lətifəyə çevrilib...

Комментариев нет:

Отправить комментарий