Страницы

06.04.2014

Ramin Cahangirzadə - Tiringə

Toqquşdu toppuşlar
Tanrı təpildi
Tıqqatıq taqqıltı
Tanqolaşmada

Təpildi tətikdən
Texnologiya
Tütəklər tar tutar
Tayqolaşmada
***
Telindən tər tökər
Təsnifatların
Tiringə tələsər
Tələsdirməyə

Tələsə tələsə
Tutar tutmaca
Toxdamaz toxunar
Təpər türməyə

Комментариев нет:

Отправить комментарий