Страницы

14.04.2014

Rusiyanın istənilən ölkəni içəridən dağıda bilən gizli ordusu

Rusiyanın istənilən ölkəni içəridən dağıda bilən gizli ordusuTanınma nişanı olmayan hərbi geyimli, təpədən dırnağa silanlanmış maskalı əsgərlər və hansı ölkənin ordusuna məxsus olduğu məlum olmayan hərbi texnika...

Virtualaz.org saytı xəbər verir ki, Ukrayna KİV-lərinin obrazlı şəkildə “yaşıl adamcıqlar” adlandırdığı bu “naməlum” döyüşçüləri dünya ilk dəfə Krımın Rusiya tərəfindən ələ keçirilməsi prosesində gördü. Hazırda həmin “yaşıl adamcıqlar” Ukraynanın cənub-şərqində fəaliyyətdədir. Əslində onların yaxşı hazırlıq keçmiş və silahlanmış Rusiya xüsusi təyinatlıları olduğu məlumdur. Rusiya təbii ki, bunu boynuna almır və həmin “yaşıl adamcıqları” Ukraynanın şərqində fəaliyyət göstərən “özünümüdafiə qüvvələri” olduğunu bildirir. Ancaq məlum olur ki, Rusiyanın başqa ölkəni içəridən dağıtmaq üçün formalaşdırdığı və Ukrayna ssenarisi ilə fəaliyyət göstərən xüsusi təyinatlı qüvvələr formalaşdırdığını Kremlin baş təbliğatçısı, jurnalist Dmitri Kiselyov hələ bir il əvvəl öz reportajında ortaya qoyubmuş.

Virtualaz.org xəbər verir ki, bir il əvvəl Rusiyanın dövlət kanalı “Rossiya 24”ün efirində Xüsusi Əməliyyat Qüvvələri (SSO-Silı Spetsialnıx Operatsiy) barədə süjet göstərilib. “Vesti Nedeli” proqramında 2013-cü il, aprelin 28-də nümayiş etdirilən süjetdə bildirilir ki, həmin xüsusi təyinatlı qüvvələr Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Valeri Gerasimovun əmri ilə yaradılıb. “İlk dəfədir Rusiya hərbçiləri açıq deyirlər ki, xarici ölkənin ərazisində qeyri-leqal fəaliyyət göstərməyə hazırdırlar” - deyə D.Kieslyov bildirir.
Daha sonra SSO-nun Rusiya ərazisində, Şimali Qafqazda keçirdiyi bir həftəlik hərbi təlim barədə kadrlar göstərilir. Təlim SSO dəstələrinin hərbi nəqliyyat təyyarələri və vertolyotlarla şərti “ölkənin” ərazisinə desant kimi atılması ilə başlayır.
Hərbi formalarında tanınma nişanı olmayan xüsusi təyinatlılar silah-sursatları ilə birlikdə hərbi nəqliyyat təyyarəsinə mindirilir və şərti “xarici ölkənin” ərazisində 6 min metr hündürlükdən paraşütlə tullanırlar. Yerə enən kimi onların birinci vəzifəsi formalarını dəyişdirmək və şərti “ölkənin” ordusunun hərbi formasını geyinmək olur. Ardınca xüsusi təyinatlılar həmin “ölkənin” ərazisində xarici diverantların bazasını darmadağın edir və əməliyyatı başa vurandan sonra vertolyotlar onları evakuasiya edib Rusiyaya qaytarır.
SSO pikant vəzifələrin öhdəsindən gəlmək üçün hazırlanan qüvvədir. Süjetdə deyilir ki, SSO-nin vəzifəsi müəyyən ölkənin qüvvələrini və diqqətini xarici təhlükədən yayındırmaq, onlara daxili problem yaratmaq, həmin ölkənin siyasi sistemini çaxnaşmaya salmaq, vəziyyəti gərginləşdirmək, o cümlədən üçüncü tərəflərin köməyi ilə gərginlik yaratmaqdır. SSO həmçinin xarici ölkənin ərazisində partizan hərəkatı yaradır və idarə edir, arzuolunmaz liderləri hər hansı sanksiya olmadan özgə ərazisində məhv edir. /www.dia.az/

https://www.youtube.com/watch?v=Ign7n03tXxw

Комментариев нет:

Отправить комментарий