Страницы

05.04.2014

Şəhidlərimizin qəbirləri

Əkrəm HacızadəƏziz dostlar, Məşəd şəhərindəyəm. Allah qismət etdi, bu müqəddəs şəhərdən Xanım Zeynəb (s.a)-nın hərəmini qaniçən vahhabilərdən qorumaq üçün gedib şəhid olan qardaşlarımızın qəbirlərini ziyarət etdim. Təxminən 40-a yaxin "Hərəm Müdafiəçiləri"nin qəbrləri var. Bəzilərinin valideynləri qəbirlərinin başinda fəryad edərək İmam Zamani (ə.f) çağırırdı. Çox dəhşətli bir mənzərə idi... 
Bilmədim öz dərdlərimdən şəhidlərə şikayət edəm, bilmədim dərd verənlərdən... Öz yaşımda və bəzən məndən yaşca kiçik olan şəhidlərin qəbirlərinə baxanda xəcalətimdən göz yaşlarımı saxlaya bilmirdim. Heç ayrılmaq istəmirdim bu böyük şəxsiyyətlərin məzarlari başından.
Amma dərdlərimi yalnız onlar anlaya biləcəyinə əmin olub danışdım, kömək istədim və şikayətləndim...
Allah bu gözəl ziyarəti sizlərə də nəsib etsin!

Комментариев нет:

Отправить комментарий