Страницы

26.04.2014

Tofiq Həsənli - Səpələndi

Meh əsdi xəfif ətrafa yellər səpələndi,
Yarın gülü-rüxsarına tellər səpələndi.

Ömrümdən alıb canımı öz ömrünə aldı,
Zənn eylədi kəm baxtına güllər səpələndi.

Əfsus ki,qərar tutmadı ömrüm bir ömürdə,
Ömrümdən ötüb keçmədi illər, səpələndi!

Yerdə vətənin torpağı düşmənlərə qaldı,
Göydən ələnib başıma küllər səpələndi.

Qaldıqca vətən torpağı düşmənlərə, Tofiq,
Yurdlar talanıb, çöllərə ellər səpələndi.

Комментариев нет:

Отправить комментарий