Страницы

06.05.2014

Dəvə və ay

Aytən Eyvazon

Bir gün bir müsəlman və bir məsihi alim yol yoldaşı olurlar. Müsəlman alim dəvədə, məsihi alim eşşəkdə yola çıxmışdı. Bir müddət yol yoldaşı olduqdan sonra məsihi alim eşşəyin nə qədər xeyrli heyvan olduğundan danışdı. Və onun dəvədən yaxşı olduğunu dedi. Müsəlman alim eşşəyin xeyirli heyvan olduğunu təsdiqlədi, amma dəvənin həm xeyirli həmdə islamda rəmz olduğunu dedi. Məsihi alim sual verdi:
-Necə yəni simvoldu bunu bir az izah elə.
Müsəlman alim cavab verdi:
-İslamda əsas iki rəmz olduğunu deyə bilərəm. Dəvə və ay. Bax oturduğum dəvənin belini görürsən aya bənzəyir. Babalarım deyərdi dəvə ayın rəmzidi. Bax bu iki belli dəvə 14 aya dünyaya gəlir. Ay da 14 günə tamam olur.
Məsihi alim bir az fikirə gedib dedi:  - Onda eşşəkdə günəşin rəmzidi? Axı günəş xristianlığın rəmzidi.

Müsəlman: -Bəli ola bilər. Sən Əşiya Peyğəmbərin İsa (ə) və Məhəmməd (s) Peyğəmbər haqqında dediyini eşitmisən?
Məsihi: -Nə deyib?
Müsəlman: -Deyib mən eşşəyə minmiş günəş kimi parlayan və dəvəyə minmiş ay kimi parlayan bir nəfəri gördüm. O İsa və Məhəmməd Peyğəmbəri nəzərdə tutub. Demək ki, eşşək günəşin dəvə isə ayın rəmzi ola bilər.
Məsihi: -Bəli bəli bu belədir. Bəs dəvə ilə ayın daha hansı ortaq cəhəti var?
Müsəlman: -Dəvələr haqqında bilirsənsə xəbərin var ki dəvə bir dəfəyə 100 litr su içir. Susuz qalanda gözə görünən qədər həcmi azalır, yəni arıqlayır. Su içəndə yenə böyüyür. Yəni azalıb çoxalır, ay kimi.
Məsihi: -Çox maraqlıdır.
Müsəlman: -Bəli ay islamın rəmzidir çünki islam təqvimi hicri-qəməridir.
Məsihi: -Günəşdə xristianlığın rəmzidi. Çünki miladi təqvim  günəş təqvimidir.
Müsəlman: -Bəli doğrudur.
Məsihi: -Bəs Quranda ay və dəvə haqqında nə isə varmı?
Müsəlman: -Quranın Qəmər sürəsinin 27-ci ayəsində “Biz onları imtahana çəkmək üçün bir dişi dəvə göndərəcəyik.” yazılıb. 
Məsihi: -Həqiqətəndə dəvə ayın rəmzidi. Deməli İslam dininin ayın (dəvənin) vətənində meydana gəlməsidə təsadüfi deyilmiş.
Beləcə bu iki alim söhbətlərini davam edirlər. Axşam olur onlar gecələmək üçün bir vadidə dayanırlar. Məsihi alim bir kənara çəkilib əlincə incil və xaç dua edir. Dua edib qurtardıqdan sonra müsəlman alim xaça işarə edib deyir:
-Kaş ki xristian qardaşlarım xaçı bütləşdirməyəydilər.
Məsihi alim bir şey demir. Bir az sonra səmada ay görünür. Müsəlman alim salam deyib, salavat çəkir. Buna fikir verən məsihi alim gülüb deyir:
-Bizə xaçı bütləşdirməyimizi irad tutursan, özünsə aya baş əyib salam verirsən.
Müsəlman alim gülümsəyib deyir:
-Düşünürdüm bu gün danışdıqlarımız kifayət edər ki, mənim bu hərəkətimi anlayasan. Mən və bütün müsəlmanlar ayı görəndə salam veririk. Bunun səbəbi dediklərim idi. Ay islamın və həmçinin Məhəmməd peyğəmbərin rəmzidi. Məhəmməd (s) peyğəmbərin möcüzələrindən biri ayı ikiyə bölmək idi.
-Buna görə aya salam verirsiz?
-Xeyir, Peyğəmbərim deyib: Mənim adım çəkilən yerdə mənə salam verməyən ən xəsis insandı. Biz müsəlmanlar ayı görəndə mütləqdir ki, Peyğəmbərimizi xatırlayaq. Elə bu səbəbdən ona salam göndəririk. Biz aya yox peyğəmbərimizə (s) salam göndəririk.
Beləcə müsəlman və məsihi alim maraqlı söhbətlər edə-edə getdikləri mənzilə yetişirlər.

Комментариев нет:

Отправить комментарий