Страницы

03.05.2014

Gül görüm

Etibar Salmanov

Həyat səni güldürəndə gülmüsən,
Hünərin var ağladanda gül görüm.
B.Vahabzadə.

Göz açırıq dünyaya eyni şəkilli,
Hamı gülər, körpələr eyni cür ağlar.
Qismətlər müxtəlif, talelər fərqli,
Ayıra bilirsən, gəl ayır görüm.

Biri doğular xoşbəxt ulduz altında,
Birisi göz açar uğursuz bir saatda.
Birinin nəsibi firavanlıq olsa da,
Bədbəxtin nəsibinə ağlama, görüm.


Kimini həyat ömür boyu güldürər,
Könlündən nə keçsə taleyi verər.
Bu həyatda şirinliyi çox verər,
Axirətdə acısına bax görüm. 

Kiminin həyatında əsər güclü küləklər,
Tablamasan qəmin yeni qəm çəkər.
Həyat səni ağladırsa vardır səbəblər,
Axirətdə şirinliyə bax görüm.

Həyatın nəşəsi, kədəri vardır,
Düşən qaranlığın səhəri vardır,
Həyatda hər anın öz hökmü vardır,
Dəyişə bilirsən, sən dəyiş görüm.

Nə qədər çox gülüb,çox əylənsən də,
Nə qədər qəmlənib, kədərlənsən də,
Hər ikisi gözlərdə yaşlara dönər,
Dayandıra bilirsən, dayandır görüm.

Ağrılara, acılara dözüb, durmasan,
Dərdinə,kədərinə meydan qurmasan,
Kədərin sonunda sevincə inanmasan,
Yaşaya bilirsən, sən yaşa görüm.

Həyat səni ağladanda idrak et,
Bu müşkülü sınaq kimi qəbul et.
Hər sınağın mütləq vardır hikməti,
Bu hikməti aça bilsən, aç görüm.

Həyat məndən aldığını çoxlarına veribdir,
Amma mənə verdiyini çox azına veribdir.
İbrahimtək dostlar tacı veribdir,
Belə dostlar tapa bilsən, tap görüm.

Mən kədəri şerlərlə pozmuşam,
Şerlərin üstünə əbədiyyət yazmışam.
Mən qəlblərə öz adımı yazmışam,
Etibara bu dünyada ölmək yox.
Bu gerçəyi poza bilsən, poz görüm.

Комментариев нет:

Отправить комментарий